möcüzə (əcayib şey)

a fantastic tale (smth. unbelievable, funny, strange) * чудеса в решете (что-либо невероятное)
mozalan tutmuş dana kimi
möhkəm olmaq (əzmli, mətənətli olmaq)
OBASTAN VİKİ
Möcüzə
Möcüzə — fövqəltəbii hesab edilən və təbiət qanunları və elmlə izahı mümkün olmayan hadisə. Möcüzələrin çox vaxt ilahi müdaxilənin nəticəsi olduğuna inanılır. Başqa bir fəlsəfi dünyagörüşü olan teizm möcüzələrin mümkünlüyü məsələsinə tamamilə fərqli yanaşır. Onun fikrincə, kainatın ilk səbəbi qüdrət, hikmət və xeyirxahlıq xislətlərinə malik olan bir varlıqdır ki, O, yaratdığı dünyanın qayğısına qalır (onun ruzisini verir). Bu baxışa görə möcüzələr nəinki mümkün, hətta zəruri olur. Materializm, panteizm, deizm kimi fəlsəfi dünyagörüşlərində möcüzə ağlabatan hesab olunmur. Möcüzənin mümkünlüyünü etiraf etmək bu və ya digər dünyagörüşünə sadiqliklə ayrılmaz şəkildə bağlıdır. Panteizm çərçivəsində də möcüzə qeyri-mümkündür, çünki onun üçün səbəbi dünyadan kənarda olan hadisələr ağlasığmazdır (çünki panteizm üçün dünyadan kənar heç bir şey yoxdur). Bundan əlavə, deizmdə hesab olunur ki, dünyanın inkişafı və mövcudluğunun təmin edilməsi üçün onun öz qüvvələri və birdəfəlik təsbit edilmiş qanunları tamamilə kifayətdir. Beləliklə, xarici ali gücün dünya həyatına müdaxiləsi lüzumsuz olur.
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
İqtisadi möcüzə
İqtisadi möcüzə — hansısa ölkənin və ya regionun müəyyən zaman ərzində sürətli iqtisadi inkişafını bildirmək üçün istifadə olur.
Möcüzə həkim
Möcüzə Həkim- "MF Yapım" tərəfindən imzalanmış, ilk seriyası 12 sentyabr 2019-cu ildə yayımlanmış, ssenari müəllifi Pınar Bulut və Onur Koralp tərəfindən yazılmış tibbi dram üslubunda Türk televiziya serialıdır. 2013-cü ildə Cənubi Koreyanın "Good Doctor" dramından uyğunlaşdırılmışdır. 2 mövsümdən ibarət serial "MF Yapım" tərəfindən 14 may 2021-ci ildə elan edilən rəsmi son tarix olan 27 may 2021-ci ildə yayımlanan 64-cü seriya ilə sona çatdı.
Toni Şey
Toni Şey (ing. Tony Hsieh; d. 12 dekabr 1973) — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi. Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır. Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb. Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Şey (fəlsəfə)
Şey — maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir Şey o biri Şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. Şeylərin öz aralarındakı eyniyyət və fərq problemi, həmçinin Şeylərin obyekt və predimetdən fərqli problemi mühüm qnoseoloji və xüsusi-elmi problemdir.
Şey Boddinqton
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Möcüzə (film, 1992)
Chamatkar (mənası: Möcüzə) komediya janrında olan hind filmidir.
Möcüzə (film, 2014)
Möcüzə — rejissoru və ssenaristi Mahsun Qırmızıgül olan 2014-cü il istehsalı film. Film 1 yanvar 2015-ci ildə kinoteatrlarda göstərilmişdir. Çəkilişləri Foça, Qars, Uşak və Kağızmana bağlı bir kənddə aparılmışdır. Film 1961-ci ildə baş vermiş gerçək hekayəyə əsaslanır. Çox rahat şəraiti olan sahil qəsəbəsindən Anadolunun dağ kəndinə təyin olunan Mahir müəllimin kəndə gəlməsi ilə kəndlilər uşaqlarının savadlancağına ümid edirlər. Lakin kənddə təhsil üçün məktəb binası belə yoxdur. Mahir qızların da məktəbə göndərilməsi şərti ilə kənddə qalmağı qəbul edir. Kəndxudanın Aziz adlı əngəlli oğluna da dərs verən Mahir onun inkişafına səbəb olur. Kəndxuda Azizdən başqa bütün övladlarını evləndirmişdir. Azizin evlənmək istəyini atası hər dəfə rədd etmək məcburiyyətində qalır.
Möcüzə (film, 2017)
Möcüzə (ing. Wonder) — 2017-ci ildə çəkilmiş Amerikan komediya-dram filmi olan Wonder rejissor Stiven Çboski, ssenari-müəllifi Cek Torn, Stiv Konrad və Çboski olmaqla yazıçı R. C. Palasio 2012-ci ildə çap edilmiş eyni adlı romanı əsasında çəkilmişdir. Filmin əsas aktyor heyəti Culiya Roberts, Ouen Vilson, Ceykob Tramble, Mendi Patinkin və Devid Diqs olmuşdur. Treacher Collins sindromlu bir uşağın cəmiyyətə uyğunlaşmasından bəhs edən bu film, 17 noyabr 2017-ci ildə Lionsgate şirkəti tərəfindən Amerika Birləşmiş Ştatlarında çəkilmişdir. Film tənqidçilər və tamaşaçılar tərəfindən müsbət rəylər qəbul etmişdir. Filmin büdcəsi 20 milyon dollar təşkil etməklə filmdən 305 milyon dollar gəlir əldə edilmişdir. Film 90-cı Oskar Mükafatlarında ən yaxşı saç düzümü və makyaj nominasiyası üzrə namizədliyini təqdim etmişdir. Ouqust "Oqi" Pulman Nyu-Yorkda, yuxarı Manhettenda, Şimal Çay Yüksəkliyində anası İzabel, atası Neyt, böyük bacısı Oliviya və iti Deysi ilə yaşayan 10 yaşlı oğlandır. Onda nadir görünən tibbi üz deformasiyası olduğundan 27 müxtəlif əməliyyat keçirmişdir. Ouqi evdə təhsil alsa da, 5-ci sinfə çatanda valideynləri qərara gəlirlər ki, onu özəl məktəbə göndərsinlər.
Möcüzəsiz Möcüzə (kitab)
Möcüzəsiz Möcüzə (kitab) — Ərşad Əzimzadə tərəfindən qələmə alınmış kitab. Kitabda müxtəlif növ xəstəliklərin müalicəsinin qarşısını almaq üçün qidalanma normaları barədə məlumat verilir. Müəllif şəxsən bu normalara əməl edərək özünü ağır xəstəliklərdən müalicə etmişdir. Qidalanma sistemi yapon alimi Nişşinin tədqiqatları əsasında formalaşdırılmışdır. Azərbaycanda bu qidalanma sisteminin kifayət qədər davamçısı var. Kitab 2002-ci ildə Bakıda Sabah Nəşriyyatı tərəfindən çap olunub.
Dubay Möcüzə bağı
Dubay Möcüzə bağı (Dubai Miracle Garden) — Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çiçək bağı. Bağ 2013-cü ildə istifadəyə verilmişdir. 72.000 kv. m.-dən (780.000 kv. fut) çox ərazini əhatə edir və 50 milyondan çox çiçək və 250 milyon bitkisi olması onu dünyanın ən böyük çiçək bağçasına çevirir. 2015-ci ilin aprel ayında bağ Garden Tourism Award tərəfindən Mosel Mükafatına layiq görüldü. == İnkişafı == İlk möcüzə bağı layihəsinin konsepsiyası Dubailand və Dubai Properties Group arasında razılaşma əsasında formalaşıb. Layihənin inkişafı iordaniyalı iş adamı Abdel Naser Rahhalın rəhbərlik etdiyi Akar Landscaping and Agriculture Company ilə müqavilə əsasında tamamlandı. Layihənin dəyəri 40 milyon AED (11 milyon ABŞ dolları) olaraq qiymətləndirilmişdir. Birinci mərhələnin inkişafı iki ay çəkdi və buna 400 işçi tələb olundu.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
7-ci Palatadakı Möcüzə
Dənizdə möcüzə (film, 1966)
Möcüzə göstərən Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Möcüzə qadın (film, 2017)
"Ecazkar qadın" (ing. Wonder Woman) — "DC Comics" nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının dördüncü filmidir. Film, Allan Heynberin ssenarisi əsasında Petti Cenkinsin rejissorluğu ilə çəkilmişdir; ssenari əsasında durmuş hekayə Heynberq, Zak Snayder və Ceyson Fuşs tərəfindən yazılmışdır. Əsas personaj Qal Qadot, digər personajlar isə Kris Payn, Robin Rayt, Denni Hyuston, Devid Tyulis, Konni Nilsen və Yelena Anaya tərəfindən canlandırılmışlar. Betmen Supermenə qarşı filmində Ecazkar qadının ilk dəfə layv-ekşn filmində görünməsindən sonra, bu film personaja həsr olunmuş ilk individual layv-ekşn filmidir. Filmdə, Femiskira adasında qəzaya düşmüş ABŞ pilotu Stiv Trevor Dayanaya Birinci Dünya Müharibəsi haqqında məlumat verir və müharibəni dayandırmaq üçün doğma evini tərk edən Şahzadə Dayana Ecazkar qadına çevrilir. Personaj haqqında individual film çəkilməsi ideyası 1996-cı ildən inkişşaf etdirilməyə başlanılmış, 2015-ci ildə Petti Cenkins rejissorluğu öz üzərinə götürməklə bağlı müqavilə imzalamışdır. 21 noyabr 2015-ci ildə əsas çəkilişlərə start verilmiş, çəkilişlər Böyük Britaniya, Fransa və İtaliyada həyata keçirilmiş və 19 may 2016-cı ildə tamamlanmışdır.
Xəzərdə möcüzə (film, 1961)
Film Xəzər dənizində əfsanəvi neftçilər şəhərinin-Neft Daşlarının yaradılmasından, byrada çalışan əmək adamlarından, onların fədakar əməyindən bəhs edir.
Yaşıl möcüzə (film, 1979)
Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur. Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır. Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, Özbəkistanda və Moskvada aparılmışdır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Cəlal Əliyev, Vaqif Hümmətoğlu Operator: Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Yeva haqqında hər şey
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir. "Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub. Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir.
Hər şey yaxşılığa doğru
Hər şey yaxşılığa doğru — 1997-ci il Azərbaycan istehsalı Vaqif Mustafayevin filmi. == Məzmun == Film yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapmışdır. == Festivallar və mükafatlar == 1) 1998-ci ildə 44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq Münsiflər heyətinin "sülh məramına və yumoruna görə" "Ulenşpigel" mükafatı verilmişdir. Filmə Humanizmə görə Katolik Kilsələr Assosiasiyasının mükafatı verilmişdir. Filmə Katolik Filmlər Assosiasiyasının mükafatı verilmişdir. Filmə Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı verilmişdir. 2) 1998 Klermont Ferra Film Festivalı. Fransa 3) 1998-ci ildə VIII Sankt-Peterburq Beynəlxalq Kinofestivalı Vətəndaşlıq müdrikliyinə və yaradıcılıq qələbəsinə görə rejissor Vaqif Mustafayevə mükafat verilmişdir. 4) 1999 Ümumdünya Televiziya Filmləri Festivalı.
7-ci kameradakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.