Mahiyyət Anlayışı

mühasibat uçotunun fundamental anlayışlarından biri olub, mənası – mühasibat hesabatında əks etdirilən vəziyyətin düzgün qiymətləndirilməsinə təsir nöqteyi – nəzərindən ancaq bəndlərin kəmiyyətləri və ya təbiəti təsir göstərir – deməkdir.
Mağaza
Maxinasiya
OBASTAN VİKİ
Mahiyyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Aktor anlayışı
Şəbəkənin aktorlar adlandırılan qovşaqları sosial şəbəkə analizinin əsas anlayışıdır. Aktor sosial qarşılıqlı əlaqənin bölünməz hissəciyi — atomudur. Aktorun varlığını və zəruriliyini bütün sosioloqlar etiraf edirlər, lakin bu qarşılıqlı təsir agentinin, hərəkət subyektinin "kim" və ya "nə" olduğu haqqında vahid fikir yoxdur. Aktor anlayışının öyrənilməsində müəyyən mərhələlər keçilmişdir. Əvvəllər aktor dedikdə, sosial qarşılıqlı təsirdə iştirak edən fərdin özü başa düşülürdü. Sonra aktoru müəyyən atributları və rolları olan sosial strukturda fərdin mövqeyi, yeri kimi başa düşməyə başladılar. Aktorun mövqe kimi başa düşülməsindən alınır ki, sosial şəbəkə fərdlər arasındakı qarşılıqlı əlaqənin modeli yox, fərdlərin tutduqları mövqelərin, qarşılıqlı əlaqələrinin modelidir. Aktor anlayışına bu yanaşmalarda aktor, fəaliyyət göstərən nəzərə çarpdırılır. Başqa yanaşmalar sosial şəbəkənin formalaşmasında üstünlüyü münasibətlərə (əlaqələrə) verirlər, hesab edilir ki, aktor kommunikasiya əlaqəsini deyil, kommunikasiya aktoru atributları ilə birlikdə yaradır. Daha sonra tədqiqatçılar şəbəkədə əlaqə anlayışının məzmununu kommunkasiya anlayışı çərçivəsindən kənara çıxararaq sosial şəbəkəni xarakterizə etmək üçün yəni anlayışa — resurslar axını anlayışına gəldilər.
Azərbaycan anlayışı
Azərbaycan — müxtəlif dövrlərdə Şimali və Cənubi Azərbaycan üçün hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı. Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər.
Hibridləşmə anlayışı
Hibridləşmə anlayışı — ümumiləşmə anlayışıdır. Hibrid anlayışının əsasını atomun valent halında (atomun birləşmənin tərkibindəki halı) ayrı-ayrı ilkin orbitalların müəyyən prinsiplər üzrə hibridləşməsi (ümumiləşməsi) təşkil edir. Karbon atomu adi halda iki açıq elektrona malikdir. Lakin o asanlıqla həyəcanlı hala keçir və bu vaxt elektron cütü (2s2) açılır və onlardan biri 2p-yarımsəviyyədə olan boş xanaya keçir. Buna müvafiq olaraq, karbon atomu həyəcanlı halında dörd kimyəvi rabitə yaradır. Yəni birləşmələrdə onun oksidləşmə dərəcəsi dördə bərabər olur. Karbon atomunun həyacanlı halında valent elektronları müxtəlif yarımsəviyyələrdə yerləşdiyi üçün onların əsasında əmələ gələn kimyəvi rabitələr öz təbiətinə görə bir-birindən fərqlənməlidir.Yəni, p-elektronların əsasında yaranan üç rabitə bir cür təbiətə, s-elektron əsasında yaranan rabitə isə başqa cür təbiətə malik olmalıdır. Lakin son illər aparılan dəqiq tədqiqatlar yuxarıda göstərilən məntiq əsasında çıxarılan nəticələrin heç birinin düzgünlüyünü təsdiq etməmişdir. Müəyyən olunmuşdur ki, metan molekulu düzgün tetraedr formasına malikdir. Molekulda kimyəvi rabitələr tetraederin mərkəzindən onun təpələrinə istiqamətlənmişdir.
Xəta anlayışı
Xəta – müşahidə edilən və ya ölçülən nəticələrlə həqiqətdə olacaqlar arasında uyuşmazlıq. Riyaziyyatda və hesablama texnikasında “ERROR” ilə “MISTAKE” heç də eyni şey deyildir. Riyaziyyatda xəta (error), alınmış qiymət ilə verilmiş standart kəmiyyət arasındakı fərqdir; məsələn, statistikada xətalar qaçılmazdir və statistik verilənlər, adətən, “Seçmə yolu ilə aparılmış araşdırmanın xətası: ±5%” kimi qeydlərlə müşayət olunur. Kompüterlərin aparat və proqram təminatında xəta, ya hadisələrin gözlənilməz gedişinin nəticəsi, ya da mümkün olmayan və ya yolverilməz hərəkətləri həyata keçirmək cəhdinin nəticəsidir. Belə ki, veriliş xətası bir və ya bir neçə bitin təhrif olunmasını, “sıfıra bölmə” xətası isə proqramın sıfıra bölməni həyata keçirməyə cəhd etməsini göstərə bilər. Xətalar çox kiçik ola bilər, məsələn, disksürənin kilidi bağlı olmadıqda proqram diskdən istifadə edə bilmir; çox ciddi problemlər də ola bilər, məsələn, aparat təminatındakı nasazlıq və ya ciddi proqram xətası sistemin sıradan çıxmasına səbəb ola bilir. Praktik məsələlərin həllində bəzi hallarda kəmiyyətin dəqiq qiyməti ilə yanaşı onun təqribi qiymətindən də istifadə olunur. Tutaq ki, hər hansı kəmiyyətin dəqiq qiyməti A {\displaystyle A} , kəmiyyətin A {\displaystyle A} dəqiq qiymətə uyğun təqribi qiyməti isə a {\displaystyle a} ilə işarə olunmuşdur. Kəmiyyətin təqribi qiyməti onun dəqiq qiymətindən az fərqlənir və hesablama proseslərində ondan olunur. Bundan sonra dəqiq və təqribi ədəd uyğun olaraq A {\displaystyle A} və a {\displaystyle a} ilə işarə edəcəyik.
İnikas anlayışı
Qrup və altqrup anlayışı
Qrup anlayışı və bu əsasla yaranan qrup nəzəriyyəsi müasir riyaziyyatın çox vacib sahəsidir. Qrupa həm başqa cəbri strukturların köməyi ilə, həm də müstəqil sürətdə tərif vermək olar. Məsələn, deyə bilərik ki, elementlərinin hamısının tərsi olan monoidə qrup deyilir. Yaxud: neytral və simmetrik elementlərə malik olan yarımqrupa qrup deyilir. Lakin yaxşı olar ki, qrupun müstəqil tərifi ilə də tanış olaq. Boş olmayan G {\displaystyle G} çoxluğunda aşağıdakı şərtlər ödənərsə, ona vurma əməlinə nəzərən qrup deyilir: 1) G {\displaystyle G} çoxluğunda vurma əməli təyin edilir, yəni: ∀ ( a , b ∈ G ) {\displaystyle \forall (a,b\in G)} üçün a ⋅ b = c {\displaystyle a\cdot b=c} , c ∈ G {\displaystyle c\in G} (başqa sözlə, G {\displaystyle G} çoxluğu vurma əməlinə nəzərən cəbri qapalıdır); 2) Vurmada assosiativlik qanunu doğrudur, yəni: ( a b ) c = a ( b c ) ; {\displaystyle (ab)c=a(bc);} 3) G {\displaystyle G} çoxluğunda vahid element vardır, yəni: ∀ ( a ∈ G ) {\displaystyle \forall (a\in G)} üçün ∃ ( e ∈ G ) {\displaystyle \exists (e\in G)} , a e = e a = a ; {\displaystyle ae=ea=a;} 4) G {\displaystyle G} -nin hər bir elementinin tərsi var, belə ki: ∀ ( a ∈ G ) {\displaystyle \forall (a\in G)} üçün ∃ ! ( a − 1 ∈ G ) , {\displaystyle \exists !(a^{-1}\in G),} a a − 1 = a − 1 a = e . {\displaystyle aa^{-1}=a^{-1}a=e.} 2),3),4) şərtləri qrupun aksiomları adlanır. Bunlaradan əlavə a b = b a {\displaystyle ab=ba} (yəni vurmada kommutativlik qanunu) doğru olarsa, buna kommutativ qrup, yaxud Abel qrupu deyirlər. Analoji olaraq toplama əməlonə nəzərən qrupa tərif verilir, yəni G {\displaystyle G} çoxluğunda 1) a , b ∈ G {\displaystyle a,b\in G} üçün a + b ∈ G {\displaystyle a+b\in G} (toplama əməlinin təyini); 2) a + b + c = a + ( b + c ) {\displaystyle a+b+c=a+(b+c)} (toplamada assosiativlik qanunu); 3) a + 0 = 0 + a = a {\displaystyle a+0=0+a=a} (sıfır elementinin varlığı); 4) a + a ′ = a ′ + a = 0 , {\displaystyle a+a'=a'+a=0,} a ′ = − a {\displaystyle a'=-a} (əks elementin varlığı) şərti və aksiomları ödənərsə, G {\displaystyle G} -yə toplama əməlinə nəzərən qrup deyilir.