MÜĞ

bax muğ.
MÜFTİLİK
MÜĞANƏ
OBASTAN VİKİ
Damla (müğənni)
Doğuş (müğənni)
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Dreyk (müğənni)
Dreyk (əsl adı: Obri Dreyk Qrem; 24 oktyabr 1986[…], Toronto, Kanada) — Kanadalı repçi, müğənni. O, populyar musiqi sənayesində nüfuzlu bir şəxs kimi öz adını təsdiqləyib. Çoxları onu müasir hip-hop musiqisinin səsini formalaşdırdığına görə təqdir edir. Dreyk 2001–2008-ci illərdə CTV telekanalının efirində yayımlanan "Degrassi: The Next Generation" serialında oynadığı roluna görə məşhurluq qazanıb. 2006-cı ildə o, "Room for Improvement" adlanan debüt miksteypini buraxaraq musiqi karyerasına başlayıb. "Comeback Season" və "So Far Gone" adlı iki miksteypini təqdim etdikdən sonra 2009-cu ildə Young Money Entertainment şirkəti ilə səsyazma müqaviləsi bağlayıb. Dreykin ilk üç studiya albomu: "Thank Me Later" (2010), "Take Care" (2011) və "Nothing Was the Same" (2013) böyük müvəffəqiyyət əldə etmişdir. Albomlara daxil olan sinqllar: "Find Your Love", "Take Care", "Started from the Bottom" və "Hold On, We're Going Home" ABŞ-də musiqi cərgələrinin zirvəsinə yüksəlmişdir. Dreyk "Views" adlanan dördüncü albomunu 2016-cı ildə təqdim etmişdir. Bu albom 13 həftə ərzində Billboard 200 hit-paradına başçılıq edərək onun uğurunu növbəti səviyyəyə qaldırıb.
Eldar Əliyev (opera müğənnisi)
Eldar Tofiq oğlu Əliyev — Azərbaycanlı opera müğənnisi (bas). 1992-ci ildə İtaliyanın məşhur "Lirica Osimo" Akademiyasına qəbul olub. 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra peşəkar karyerasına "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında Motsartın "Sehirli fleyta" (ing. The Magic Flute) operası ilə başlamışdır. 1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında Timur obrazanı canlandırıb. Bologna, Brüssel və Romadakı canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb. 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. 28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.
Eldəniz Məmmədov (müğənni)
Eldəniz Məmmədov (tam adı: Məmmədov Eldəniz Kamran oğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi. Məmmədov Eldəniz Kamran oğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan olmuşdur. 1981-ci ildə Yal Pirəhmədli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul olunan şagirdlərdən biri olmuşdur. Orta məktəbdə oxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festivalının laueratı olmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Ocaq" Folklor ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədovun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiosunun "Qızıl Fond"una daxil edilmişdir. 1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil olmuş, görkəmli xanəndə, xalq artisti, professor İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur. Eldəniz Məmmədovun ən böyük uğuru 2007-ci ildə "Soy" prodakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi olan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi olmasıdır.
Elissa (müğənni)
Elissa (əsl adı İlisar Zəkəriyya Xuri; ərəb. إليسار زكريّا خوري‎, ALA-LC transkripsiyası: Ilīsār Zakariyyā Khūrī; 27 oktyabr 1971, Deyr əl-Əhmər[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi) — Livan müğənnisi. Kariyerinə 1998-ci ildə çıxardığı "Baddi Doub" ilk albomundan sonra qısa zamanda Ərəb musiqi dünyasının ən güclü səslərindən biri olan müğənni, albomlarından birində mahnılarının yarısını Türk dilində mahnıların aranjmanlarından ibarət idi. 2000-ci ildə Çelik Erişcinin "Unutamam" mahnısına Fransızca və İspanca vokallar oxumuşdur. Ayrıca Livan adına Pepsi reklamında oynayan ilk Livanlı qadın sənətçi olmuşdur. "Ahla Dounya" albomu ilə 31 avqust 2005-ci ildə Hollywooddakı Kodak Teatrında Orta Şərq və Şimali Afrikanın 2005-ci ilin "Ən yaxşı Ərəb müğənnisi" və "Ən Çox Satış Ödülü"nü almışdır. Son olaraq Ceb Məmi ilə birlikdə "Kont Fi Sertak" adlı mahnınıı səsləndirmiş, mahnı qısa zamanda geniş ilgi görmüşdür. Elissa bir çox Türk sənətçiyə də mahnılar vermişdir.
Elmira Axundova (müğənni)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elnur Hüseynov (müğənni)
Elnur Hussein (3 mart 1987, Aşqabad) — Azərbaycan estrada müğənnisi. Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014–2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub.
Elnur Məmmədov (müğənni)
Elnur Rafiq oğlu Məmmədov (24 oktyabr 1982, Bakı) — Azərbaycan müğənnisi. Əslən Füzuli rayonundan olan Elnur Məmmədov 24 oktyabr 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1992-ci ildən 18 saylı musiqi məktəbinə məşhur xanəndə Əlibaba Məmmədovun sinfinə gedib. Həmin ildən Əfsər Cavanşirovun idarə etdiyi Bənövşə uşaq xorunda çıxış edib. 1993-cü ildən uşaq filarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinfində musiqi təhsilini davam etdirib. 1994-cü ildə Qönçə-94 müsabiqəsində xanəndə kimi birinci yerə layiq görülərək laureat adını alıb. Həmin ildə UNESCO-nun Beynəlxalq uşaq günü ilə bağlı keçirdiyi telemarafonda ifası Ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi bəyənilmiş və onun gələcək sənət fəaliyyəti ilə bağlı dəyərli fikirlərini bölüşmüşdür. 1999-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsinə daxil olub. 2003-cü ildən etibarən səs tellərində yaranmış problemlər üzündən ara verdiyi yaradıcı fəaliyyətini bərpa etmişdi.
Elçin Cəfərov (müğənni)
Elçin Hüseynov (müğənni)
Elçin Əlipənah oğlu Hüseynov (19 dekabr 1976, Hacıismayıllı, Cəlilabad rayonu) — Azərbaycanın estrada müğənnisi. Hüseynov Elçin Əlipənah oğlu, 1976-cı il dekabr ayının 19-da Cəlilabad rayonunun Hacıismayillı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1982 ci ildə Haciismayilli kend orta məktəbin 1-ci sinifinə getmiş, 1992–1993-cü tədris ilində Cəlilabad rayon Hacıismayıllı kənd orta məktəbini və eyni zamanda paralel olaraq, musiqi məktəbini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1993–1996-cı illər ərzində Cəlilabad rayon mədəniyyət mərkəzində müğənni kimi fəaliyyət göstərmiş, demək olar ki, rayon üzrə keçirilən bütün dövlət tədbirlərində bir qayda olaraq yaxından iştirak etmişdir. Qabaqcıl fəaliyyətlərinə görə dəfələrlə Rayon İcra Hakimiyyəti başçısı, Rayon Təhsil və Mədəniyyət şöbələrinin fəxri fərmanları ilə təltif olunmuşdur. 1997–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturalogiya fakültəsinin mədəniyyətşünaslıq ixtisasını bitirmişdir. Azərbaycanın əməkdar artisti Sabir Mirzəyevdən üç il muğam, Bakı Musiqi Akademiyasında isə klassik estrada müğənnisi Teymur Əmrahdan iki il vokal dərsləri almışdır. 2008-ci il may ayının 24-də ailə həyatı qurmuşdur — Raya, Röya, Pənah və Əli adlı 4 övladı var. 25–26 ildir ki, fasiləsiz olaraq müğənni kimi fəaliyyət göstərən sənətçi rəhbərlik etdiyi "NİEL" orkestrın üzvləri ilə birlikdə Respublikamızda keçirilən dövlət tədbirlərində, üzvü olduğu Yeni Azərbaycan Partiyasının təşkil etdiyi konsertlərdə, rayonlarda, kəndlərdə, hərbi hissələrin əsgərləri qarşısında, qocalar evində, kimsəsiz uşaqlar evində, Bakı şəhəri və eyni zamanda Azərbaycanın sərhədlərindən uzaqlarda: Türkiyədə, Rusiyada, İran İslam Respublikasında, Ukraynada, Almaniyada və s. müxtəlif illərdə keçirilən konsertlərdə Azərbaycan mədəniyətini layiqincə təmsil etmiş və sənətinin yaradıcılıq gücündən peşəkarlıqla bəhrələnməyə səy göstərmişdir.
Elçin Əzizov (müğənni)
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Faiq Ağayev (müğənni)
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Fərid Məmmədov (müğənni)
Fərid Məmmədov (30 avqust 1991, Bakı) — Azərbaycan müğənnisi. Fərid Məmmədov 30 avqust 1991-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Fərid Məmmədov orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışdır. İlk musiqi təhsilini isə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində almışdır. Fərid Məmmədov Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın tələbəsidir. Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci olan Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi "Hold me" mahnısı ilə təmsil edərək 234 xalla ikinci yeri tutmuşdur. Bu göstərici ilə Azərbaycanın Avroviziya tarixində ən yüksək xal göstəricisi olmuşdur. Lakin onun rəqibi Danimarka təmsilçisi Emelie de Forest "Only Teardrops" mahnısı ilə 281 xalla 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.
Fəridə Məmmədova (müğənni)
Məmmədova Fəridə Kamal qızı (d. 29 sentyabr 1976, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti. Fəridə Məmmədova (soprano) Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994–2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır. 1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: J. Bizenin "Karmen" operasında Mikaela, Motsartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordiliçi və Qrafinya, Qlyukun "Orfey və Evridika" operasında Evridika, V. Bellininin "Norma" operasında Norma, C. Verdinin "Trubadur" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, Leonkavallonun "Məzhəkəçilər" operasında Nedda, P. Maskanyinin "Cavalleria rusticana" operasında Santuzza, Cakomo Puççininin "Il Tabarro", "Manon Lescaut", "Tosca" və "Gianni Schicchi" operalarında Corcetta, Manon, Toska və Çyeska, Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza, R. Mustafayevin "Vaqif" operasında Xuraman, M. Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, F. Əlizadənin "İntizar" operasında Gəlin, L. Vaynşteynin "Zoluşka" operasında Javotta, Y. Raxmadiyevin "Alpamis" operasında Mıstan ve s. F. Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur.
Gülşən (müğənni)
Gülşən (29 may 1976, Çapa[d], İstanbul ili) — Türkiyəli müğənni, bəstəkar.
Hadisə (müğənni)
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hiss (müğənni)
Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995 və ya 11 avqust 1995, Bakı) — azərbaycanlı müğənni. 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hozier (müğənni)
Andryu Hozier-Birn (17 mart 1990, Brey) — İrlandiyalı müğənni. Hozier adlı ilk albomu 19 sentyabr, 2014-cü ildə çıxmışdır. Musiqi ilə əlaqədar ailədə doğulan Hozier, 2009-dan 2012-yə qədər Anuna adlı musiqi qrupunda üzv olmuşdur. O, həmin qrupun Hollandiya və Norveçdə olan konsertlərində də iştirak etmişdir. 2013-cü ildə Hozier Take Me To Church adlı mahnısını yayımladı və bu mahnı onu məşhurlaşdırdı. Bu mahnı həmçinin 57-ci Qremmi mükafatının "2015-ci ilin Ən yaxşı Mahnısı" mükafatına namizəd olub. Daha sonra isə ''Work Song'', '' From Eden'' kimi mahnıları da yayımlanmışdır.
Hvasa (müğənni)
An He-cin (kor. 안혜진), 23 iyul 1995, Concu) və ya səhnə adı ilə Hvasa (kor. 화사) – Cənubi Koreyalı müğənni, repçi, mahnı müəllifi, bəstəkar və model. 2014-cü ildə Mamamoo qız qrupunun üzvü olaraq debüt etmişdir. Musiqisinə təsir etmiş ifaçı kimi Beyonse-ni göstərir. Yazı və bəstəkarlıqda iştirak etdiyi "Twit" rəqəmsal sinqlı ilə 2019-cu ilin fevral ayında solo sənətçi kimi debüt etmişdir. 2020-ci ilin mart ayında Hvasa ingilis müğənni Dua Lipa ilə birlikdə Lipanın "Physical" mahnısının remiksi üçün koreyaca sözləri əlavə edib. 2020-ci ilin avqust ayında isə 10 oktyabrda "Don't Touch Me" adlı sinql ilə debüt edən dörd nəfərdən ibarət "Refund Sisters" adlı (kor. 환불 원정대) superqrupun üzvü biri olaraq debüt etmişdir. "Maria" adlı EP-i ilə Hvasa ABŞ iTunes albomları çartında üst sıralarda yer alan ilk koreyalı qadın solo sənətçisi olmuşdur.
Jewel (müğənni)
Jewel (23 may 1974) — müğənni. 23 may 1974-cü ildə Yutada doğulmuşdur və qısa bir zamanda Alyaskaya köçmüşdürlər. Anası Lenedra J. Carroll İrland əsilli, Atası alman-isveçrə əsillidir.
LiSA (müğənni)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
Manqo (müğənni)
Manqo, əsl adı Cuzeppe Manqo (6 noyabr 1954 – 7 dekabr 2014) — məşhur İtaliya müğənnisi. Manqo pop, rok, folk, etnik musiqini birləşdirən üslubu və geniş vokal diapazonu ilə tanınırdı.
Monten (müğənni)
Gessika Alissa Serro (14 avqust 1995, Sidney) və ya səhnə adı ilə Monten — 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı "Don't Break Me" mahnısı ilə təmsil edəcəkdi. Müsabiqə ləğv olunsa da, 2021 Avroviziya Mahnı Müsabiqəsində də Avstraliyanı təmsil edəcək.