levant

1. adj soleil ~ çıxan günəş

2. m şərq

leurs
lever
OBASTAN VİKİ
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Levantilər
Levantilər (digər adları – latınlar, firənglər) — Yaxın Şərq ərazisində keçmişdə yaşayan italyan və fransız əsilli katolik əhaliyə aid edilən termindir.Cənubi Avropalı tacir və mühacirlər Səlib yürüşlərindən bəri Aralıq dənizinin şərq sahillərində məskunlaşmağa başlamışdılar. XIX əsrdə bu qrupa dissidentlər, əhli-sənət, mühəndis və gəmiqayırma üzrə mütəxəssislər də daxil olmuşdur. Levantilərin əcdadı əsasən Genuya və Venesiya, həmçinin Piza, Qırım, Azovyanı və Aralıq dənizi boyu digər xristian məkanlardan köçmüşdülər. XVI əsrdə Osmanlı sultanı italyan tacirlərinə imtiyazlar bəxş edərək onları faktiki olaraq italyan şəhərləri ilə Şərq arasında ticarət monopoliyasını əllərinə keçirən xüsusi təbəqəyə çevrilməsinə imkan vermişdi. XIX əsrin sonunda bu təbəqə artıq levantilər adıyla tanınmışdır. Bu ad öz növbəsində Levant tarixi bölgənin adından qaynaqlanır.Levantilər qrupuna həmçinin Livornodan XVIII əsrdə İstanbula köçmüş, italyan ləhcəsində danışan və fransız konsulluğunun himayəsində olan sefard yəhudilərini də aid edirdilər. İstanbulda onlar üçün Kal de los Frankos adlı, yerli əhali arasında "İtalyan" adıyal tanınan xavra da tikilmişdir.Levantilərin əsas məskunlaşdığı iri şəhərlər və bölgələr arasında İstanbul (xüsusi ilə də Qalata məhəlləsi), İzmir, Saloniki, İsgəndəriyyə, Kipr və Egey adaları olmuşdur. XIX əsrdə İstanbul 7 min, İzmirdə isə 6 min levanti yaşamaqda idi. Əlcəzairin 1833-cü ildə Fransa tərəfindən işğalı zamanı orada 1,1 min italyan əsilli insan yaşayırdı. Osmanlı imperiyasının levanti icması uzun müddət milli kimliyini qoruyub, katolik xristianlığa etiqad edən və italyan dilində danışan başqa millətlərlə qarışmayan bir qrup kimi tanınırdı.
Talpa levantis
Kiçik köstəbək (lat. Talpa levantis) , (Soricomorpha) dəstəsindan bir Məməli növü.Bütün Qafqaz və Kiçik Asiyanın ona həmsərhəd olan ərazisi üçün Talpa levantis (kiçik köstəbək) endemikdir. == Qısa təsviri == 21 - 67 qramlıq, bədəninin uzunluğu 82 – 125 mm, quyruğunun uzunluğu 17 – 37 mm, pəncəsi 12 – 19 mm olan kiçik heyvandır. Dərisinin rəngi qara-boz, qara ilə qonuru çalardadır.. == Yayılması == Qafqazda və Kiçik Asiyada məskən salmışlar. Azərbaycanda, bu növ Böyük Qafqazın Cənub makroyamaclarında və Alazan çayının hövzəsində qeyd olunmuşdur. Kiçik Qafqazda - Şəmkir, Murovdağ və Qarabağ dağ silsilələrinin Şimal yamaclarında geniş yayılmışdır. Göygöl ərazisində Ağstafaçay çaybasarında qeyd olunmuşdur. Böyük Qafqazda dəniz səviyyəsindən 600 – 2000 m hündürlüyündə rast gəlmək olar. Talış meşələrində və Lənkəran ovalığında dəniz səviyyəsinin 100 m hündürlüyündən başlayaraq 1700 m hündürlüyə qədər iri olmayan təcrid olunmuş koloniya şəklində yaşadıqları göstərilir.
Şərqi Misir və Levantın bədəvi dialekti
Şərqi Misir və Levantın bədəvi dialekti (ərəb. اللهجة البدوية‎) — ərəb dilinin Sinay yarımadasında, İordaniyada, İsraildə, Qəzzə zolağında, İordan çayının qərb sahilində və Suriyada bədəvilər tərəfindən danışılan növlərindən biri.Sözügedən bədəvi dialektləri: Şimal-şərqi Misirin bədəvi dialekti; Cənubi Levantın bədəvi dialekti; Şimali Levantın bədəvi dialekti.
ба́бочкин в ме́ру довяза́ть озо́н пальма перевести́ брю́квина гоготу́нья депиляцио́нный нага́дить обихо́дить покоро́бившийся танцева́ть от печки danewort Frigid Zone funny farm siting sortition tatbeb wroth бесплодно завтракать контроль обузить шпионка