MƏVDUDİ ƏBÜL-ƏLA

(1321/1903 – 1399/1979) – görkəmli İslam mütəfəkkiri, maarifçisi, dövlət xadimi olmuşdur. Hindistanın Heydərəbad bölgəsində doğulmuşdur. Məvdudi, klassik İslam irsini dərindən bilmiş, bu irsin ictimai həyatda tətbiq edilməsi yollarını axtarmışdır. O, Hindistanın “Müslim” və “Tac” qəzetlərində jurnalist kimi fəaliyyət göstərmişdir. Daha sonra Dehlidə nəşr edilən müsəlman dəyərlərini aşılayan qəzetin redaktoru olmuşdur. 1341/1923-cü ildə isə Hindistanda ingilis müstəmləkəçiliyinə qarşı başlamış hərəkat zamanı aylıq “Tərcümanil-Quran” jurnalını çap etdirmişdir. Məvdudi həm ingilislərin, həm də hindlilərin müstəqillik hərəkatına başçılıq edən Qandinin və onun tərəfdarlarının siyasətlərinə də etiraz etmiş və Hindistan müsəlmanlarının birliyini təmin etmək üçün səylər göstərmişdir. O, həmçinin müsəlmanların içindən çıxmış qadiyanilər təriqəti kimi yeni cərəyanlara qarşı da çıxış edirdi. Daha sonra Məvdudi müsəlmanların yaşadığı Hindistanın şimal bölgələrinin ayrılması və orada müstəqil dövlətin qurulmasının tərəfdarı idi. O, “Camaatül-İslam” partiyasını yaratmışdır. Pakistan müstəqillik qazandıqdan sonra ölkənin şəriət qanunları ilə idarə edilməsinin və ölkə konstitusiyasının onun əsasında yazılmasını təkid edirdi. O zaman siyasi baxışlarına görə bir neçə dəfə həbs olunmuşdur. Daha sonra ölkənin siyasətində fəal iştirak etmişdir. Miladi 1965-ci ildə onun tərəfdarları Hind-Pakistan müharibəsində cəbhələrdə vuruşmuşdurlar. Siyasi fəaliyyətindən başqa Məvdudi tarix, iqtisadiyyat, müasir İslam dini-siyasi hərəkatlarının nəzəriyyəsi, İslama müasir yanaşmalar, Qərb həyat tərzinin tənqidi kimi mövzuları əhatə edən çoxlu kitablar yazmışdır. Ən tanınmış əsəri isə Quranın təfsiri olan “Təvhimül-Quran” kitabı olmuşdur.
MƏSUM
MƏVƏRDİ ƏBÜLHƏSƏN
OBASTAN VİKİ
Əbül-əla Gəncəvi
Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür.
Hüseyn Əla
Hüseyn xan Məhəmmədəli xan oğlu Əla (13 dekabr 1882, Tehran – 13 iyul 1964, Tehran) — İranın baş naziri. == Həyatı == Hüseyn xan Məhəmmədəli xan oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Hüseyn xan Əla ali təhsilini İngiltərədə, London şəhərində almışdı. Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Moinəlvüzəra ləqəbini daşıyırdı.
Əla Surəsi
87-ci surə
Əbül Fida
Əbülfida (ərəb. أبو الفداء‎) və ya Əbülfida İsmail Həməvi (tam adı əl-Məlik əl Müəyyəd İmadəddin Əbül-Fida İsmail bin Əfdal Əli bin Mahmud; noyabr 1273, Dəməşq, Məmlük dövləti – 27 oktyabr 1331, Həma) — kürt filosof, kapitan, İslam tarixçisi, coğrafiyaçı və 1320–1331- ci illərdə Əyyubilərin Həma əmiri. Ayın üzərindəki Əbulfəda kraterinin adı onun şərəfinə adlandırılmışdır. Əbülfida öz işində məşhur olmuşdur. Əbülfida 1273-cü il tarixində Həma əmiri II Mansur Mahmudun qardaşı və öz atası Malik əl-Əfdalın Moğolların işğalından qaçdığı yer olan Şamda doğulmuşdur. Atası o dövrdə məşhur komandir idi. Əbülfida eyni zamanda Səlahəddin Əyyubinin atası olan Nəcməddin Əyyubunun nəvəsidir. Yaxşı təhsil almış, uşaqlığını Quran və bəzi elmləri öyrənməklə keçirmişdi. Ancaq, on iki yaşından etibarən tez-tez Xaçlılara qarşı hərbi əməliyyatlara qoşulmuşdur. 12 yaşındaykən Hospitalier cəngavərlərinin əlində olan Markab Həma əmiri tərəfindən müşayiət olundu və onlara böyük fayda verdi.
Böyük Əbül dağı
Böyük Əbül dağı (gürc. დიდი აბული) — Samsar silsiləsində dağ.
Kiçik Əbül dağı
Kiçik Əbül dağı (gürc. პატარა აბული) — Samsar silsiləsində dağ.
Əbül-Müsafir Fəth
Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, Ərdəbil) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Əbül-Üla Gəncəvi
Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür.
Əbül Hica Məhəmməd
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Əbül Hica Salar
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Əbül Qasim Harun
Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan — Atabəy Özbək dövründə fəaliyyət göstərmiş vəzir. Onun adı Sədəddin Vəravininin "Sirat Cəlaləddin Məngburni" əsərində çəkilir. Təbrizdə kitabxana açdırmışdır. Bir müddət Əlaəddin Xarəzmşah tərəfindən həbs olunmuşdu. Cəlaləddin dövründə istefaya getmiş və açdığı mədrəsədə din işləri ilə məşğul olmağa başlamışdır. 1227-ci ildə hələ sağ idi.
Əbül Rəhman Arif
Hacı Əbdürrəhman Məhəmməd Arif əl-Cümeyli (ərəb. عبد الرحمن محمد عارف الجميلي‎; 1916[…], Bağdad – 24 avqust 2007[…], Amman) — İraqın 3-cü prezidenti. Həccə getdiyi üçün "Hacı" ləqəbini daşıyır. Karyera əsgəri idi və 1958-ci ildə monarxiyanı devirən hərbi çevrilişə dəstək verdi. 1963-cü ildə qardaşı Abdul Salam Arif-i hakimiyyətə gətirən zərbəni də dəstəklədi. Qardaşı çevrilişdən sonra onu ordu başçısı təyin etdi və kiçik Arif 1966-cı ilin aprelində təyyarə qəzasında öldü, Baş nazir Əbdül Rəhman -Bazzaz ("Qərbyönümlü vəkil" və 1958-ci il inqilabından bəri İraq hökumətinə rəhbərlik edən ilk mülki şəxs) prezident vəzifəsini icra etdi; üç gün sonra əl-Bazzaz prezident olmaq üçün seçildi, sonra əl-Bazzaz dərhal prezidentlikdən Əbdül Rəhman Arifin ixtiyarına verildi. Ehtimal olunur ki, hakimiyyətin təhvil verilməsi İraq hərbi qüvvələrinin Əbdül Salamın zəif və yerinə qardaşı ilə manipulyasiya etməsini asanlıqla yerinə yetirməsini düşündüyü üçün baş verib. Arif İraq İnqilab Komandanlıq Şurası tərəfindən prezident təyin edildi. Qardaşının siyasətini davam etdirdi, lakin daha millətçi bir profil ilə. Qardaşı Əbdül Salam kimi, o da Misirin pan-Ərəbist prezidenti Qamal Abdel Nasserin açıq dəstəkçisi idi.
Əbül Salam Arif
Əbdüssəlam Arif (ərəb. عبد السلام محمد عارف الجميلي‎‎; 21 mart 1921, Bağdad – 13 aprel 1966[…], Şəttül-Ərəb, Bəsrə mühafəzəsi) — İraqın 2-ci prezidenti.Rütbəsi polkovnikdir. Prezident Aref 26 mart 1921-ci ildə Bağdadda Fəllucə şəhərinin ətrafındakı Xan Dari bölgəsindən enən parçalar ticarəti ilə məşğul olan nüfuzlu bir ailədə anadan olub. Birinci dünya müharibəsində o, Bağdadda böyüdü və ibtidai və orta təhsilini 1934-cü ildə tamamladı. 1941-ci ildə ikinci leytenant rütbəsi ilə bitirdiyi hərbi kollecə qoşuldu. 1941 May May İnqilabının Baş nazir Rəşid Əli əl-Kilani Paşanın başçılığı ilə II Dünya Müharibəsi əsnasında İngilis tərəfindən işğal edilmiş hökumətə qarşı çıxan inqilabçılardan: "Qızıl Meydan" ləqəbli dörd kolonist: Polkovnik Salah əl-Din əl Sabbagh, Polkovnik Fəhmi Səid, polkovnik Kamil Şəbib və polkovnik Mahmud Salman devrildikdən sonra Bəsrəyə köçürülüb 1944-cü ilə qədər inqilab hökumətində. 1944-cü ildə Nasiriyə köçürüldü. 1946-cı ildə Hərbi Kollecdə məşqçi seçildi. bunda yalnız ilk və tanınmış rəhbərlik və peşəkar ruh qəbul edildi. 1948-ci ildə Kərkükə köçürüldü və oradan Fələstinə getdi.
Əbül bəy Şərifbəyov
Əbül Əsvar Şavur
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu.
Məhəmməd Əla oğlu Hümam
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Əbül-Abbas əs-Saffah
Əbül Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح‎) və ya Əs-Səffah (ərəb. السفّاح‎) (722, Humeyma[d] – 754, Əl-Anbar, Abbasilər xilafəti) — İlk Abbasi xəlifəsi. Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül Abbası ailəsinin varisi elan etdi. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı.
Əbül Rəbbuh Mənsur Əl Hadi
Əbül Rəbbuh Mənsur (1 sentyabr 1945[…], Abya mühafazası[…]) ㅡ Yəmənin 2-ci prezidenti. Hadi 1994-2012 ci illər ərzində vitse prezident olub. Həmçinin indi siyasətçi və Yəmən Hərbi İttifaqının Feldmarşalıdır. Hadi 1945-ci ildə Yəmənin Əbyan mühafəzəsinin cənubundakı Tükayin şəhərində anadan olmuşdur. 1966-cı ildə Cənubi Ərəbistan Federasiyasındakı hərbi akademiyanı bitirib. 1966-cı ildə İngiltərədə təhsil almaq üçün hərbi təqaüd aldıqdan sonra məzun oldu, lakin İngilis dilində danışmadığı üçün iştirak edə bilmədi. 1970-ci ildə Misirdəki tankları öyrənmək üçün başqa bir hərbi təqaüd aldı. Hadi sonrakı dörd ili Sovet İttifaqında hərbi rəhbərliyi öyrənməyə sərf etdi. 1986-cı ildəki hakim Yəmən Sosialist Partiyasının Ali Nasir fraksiyasından sonra Cənubi Yəmənin prezidenti Əli Nasir Məhəmmədlə birlikdə Şimali Yəmənə qaçdıqdan sonra Cənubi Yəmən ordusunda bir neçə hərbi vəzifə tutdu. Hadi Ədən Təcili Yardım zamanı aşağı bir rol oynadı.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı — SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.