Azərbaycan anlayışı

Azərbaycan — müxtəlif dövrlərdə Şimali və Cənubi Azərbaycan üçün hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.

VI əsrdə Dərbənd şəhərinin müdafiə divarlarında Pəhləvi dilində həkk edilmiş yazılardan biri: Dara, Adurbadaqanın amarqarı (yəni maliyyə işləri üzrə baş məmur)[1]

"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.[2] Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır.[3][4] Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi.[5] Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı.[4]

Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.[6] Bundan başqa Atropatenada fəaliyyətdə olan bir çox zərdüşt məbədi var idi. Buralarda həmişə atəş yandırılırdı. Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: "Bəziləri güman edir ki, Azər pəhləvi dilində "atəş", bayqan isə "keşikçi" və ya "atəş mühafizəçisi" deməkdir və beləliklə, söz "atəş məbədi" və ya "atəş mühafizəçisi" deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub."[7].

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.[8] Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və "Babəkin atəşi" deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib."

Adın işlədilməsi

[redaktə | mənbəni redaktə et]

1918-ci ilə qədər (Zaqafqaziyanın şərqində və cənubunda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədər) Azərbaycan deyiləndə başlıca olaraq bir zamanlar Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu.

Azərbaycan ("Adrabiqan") "Buveyhilər dövründə islam məmləkətinin xəritəsi"ndə, 1877-ci il.

Orta əsrlərdə ərəb tarixçisi coğrafiyaşünası və səyyahı Əl-Məsudi (X əsr) qeyd edir ki, Azərbaycan toponiminin aid olduğu ərazi Arazın şimalına qədər genişlənir. Məsudi və ibn Xordadbeh şimal-şərqdəki Muğan düzünü Azərbaycana aid edir, ancaq başqa coğrafiyaşünaslar isə bu ərazini Azərbaycana daxil etmir.[6] Onun tarixi mərkəzi[6] həmişə Urmiya gölünün şərqindəki dağlıq ərazi olub. Beləliklə, erkən ərəb coğrafiyaşünaslığı dövründə Azərbaycan İran yaylasının şimal-qərb hissəsini əhatə edir və onun sərhədləri hal-hazırkı İranın şimal sərhədlərindən çox da fərqli deyil.[6] Hər halda Zaqafqaziya regionunun aran ərazilərinə Arazın məcrasından güclə keçir. Məşhur rus şərqşünası Vasili Bartold qeyd edir ki, Araz Azərbaycan və Arran arasında sərhəddir.[9] Britaniyalı antropoloq Riçard Tapperə görə Muğan ərazisi tarixi Azərbaycan ərazisində yerləşir.[10]

XIII əsrin əvvəllərində Yaqut əl-Həməvi tərəfindən verilən yanlış və ziddiyyətli məlumat[6] Azərbaycanı Ərzincanın qərbinə qədər genişləndirir. Digər tərəfdən Yaqut əl-həməvi bəzi hissələrdə Muğan daxil olmaqla Arran əyalətini Azərbaycana daxil edir və Azərbaycanın sərhədlərini Kürə qədər gətirir. Bu, o deməkdir ki, bu dövrdən bir qayda olaraq Azərbaycan anlayışı şimala qədər yayılır və onun mənası sürətlə dəyişir.[6] Yaquta görə Azərbaycan toponiminin aid olduğu ərazi Bərdəyə qədər genişləyib.

Həmdullah Qəzvini "Nüzhətül-qülub" əsərində (XIV əsr) Araz çayının sol sahilindəki NaxçıvanOrdubadı Azərbaycan ərazisi kimi göstərir.[11]

Səfəvilərin Təbriz (Azərbaycan) bəylərbəyliyinin Qarabağ və Çuxursəəd (indiki Naxçıvan və Ermənistan) bəylərbəylikləri ilə sərhədləri

Səfəvilər dövründə bir müddət üçün vergi gəliri əldə etmək məqsədilə Arazdan şimaldakı müəyyən ərazi Azərbaycan əyalətinə birləşdirildi.[12] İranika ensiklopediyasına görə Səfəvilər dövründə (XVI–XVII əsrlər) Azərbaycan termini Arazdan şimaldakı bəzi ərazilər üçün istifadə edilib, hansı ki, idarəçilik baxımından Azərbaycan əyalətinin canişininə tabe idi. Ancaq Səfəvilərin süqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər (Mirzə Adıgözəl bəyMirzə Camal Cavanşir Qarabaği) onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi.[12][13] M. Atkinə görə Səfəvilər dövründə Azərbaycan ekzonimi Şərqi Qafqazın bütün müsəlman xanlıqları, həmçinin Arazdan cənubdakı ərazilər üçün istifadə edilirdi.[14] Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər (Şəki, Gəncə, Şuşa, Naxçıvan, Şamaxı, Bakının əraziləri) ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən regionun siyasi vəziyyətinin təsvirini tərtib edərkən göstərildi.[15]

XIX əsrin sonlarında imperator III Aleksandrın dövründə (1881–1894) avropalı alim və jurnalistlər Azərbaycan terminini Rusiya imperiyasının BakıYelizavetpol quberniyalarına aid Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar. Rusiyada bu örnəyi 1917-ci ildən sonra işlətməyə başladılar, çünki bu ərazilərdə farslara yaxın Azərbaycan türkləri yaşayırdı.[16]

Ən müasir dövr

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Avropa mənbələri Azərbaycan terminini yalnız Arazdan cənubdakı, hazırkı İran əyaləti kimi işlədirlər.[17] Rusiyada Arazın şimalındakı ərazilər (müasir Azərbaycan Respublikasının ərazisi) bir qayda olaraq "Şərqi Zaqafqaziya" adlandırılırdı və o, Arran və Şirvan adlandırılan ərazilərin daxil olduğu tarixi vilayət idi. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə Azərbaycan rus Ermənistanının (cənubi Zaqafqaziya) şimalında idi, hansından ki, o, Arazla ayrılırdı.[18] Vasili Bartolda görə, əgər hal-hazırda Azərbaycan Respublikasını əmələ gətirən bütün vilayətlər üçün termin tapmaq lazım olsa idi, onda, yəqin ki, Aran adını qəbul etmək olardı.[19] İqor Dyakonov qeyd edir ki, XX əsrə qədər "Azərbaycan" termini İranın şimal-qərbinin türkdilli ərazisilə əlaqədar işlənirdi.[20] Bu fakt bölgənin tarixi üzrə aparıcı mütəxəssis olan Vladimir Minorski tərəfindən təsdiq edilir.[21] 1920-ci illərin əvvəllərində Azərbaycan ekzonimi Zaqafqaziyada az işlənirdi.[22]

1917-ci ilin 15–20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası keçirildi. Burada yeni inqibali çevriliş vəziyyətində azərbaycanlıların arzularını müəyyən etmək üçün ilk cəhd edildi. Konqresin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxardıldı.[23]

Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi, AXC Xarici İşlər Nazirliyinin Paris Sülh Konfransında təqdimatı.

"Azərbaycan" adı ilk dəfə Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən 27 may 1918-ci ildə rəsmi olaraq istifadə edilmişdir. Fraksiya öz iclasında Azərbaycanın müstəqilliyini elan etmək üçün qərar qəbul etdi və özünü müvəqqəti Azərbaycan Milli Şurası elan etdi.[24].

Rus etnoloqu Viktor Şpirelman yazır: "bu arada, AlbaniyanınCənubi Azərbaycanın (Atropatenanın) erkən tarixini qarışdırmaq üçün heç bir elmi səbəb yoxdur. Antik dövrdə və erkən orta əsrlərdə orada nə mədəni, nə sosial, nə də dil baxımından əlaqəsi olan tamamilə müxtəlif əhali qrupları yaşamışdır."[25] İrandilli tayfaların miqrasiya axınlarını tədqiq edən sovet iranisti Qrantovski qeyd edir ki, eramızdan əvvəl I minilliyin ilk əsrlərinə aid (Son Tunc dövrü və Erkən Dəmir dövrü) Qərbi İran abidələrinin xarakterik xüsusiyyətləri onu Şərqi Zaqafqaziyanın mədəniyyəti ilə əlaqələndirir.[26] Tarixçi Kamilla Trever hesab edirdi ki, eramızdan əvvəl VI–V əsrlərə aid arxeoloji tapıntılar albanlarmidiyalılar arasında mədəni yaxınlığın olduğu göstərir.[27]

Cənubi Azərbaycan və Şərqi Zaqafqaziyada yaşayan türkdilli xalqların özünü adlandırdığı "Azərbaycanlılar" termini (müxtəlif fonolojik formalarda) avropalı etnoqraflar tərəfindən elmə daxil edilib; azərbaycanlılar arasında o, ilk dəfə 1891-ci ildə liberal Bakı qəzeti Kəşkül tərəfindən sadə xalqın "müsəlman" kimliyi ilə rəqabət aparacaq yeni kimlik ortaya qoymaq məqsədilə istifadəyə gətirilib.[28] Bu termin 1936-cı ildə rəsmi olaraq tətbiq edildi.[29] XX əsrə qədər azərbaycanlıların ortaq etnonimi yox idi, regiondakı köçəri əhali özünü aid olduğu tayfa vasitəsilə, oturaq əhali isə yaşadığı yerə görə adlandırırdı. Məişətdə istifadə edilən və ümumiləşən termin "müsəlmanlar" idi. XX əsrin əvvəllərində yeni siyasi cərəyanlar "türklər" terminini dəbə saldı.[22]

  1. "DARBAND EPIGRAPHY i. Middle Persian Inscriptions". Encyclopædia Iranica. 2016. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2016.
  2. Atropates — Mənbə:Encyclopædia Iranica (M. L. Chaumont nəşr)
  3. Всемирная история. — Т. 3. — М., 1957. — С. 132.
  4. 1 2 Azərbaycan // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  5. Атропатены Arxivləşdirilib 2021-01-21 at the Wayback Machine // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  6. 1 2 3 4 5 6 Riçard Tapper. AZERBAIJAN i. Geography // Encyclopædia Iranica. December 15, 1987. 205—215.
  7. Йакут-ал-Хамави. Му’джам ал-Булдан. (Сведения об Азербайджане). Хамдаллах Казвини. Нузхат-ал-кулуб. (Материалы по Азербайджану). — Баку. Элм. 1983
  8. Гусейнов Г. Из истории общественной и философской мысли в Азербайджане XIX века. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 107.
  9. V. V. Barthold. An Historical Geography of Iran. — Princeton University Press, 2014. — P. 227.
  10. Riçard Tapper. MOḠĀN // Encyclopædia Iranica.
  11. ADHARBAYDJAN // The Encyclopaedia of Islam / Edited by C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs and G. Lecomte. Лейден. 1986. 191.
  12. 1 2 A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi’s Tarikh-e Qarabagh. Mazda Publishers, 1994, ISBN 1-56859-011-3 p. XV:
  13. "Encyclopædia Iranica. X. D. Planhol. Azerbaijan. Geography". 2013-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.
  14. Muriel Atkin, Russia and Iran, 1780–1828. 2nd. ed. Minneapolis: University of Minnesota Press. 1980. ISBN 0-8166-0924-1, 9780816609246.
  15. В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азербайджанской ССР, 1948. — С. 144.
  16. Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 33. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.
  17. Адербиджан // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  18. Азербейджан // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  19. В. В. Бартольд. Сочинения. Том 2/1, с. 703:
  20. The Paths of History — Igor M. Diakonoff, Contributor Geoffery Alan Hosking, Published in the year 1999, Cambridge University Press, pg 100:
  21. Minorsky, V. "Ādharbaydjān (Azarbāydjān)." Encyclopaedia of Islam. Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill, 2007:
  22. 1 2 Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 34. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.
  23. Swietochowski T. Russian Azerbaijan, 1905–1920. — Cambridge University Press, 2004. — С. 90. — ISBN 0521263107.
  24. "Азербайджанская Народная Республика (Азербайджан Халг Джумхуриййети) — первая парламентская республика на Востоке (май 1918 г. — апрель 1920 г.)". 2011-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.
  25. Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 139. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.
  26. Э. А. Грантовский. Ранняя история иранских племён Передней Азии. — Восточная Литература, 2007. — С. 423–424.
  27. Очерки по истории Кавказской Албании. — М.-Л., 1959.
  28. Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 34. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.
  29. Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 34–35. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.