Mübadilə Məzənnəsi

bir ölkənin pul vahidinin xarici valyutada ifadə edilmiş qiyməti.
Mübadilə Dəyəri
Mübadilə Məzənnəsi Haqqında Forvard Razılaşma
OBASTAN VİKİ
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Mübadilə
Mübadilə — müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-biriləri ilə dəyişmələri.
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Mübadilə (iqtisadiyyat)
Mübadilə iqtisadiyyatda — malların bir sahibdən digərinə daşınması. İnsanlar arasında birbaşa və ya əmək məhsullarının mübadiləsi şəklində təzahür edən qarşılıqlı fəaliyyət mübadiləsi. Məcburi və qeyri-məcburi ola bilər (könüllü). Könüllü mübadilə formalarından biri ticarətdir. Könüllü mübadilədə çox vaxt zahiri, keyfiyyət, forma və təyinat baxımından fərqli olan şeyləri ölçmək lazımdır. Bu, malların maya dəyərinə çevrilən vahid əsasın, ekvivalentlik ölçüsünün olmasını zəruri edir. Mübadilə həm bilavasitə “mal-mal” sxeminə (barter), həm də “mal-pul-mal” sxeminə görə (alqı-satqı) pulun iştirakı ilə digər mal və ya xidmətlər üzrə aparıla bilər. Məcburi mübadilə əksər hallarda tərəflərdən biri ədalətsiz, qeyri-ekvivalent, yırtıcı hesab edir. Adətən, könüllü əsasda (güc tətbiq etmədən və ya onun tətbiqi təhlükəsi olmadan) mübadilə baş verməyəcəyi şərtlər var. Müasir təcrübədə birjada birbaşa zorakılıq adətən cinayət hesab olunur.
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Effektiv valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.
İnternet mübadilə nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
Alman Akademik Mübadilə Xidməti
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir. == Məqsədi == DAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Mədəni və texnoloji mübadilə
Mədəni-texnoloji mübadilə — ayrı -ayrı xalqların, ölkələrin, sivilizasiyaların (ticarət, nikahlar, müharibələr və s. müxtəlif əlaqələr vasitəsilə) müəyyən ərazi vahidlərində mədəniyyət, elm və texnologiya nailiyyətlərinin bir-birinə nüfuz etməsinə səbəb olan qarşılıqlı əlaqə prosesidir. Akkulturasiya İnkulturasiya İnterkulturalizm Mədəniyyətlərarası ünsiyyət Mədəniyyətlərarası kompetensiya Transkulturasiya Белый В. И. Международный культурный обмен и его влияние на развитие национальной культуры: дис. канд. филос. наук. — М.: Государственный институт культуры, 1992. — 155 с. Боголюбова Н. М., Николаева Ю. В. Межкультурная коммуникация и международный культурный обмен. Учебное пособие.
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası
ABŞ qiymətli kağızlar və mübadilə komissiyası (ing. The United States Securities and Exchange Commission, SEC) — ABŞ dövlət qurumu ABŞ qiymətli kağızlar bazarı üçün əsas nəzarət və tənzimləmə agentliyidir. Komissiya 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında yaradıldı. Komissiyanın məqsədi Böyük böhran dövründə investorların fond bazarına olan inamını bərpa etmək idi. İlk SEC sədri, ölkənin gələcək prezidenti Con Kennedinin atası Cozef Patrik Kennedi olmuşdur. Komissiya 1934-cü il Qiymətli Kağızlar Mübadilə Qanununa (ing. Securities Exchange Act of 1934) uyğun olaraq yaradılmışdır. Bu qanuna əlavə olaraq Komissiyanın fəaliyyəti aşağıdakı vacib qanunlarla tənzimlənir: Qiymətli kağızlar qanunu (Securities Act of 1933) Etibar sənədi qanunu 1939 . (the Trust Indenture Act of 1939) İnvestisiya şirkətləri qanunu 1940 . (the Investment Company Act of 1940) İnvestisiya məsləhətçiləri qanunu 1940 .