məməyeyən
məmləkət
OBASTAN VİKİ
Məmiş Abdullayev
Məmiş Abdullayev Şahbaz oğlu — Sovet İttifaqı Qəhrəmanı (24.03.1945) Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur. Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir.
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Elvin Məmişzadə
Elvin Məmişzadə (17 dekabr 1991, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Dünya Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Elvin Məmişzadə 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/32 final mərhələsində Elvin Məmişzadə Hindistan nümayəndəsi Nanao Sina 6:22 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu. 2010-cu ilin iyununda isə Elvin Məmişzadə nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Rusiyada baş tutan Avropa Çempionatında Elvin Məmişzadə 1/4 final mərhələsində son Dünya Çempionatının finalçısı olan Rusiya nümayəndəsi David Ayrapetyana 5:4 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə Elvin Məmişzadə son Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ohaves Danielyan üzərində 8:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi son olimpiadanın bürünc medalçısı olan İrlandiya nümayəndəsi Paddi Barnes oldu. Həmin görüşdə Elvin Məmişzadə rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. 18 yaşında Avropa Çempionatının finalçısı olan Elvin Məmişzadə bir il sonra, 2011-ci ilin iyununda İstanbul şəhərində baş tutan Avropa Çempionatında isə uğursuz çıxış elədi. Elvin Məmişzadə turnirin 1/16 final mərhələsindəcə rəqibinə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.
Məmişli
Məmişli kəndi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Kəndin qədim nəsillərinin xronologiyasına nəzər saldıqda kəndin salınma tarixi 300 ili keçir. Tarixi mənbələrdə kəndin adı Dağətəyi (Məmişli) kimi göstərilir. Məmişli kəndi Tbilisidən 63 km cənub-qərbdə. Dəniz səviyyəsindən 1200 m hündürlükdədir. 1886-cı ilin əhalinin siyahayaalınmasına görə kənddə 19 ailə (131 nəfər), 1926-cı ilin əhalinin siyahayaalınmasına görə 64 ailə (362 nəfər), 2002-ci ilin əhalinin siyahayaalınmasına görə isə 908 nəfər yaşadığı qeydə alınıb. Kəndin tarixi ilə kənddə olan böyük qədim nəsillərin tarixi sıx baglıdır. Kəndin bünövrəsini qoyanlar Məmiş, Qasım, Salıf, Möyləqulu, Yaqub adlı şəxslər olub. Sonra kəndə gələn Kecəllər, Qaraltılar(Novruzdular), Agalıq, Hasn evi, Əfti Kərimlər, Molla Əhməddilər, Səfərovlar, Yolçu evi ailələri ilbə il gəlib kənd formalaşıb. Araşdırmalara əsasən əvvəllər Tuvulqunun arxası qabanlığın altında indiki kalafa deyilən yerdə olub.
Məmişlər
Məmişlər — Azərbaycanın Sabirabad rayonunda kənd. Məmişlər — Azərbaycanın Şuşa rayonunda kənd. Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Məmişli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Seyid Məmiş — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı.
Məmişlər (Başkeçid)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Məmişlər (Borçalı)

Məmişlər (Dmanisi)

Məmişlər (Sabirabad)
Məmişlər (əvvəlki adı: Şaumyanovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Şaumyanovka kəndi Məmişlər kəndi adlandırılmışdır.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Məmişlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Məmişxan (Xoy)
Məmişxan (fars. ممش خان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 261 nəfər yaşayır (54 ailə).
Nurlan Məmişov
Qədir Məmişov
Sahil Məmişli
Tural Məmişov
Vaqif Məmişov
Məmişov Vaqif İmamqulu oğlu (1962, Masallı) — "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri. Vaqif Məmişov 1962-ci ildə Gürcüstanda, Marneuli rayonunun Kosalı kəndində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının hüquq fakultəsini bitirmişdir. Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir. 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur. Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.

Значение слова в других словарях