Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı.
Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. Bürünc medalı isə İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı.
== Medalçılar ==
== Nəticə ==
=== Təsnifat mərhələsi ===
Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.