Maktulzadə Əli Paşa

Maktulzadə Əli Paşa (1679noyabr 1722, Dəməşq əyaləti, Osmanlı imperiyası) — Osmanlı sultanı II MustafaIII Əhməd dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atasının 1683-cü ildə edamından sonra Maktulzadə ləqəbi ilə anılmışdır.

Maktulzadə Əli Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1679
Vəfat tarixi noyabr 1722
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Mərzifonlu Qara Mustafa Paşa
Anası Saliha xanım
Həyat yoldaşı
Uşağı Sultanzadə Bəyazid bəy

Atası IV Mehmed dönəminin sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşa idi. Atası Sultan Mehmedin qızlarından Ümmügülsüm Sultanla evli olsa da, Əli Paşa onun Körpülü Mehmed Paşanın qızı Saliha xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir.

1700-cü ilin martında vəzir rütbəsiylə Kandiyə, 1701-ci ildə Özi valisi olub, Azov qalasının mühafizəsiylə vəzifələndirildi. 7 mart 1702-ci ildə Sultan Mustafanın qzılarından Safiyə Sultanla nişanlandı. 1705-ci ildə Konya, 1708-ci ildə Silifkə, 1709-cu ilin yanvarında Adana valisi təyin edildi və 8 may 1710-cu ildə Safiyə Sultanla nigahlandı.

Çox keçmədən dayısı oğlu olan Numan Paşanın sədarətə gəlişiylə vəzifəsi yüksəldi və Diyarbəkir bəylərbəyi təyin edildi. 1713-cü ildə vəzifədən alınıb Bozcaadaya sürgün edilsə də, çox keçmədən bağışlanmış, 1714-cü ildə Mərəş, 1715-ci ilin sentyabrında Ərzurum, 1716-cı ildə Hələb bəylərbəyi təyin olunmuşdur. Həmin ilin 26 dekabrında Anadolu, 1722-ci ildə Şam bəylərbəyi oldu. Ancaq yolda ikən həmin ilin noyabrında vəfat etdi.

Safiyə Sultanla olan nigahından Sultanzadə Bəyazid bəy adlı oğlu olduğu bilinir.

  • Sicill-i Osmani I cild, səh. 305