mənzumə
mərakeşli
OBASTAN VİKİ
Mənzuri Xamneyi
Mənzuri Xamneyi - ədəbiyyatşünas, yazıçı, tərcüməçi. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Səməd Sərdariniya, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi və sahibkar. Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib. Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şirkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir.
Əbdülkərim Mənzuri Xamnə
Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. 1308 günəş ilində Güney mahalının Xamnə şəhərində doğulub. İpdidai və orta təhsilini Xamnədə (Nisar məktəbində bitirir) . Həmin məktəbdə 15 il müəllim işləyir. Sonra Tehrana köçür öz ixtisası əsasında fəaliyyətini davam etdirir. Varlıq dərgisinin qurucu və təhrirə heyətinin üzvü olur . O, bir çox kitabın müəllifi köçürəni və tərcüməçisi olur. 1) Türkcə- farsca danışıq 2) Azərbaycan nağılları 3) Aşıq Qurbani və Pəri xanım 4) Azərbaycan foklorunda tapmacalar 5) Məhəbbət nağılları 6) Məzəli əhvalat 7) Xamnənin tarix və coğrafiyya kitabı Bu kimi kitabların müəllifi.

Значение слова в других словарях