leurs
lever
OBASTAN VİKİ
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Cənubi Levant
Cənubi Levant — Levantın cənub yarısını əhatə edən coğrafi region. Bu, təxminən müasir İsrail, Fələstin və İordaniyaya uyğundur. Bəzi təriflərə Livanın cənubu, Suriyanın cənubu və Sinay yarımadası da daxildir. Ciddi bir coğrafi təsvir olaraq, bəzən arxeoloqlar və tarixçilər tərəfindən ərazinin digər adlarının dini və siyasi mənalarından qaçmaq üçün istifadə olunur. == Terminologiya == Cənubi Levant Levantın aşağı yarısına aid edilir, lakin coğrafi tərifdə bəzi fərqlər var. Ən geniş tərifə İsrail, Fələstin, İordaniya, Livan, Suriyanın cənubu və Sinay səhrası daxildir. Arxeologiya sahəsində Cənubi Levant "əvvəllər Suriya-Fələstin kimi müəyyən edilmiş və Kənanın da daxil edildiyi regiondur". "Cənubi Levant" termini də qeyri-dəqiq və yöndəmsiz ad kimi tənqid olunur. Cənubi Levant termini akademik diskursda "Kənan", "Müqəddəs torpaqlar", "İsrail torpağı" və ya "Fələstin" kimi adların "dini və siyasi məzmunu"ndan qaçaraq, regionun "ən azı ciddi coğrafi" təsviri kimi müəyyən edilmişdir.
Levant Ərəbcəsi
Şami dialekti və ya Levant Ərəbcəsi (endonimi : شامي šāmi və ya اللهجة الشامية el-lahje š-šāmiyye) Livan, İordaniya, Suriya, Fələstin, İsrail və Türkiyənin bəzi hissələrini əhatə edən Levant regionunda danışılan dildir. Dünyada 50 milyondan çox danışan var. Ərəb dilinin beş əsas ləhcəsindən biri hesab olunur.
Levantilər
Levantilər (digər adları – latınlar, firənglər) — Yaxın Şərq ərazisində keçmişdə yaşayan italyan və fransız əsilli katolik əhaliyə aid edilən termindir. Cənubi Avropalı tacir və mühacirlər Səlib yürüşlərindən bəri Aralıq dənizinin şərq sahillərində məskunlaşmağa başlamışdılar. XIX əsrdə bu qrupa dissidentlər, əhli-sənət, mühəndis və gəmiqayırma üzrə mütəxəssislər də daxil olmuşdur. Levantilərin əcdadı əsasən Genuya və Venesiya, həmçinin Piza, Qırım, Azovyanı və Aralıq dənizi boyu digər xristian məkanlardan köçmüşdülər. XVI əsrdə Osmanlı sultanı italyan tacirlərinə imtiyazlar bəxş edərək onları faktiki olaraq italyan şəhərləri ilə Şərq arasında ticarət monopoliyasını əllərinə keçirən xüsusi təbəqəyə çevrilməsinə imkan vermişdi. XIX əsrin sonunda bu təbəqə artıq levantilər adıyla tanınmışdır. Bu ad öz növbəsində Levant tarixi bölgənin adından qaynaqlanır. Levantilər qrupuna həmçinin Livornodan XVIII əsrdə İstanbula köçmüş, italyan ləhcəsində danışan və fransız konsulluğunun himayəsində olan sefard yəhudilərini də aid edirdilər. İstanbulda onlar üçün Kal de los Frankos adlı, yerli əhali arasında "İtalyan" adıyal tanınan xavra da tikilmişdir. Levantilərin əsas məskunlaşdığı iri şəhərlər və bölgələr arasında İstanbul (xüsusi ilə də Qalata məhəlləsi), İzmir, Saloniki, İsgəndəriyyə, Kipr və Egey adaları olmuşdur.
Talpa levantis
Kiçik köstəbək (lat. Talpa levantis) , (Soricomorpha) dəstəsindan bir Məməli növü.Bütün Qafqaz və Kiçik Asiyanın ona həmsərhəd olan ərazisi üçün Talpa levantis (kiçik köstəbək) endemikdir. == Qısa təsviri == 21 - 67 qramlıq, bədəninin uzunluğu 82 – 125 mm, quyruğunun uzunluğu 17 – 37 mm, pəncəsi 12 – 19 mm olan kiçik heyvandır. Dərisinin rəngi qara-boz, qara ilə qonuru çalardadır.. == Yayılması == Qafqazda və Kiçik Asiyada məskən salmışlar. Azərbaycanda, bu növ Böyük Qafqazın Cənub makroyamaclarında və Alazan çayının hövzəsində qeyd olunmuşdur. Kiçik Qafqazda - Şəmkir, Murovdağ və Qarabağ dağ silsilələrinin Şimal yamaclarında geniş yayılmışdır. Göygöl ərazisində Ağstafaçay çaybasarında qeyd olunmuşdur. Böyük Qafqazda dəniz səviyyəsindən 600 – 2000 m hündürlüyündə rast gəlmək olar. Talış meşələrində və Lənkəran ovalığında dəniz səviyyəsinin 100 m hündürlüyündən başlayaraq 1700 m hündürlüyə qədər iri olmayan təcrid olunmuş koloniya şəklində yaşadıqları göstərilir.
Şərqi Misir və Levantın bədəvi dialekti
Şərqi Misir və Levantın bədəvi dialekti (ərəb. اللهجة البدوية‎) — ərəb dilinin Sinay yarımadasında, İordaniyada, İsraildə, Qəzzə zolağında, İordan çayının qərb sahilində və Suriyada bədəvilər tərəfindən danışılan növlərindən biri. Sözügedən bədəvi dialektləri: Şimal-şərqi Misirin bədəvi dialekti; Cənubi Levantın bədəvi dialekti; Şimali Levantın bədəvi dialekti.