Likiya yolu
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir.
== Ümumi məlumat ==
Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.