LİNÇ:

Linç məhkəməsi Линчан суд (АСШ-да адет яз чӀулавбуруз (негрийриз) ва инкъилабчи фялериз вагьшидаказ дуван кьун, суд тавуна жаза гун; ХVIII -асирда яшамиш хьайи расист Ч.Линчан тӀварцӀикай).
LİNCLİK
LİNÇLƏMƏK
OBASTAN VİKİ
Devid Linç
Devid Kit Linç (ing. David Keith Lynch; 20 yanvar 1946[…]) — amerikalı rejissor, musiqiçi və aktyor. 20 yanvar 1946-cı ildə ABŞ-də doğulan Linç eyni zamanda tanınmış bir rəssamdır. Hətta çox nadir hallarda mebel dizaynerliyi ilə də məşğul olur. Pensilvaniya İncəsənət Akademiyası və Amerika Film İnstitutunda təhsil alıb. 1977-ci il istehsalı olan ağ-qara filmi "Eraserhead" ilə tanınmışdır. "Dune" və "Blue Velvet" ilə çoxalan uğuru 90-cı illərin sonunda çəkdiyi "Lost Highway" filmi ilə zirvəyə çatmışdır. Bundan sonra "Mulholland Dr." və yoxlama xarakterli qısa filmlər çəkdi. Filmlərində alçaq səsli gurultular, çürümüş əşyalar, pozulmuş personajlar və polyarlaşdırılmış qaranlıq dünyalar yaratması ilə film dünyasının diqqətini üzərinə yönəltmişdir.
Evanna Linç
Evanna Patrisiya Linç (ing. Evanna Patricia Lynch; irl. Evanna Pádraigín Ní Loingsigh; 16 avqust 1991) — irland aktrisa. == Həyatı == O, 1991-ci ildə Linç ailəsində anadan olmuşdur == Filmoqrafiya == "Harri Potter və Simurq Ordeni" "Harri Potter və Ölüm Hədiyyələri".
Linç mühakiməsi
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Linç sindromu
Linç sindromu- DNT-də uyğunsuzluğu düzəldən genlərin dəyişilməsi nəticəsində meydana gələn və dominant olaraq keçən irsi xərçəng riskinin yüksək olması xəstəliyidir. İrsi qeyri-polipozis kolorektal xərçəng kimi də tanınan Linç sindromu irsi həzm aparatı xərçənginin bir növüdür. Linç sindromlu insanlarda kolorektal xərçəngin meydana gəlmə riski çox böyük, uşaqlıq, prostat vəzi, qara ciyər, böyrək və öd kanalı xərçəngi kimi növlərin meydana gəlmə riski isə nisbətən çoxdur. Linç sindromu ailədə birdən çox şəxsə kolorektal xərçəng diaqnozu qoyulduqda ehtimal olunan diaqnozdur. Bundan əlavə, xərçəngin diaqnozunun gənc yaşlarda qoyulması ehtimalı böyükdür. Linç sindromlu insanlarda orta kolorektal xərçəng diaqnozu 45 yaşlarında qoyula bilir. Ümumi əhalidə isə yeni bir kolorektal xərçəng diaqnozunun müəyyən edilmə yaşı 72-dir. Linç sindromlu şəxslərdə kolorektal xərçəng adətən, qalın bağırsağın sağ tərəfində inkişaf edir. Linç sindromlu insanların həyatları boyunca bir-neçə dəfə xərçəngə yoluxma riskləri də çoxdur. == Sindromun əlamətləri == 50 yaşdan əvvəl kolorektal xərçəngə yoluxmaq; Kolorektal və ya Linç sindromu ilə əlaqəli digər xərçəng növlərinə ayrı-ayrılıqda və ya eyni zamanda yoluxmaq; 60 yaşdan əvvəl Linç sindromu ilə əlaqəli bədxassəli şiş əlamətəri daşıyan kolorektal xərçəngə yoluxmaq; Linç sindromu ilə əlaqəli xərçəngə yoluxan birinci dərəcəli qohumlarda kolorektal xərçəngin olması (bu xərçənglərdən biri 50 yaşından tez yaranarsa); Linç sindromu ilə əlaqəli xərçəngə yoluxan birinci və ya ikinci dərəcəli qohumlarda kolorektal xərçəngin olması.
Riker Linç
Riker Entoni Linç (ing. Riker Anthony Lynch; 8 Noyabr 1991, Littleton, Kolorado) - ABŞ aktyoru, müğənnisi, və rəqqasıdır. R5 qrupun baş gitaristidir. Glee serialdaki Ceff rolu ilə bilinməktədir. O bir taninan musiqi qrupunun solisti olub, lakin o qrup sonra dağıldı. Ayrıca 16 Mart 2015'də başlayan Amerika rəqs yarışması Dancing With Stars'da Allison Holker ilə eyni komandada.
Rokkı Linç
Rokki Mark Linç -(ing. Rocky Mark Lynch; doğum 1 noyabr 1994 Littleton, Kolorado). R5 qruppunun bir üzvüdür.Amerikan mügənnisi, söz yazarı və gitaristi. Rokki gitara'da oynamaqa özü öyrənib sonra Rossa və Rikera öyrətdi.
Ros Linç
Ros Şor Linç (ing. Ross Shor Lynch; 29 dekabr 1995), Amerikan aktyoru, müğənnisi, musiqiçisi və rəqqasıdır. Ən məşhur rolu Disney Channel istehsalı olan Ostin və Ellİ serialındaki Ostin roludur. Ros Linç dördüncü sinifdən etibarən evdə dərs almağa başladı. Gitara çalmağı və mahnı oxumağı öyrəndi. R5 adlı qrupun baş solistidir. Qrupda qardaşları Riker Linç, Rokki Linç, bacısı Raydel Linç və ən yaxın dostu Ellington Ratliff var.
Enn Linç Botta
Enn Linç Botta - Amerikalı şairə, yazıçı və müəllimə. (D.11 noyabr 1815/ Ö. 23 mart 1891) == Həyatı == Gerçək adı Anne Charlotte Lynch olan Anne Botta, 11 noyabr, 1815-ci ildə, Amerikanın Wermont əyalətində anadan olmuşdur. İrlandiya əsilli olan atası Patrich Lynch, 1798 İrlandiya üsyanında iştirak etdiyi üçün ölkədən qovulmuş, 18 yaşı olarkən Amerikaya yerləşmişdir. 1812.ci ildə Charlotte Gray adlı xanımla ailə həyatı qurmuş və bu izdivaçdan Anne və oğulları Thomas Rowson dünyaya gəlmişdir. 1819.cu ildə atasını itirən Anne, 16 yaşı olarkən Albany Qızlar Akademiyasına daxil olmuş, 1834 də isə, təhsilini yüksək dərəcəylə başa vurduqdan sonra, məhz orada bir neçə il müəlliməliklə maşğul olmuşdur. Ardından anasıyla birlikdə Rhoda Islanda köçmüş və müəlliməliyə davam etmişdir. Bununla yanaşı O, şairə və yazıçı kimi də fəaliyyət göstərmiş və evi uzun illər boyunca ədəbi dəvətlərin verildiyi bir mərkəz olmuşdur. 1841.ci ildə, Annenin redaktorluğu ilə, içərisində bir çox şairin əsərləriylə yanaşı öz şeirlərinin də olduğu kitab, həmçinin 1848.ci ildə şeirlərinin məcmuasını əks etdirən digər bir kitabı da işıq üzü görmüşdür. Bununla yanaşı eyni anda bir çox fərqli jurnalda yazıları dərc olunmuşdur. Evində verdiyi ədəbi dəvətlər səbəbiylə, dövrün bir çox ədibiylə tanış olma imkanı qazanmış, həmçinin bir çox təzə qələm sahibinin də ictimaiyyətə tanıdılmasında rol oynamışdır.
Dei Linçei Akademiyası
Dei Linçei Akademiyası (it. Accademia Nazionale dei Lincei, çox vaxt qısa şəkildə Accademia dei Lincei, yaxuq "Vaşaqgözlülər Akademiyası") — İtaliyanın ən qədim elmlər akademiyası. Romada, Korsini palazzoda yerləşir. Akademiklər özlərini "vaşaqgözlü" (lincei) adlandırır. Elmi idrak üçün vacib olan itigözlülük xüsusən vaşaqa (it. lince, lat. lynx) — vəhşi meşə pişiyinə xas olduğu üçün özlərini belə adlandırırlar. Bu təşbeh Yunan mifologiyasında arqonavtların öncəgörəni kimi tanınmış Linkeyin itigözlülüyünə işarə olan "Linkey gözləri" ifadəsindən formalaşmışdır. İtaliyanın ən qədim akademiyası olan Dei Linçei akademiyası 1603-cü ildə Federiko Çezi tərəfindən yaradılmışdır və üç yüz il ərzində İtaliya elminin intelektual məkrəzi olmuşdur. İlk dövrlərdə akademiyanın cəmi dörd üzvü var idi.

Значение слова в других словарях