Əbül Fida

Əbülfida (ərəb. أبو الفداء‎) və ya Əbülfida İsmail Həməvi (tam adı əl-Məlik əl Müəyyəd İmadəddin Əbül-Fida İsmail bin Əfdal Əli bin Mahmud; noyabr 1273, Dəməşq, Məmlük dövləti[1]27 oktyabr 1331, Həma[1]) — kürt filosof, kapitan, İslam tarixçisi, coğrafiyaçı və 1320–1331- ci illərdə Əyyubilərin Həma əmiri.

Əbülfida
أبو الفداء
ərəb. إسماعيل بن علي بن محمود بن مُحمَّد بن عُمر بن شاهنشاه الأيُّوبي
Doğum tarixi
Doğum yeri Şam
Vəfat tarixi
Vəfat yeri Həma
Atası Malik əl-Əfdal
Dini İslam
Fəaliyyəti coğrafiyaşünas, tarixçi, astronom, astroloq, siyasətçi, rəhbər, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayın üzərindəki Əbulfəda kraterinin adı onun şərəfinə adlandırılmışdır. Əbülfida öz işində məşhur olmuşdur.[2]

Əbülfida 1273-cü il tarixində Həma əmiri II Mansur Mahmudun qardaşı və öz atası Malik əl-Əfdalın Moğolların işğalından qaçdığı yer olan Şamda doğulmuşdur.[3] Atası o dövrdə məşhur komandir idi. Əbülfida eyni zamanda Səlahəddin Əyyubinin atası olan Nəcməddin Əyyubunun nəvəsidir.

Yaxşı təhsil almış, uşaqlığını Quran və bəzi elmləri öyrənməklə keçirmişdi. Ancaq, on iki yaşından etibarən tez-tez Xaçlılara qarşı hərbi əməliyyatlara qoşulmuşdur. 12 yaşındaykən Hospitalier cəngavərlərinin əlində olan Markab Həma əmiri tərəfindən müşayiət olundu və onlara böyük fayda verdi. Daha sonra Əkka, Hümüş, TripoliRumkale qalalarının fəthinə qatıldı.

Əbülfida Məmlük sultanı Baybarsın Hələbə göndərdiyi orduda bəzi qoşunlara başçılıq etdi. 1298-ci ildə Məmlük sultanı Nasir Məhəmmədin xidmətinə daxil oldu. 1299-cu ildə yarı müstəqil olan Həma Əmirliyi ləğv edilərək, Məmlük dövlətinin bir hissəsi oldu. 1300-cü ildə Əbülfidaya Məmlük Şam quberniyasının idarəsi altında Həma idarəçiliyi vəzifəsi verildi. Öz üzərində idarəçi olan Məmlükülər Şam vəlisi Əmir Tengiz münasibətlər pozuldu. Ancaq əhəmiyyətli Məmlük əmirləri və sarayında ad verməyə başladı. 1312-ci ildə Məmlüklər dövləti içində Həma şəhəri idarəçisi olarak Məlik us-Sahn adı verildi. Malatyada moğollarla müharibədə böyük şücayət göstərdi. Bu müvəffəqiyyətlərə görə 1320-ci il fevralın 28-də Sultan tərəfindən irsi olaraq Həma emirliyi və Malik ül Müəyyəd adı verildi. 1320-1321-ci ildə Məmlük sultanı Nasir Məhəmmədin Hicaza etdiyi Həcc səfərində ona müşayiət etdi.

Əbülfida özünü hökumətin verdiyi vəzifələrə və eyni zamanda onun nüfuzuna borclu olan elmi işlərə təyin edərək, uzun illər əmir olduğu yerləri sakitlik və əzəmətlə idarə etdi. O, dövrünün ədəbi insan və alimlərinin cəsarətli qoruyucusu idi. 1331-ci ildə Həma şəhərində vəfat etdi. Onun yerinə Həma əmirliyinə Şam əmiri Tengizin də tövsiyə etdiyi, oğlu Əfdal Məhəmməd gəldi.

Əbülfida yaşadığı və qarşılaşdıqlarını yazmasıyla məşhur oldu. Tarix elmi sahəsində ən çox tanınan əsəri İbn Əsirin "Əl-Kamil fit Tarix" adlı məşhur əsərinin bir davamı olan "Müxtəsəri Tarix il-Bəşər" dir. Bu əsərdə, ilk peyğəmbər və ilk insan olan Adəmdən başlayaraq 1328-ci ilə qədər baş verən hadisələrə yer vermişdir. Əsər qərb dillərinə tərcümə edilmiş, 1870-ci ildə İstanbulda və 1908-ci ildə Misirdə nəşr olunmuşdur.

Əbülfidanın digər mühüm əsəri 1316–1321-ci il tarixlərində yazılmış "Təqvim əl-Buldan" (Ölkələrin cədvəli) adlı əsəridir. Əsər 28 hissədən ibarət olub, ümumi coğrafiya kitabıdır. Müqəddimədən sonra Yer kürəsinin dənizlərini, dağlarını, bulaqlarınıgöllərini izah edir. Mətndə bir sıra sətirlər də verilmişdir. Bu sətirlərdə yer adları və onların coğrafi koordinatları göstərilir. Əbülfida bu əsərində Ptolemey, Məhəmməd İdrisi, İbn Havqəl, İshari və Əl-Biruninin əsərlərindən faydalanmışdır. O, həmçinin müxtəlif coğrafi xüsusiyyətləri ilə birlikdə dünyanın ən böyük şəhərlərini təsvir etmişdir. Avropada bu kitab 1840-cı ildə Reinaud və De Slane tərəfindən nəşr olunmuşdur. Fransız dilində tərcüməsi 1848–1883-cü illərdə nəşr edilmişdir.

Həmçinin, Əbülfida tibb haqqında "Kunas" adlı kitab da yazmışdır.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #118500333 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Arxivlənmiş surət". 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-12.
  3. ^ Chambers Biographical Dictionary, ISBN 0-550-18022-2, s.5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]