Lijiang
Litszyan (çin. 丽江市) — Çinin qədim şəhəri.
== Tarixi ==
Deyilənə görə, dağlar və çaylarla əhatə olunmuş Litszyan qəzasını qədimdə çox vaxt "Dayançjen" adlandırırdılar, bu da ona görədir ki, o, formaca iri cəmdəyi xatırladır. Onun keçmişini tədqiq edərkən alimlər müəyyən etmişdilər ki, bu unudulmuş "qədim hökmdarlıqdır". Nasi xalqının əcdadları tsyanlar olmuşlar, onlar cənuba hələ çox qədim zamanlardan köçmüşdülər. Nasilər minillik ağır zəhmətlə öz gözəl doğma yurdlarını salmışlar. Hələ qədimdən buradan əsas nəqliyyat yolları keçirdi. Tacirlər və səyyahlar burada uzun müddətə dayanır, çoxları ailə qurur, bunula da şəhərin genişlənməsinə səbəb olurdular. Şəhər tezliklə məşhur bazara və mühüm mədəniyyət mərkəzinə çevrilmişdi. Belə hesab edilir ki, Litszyanın əsası Sun sülaləsinin sonu və Yuan sülaləsinin əvvəlində qoyulmuşdur.