maldivlilər
malgöndərən
OBASTAN VİKİ
Malein anhidridi
Malein anhidridi (sis-etilen-1,2-dikarbon turşusunun anhidridi) – formulu C4H2O3 olan üzvi birləşmədir. Təmiz halda ağ rəngli, romb şəkilli şəbəkəli, kristal maddədir. == Sintezi == Benzolun və digər aromatik birləşmələrin, həmçinin butanın oksidləşməsindən alınır. 2 CH3CH2CH2CH3 + 7 O2 → 2 °C2H2(CO)2O + 8 H2O == Fiziki xassələri == Malein anhidridinin ərimə temperaturu 325.85 K, qaynama temperaturu 475 K-dır. Suda malein turşusunun alınması ilə, asetonda, benzolda, toluolda, xloroformda və s. həlledicilərdə həll olur. == Alınması == 1970-ci ildə malein anhidridinin 90% benzoldan, qalan hissəsi əsasən neftin butan-butilen fraksiaysından istehsal olunmuşdur. 1980-ci il üçün benzoldan alınan malein anhidridinin miqdarı 81,3%-ə təşkil etmişdir. Malein anhidridinin istehsalında benzolun sərfinin azalması əsasən onun zəhərli (kanserogen) olması, istehsal həcminin azalması və qiymətinin artması ilə bağlıdır. Malein anhidridinin istehsal texnologiyasının əsasında benzolun, n-butan və ya n-butenlrəin qaz fazada oksidləşməsi prosesi durur.
Malein turşusu
Malein turşusu - HOOC-CH = CH-COOH formuluna malik ikiəsaslı doymamış üzvi birləşmədir. Beynəlxalq nomenklatura ilə adı sis-butenedio turşusudur. Onun trans izomerinə fumarin turşusu deyilir.Malein turşusunun duzlarına və efirlərinə maleatlar deyilir.Ən çox fumarin turşunun istehsalında istifadə olunur. == Fiziki xassələri == Malein turşusu molekulu fumarin turşusundan daha az stabildir. Yanma istiliyi arasındakı fərq 22.7 kJ / mol təşkil edir [1]. Malein turşusu suda çox yaxşı həll olur (25 °C -də 78.8 q / l), fumarin turşusu zəif həll olur (25 °C -də 6.3 q / l). Bu xüsusiyyətlər malein turşusu molekulunda molekullararası hidrogen bağının əmələ gəlməsi ilə izah olunur. == Tarıxi və alınma metodları == Malein turşusu ilk dəfə 1819 -cu ildə alma turşunun distillə edilməsi yolu ilə Lassen tərəfindən alınmışdır. Perkinə (1881) görə, onu əldə etmək üçün alma turşusu asetil xloridlə işlənir, sirkə-alma anhidridi əmələ gətirir, onun hidratlaşması nəticəsində malein turşusu əmələ gəlir. Prosesin ümumi sxemi: == Sənayedə istehsalı == Sənayedə malein turşusunu aşağıdakı sxemə görə benzolun katalitik oksidləşməsindən alınan malein anhidridinin hidrolizindən əldə edilir: == Sənayedə tətbiqi == Malein turşusunun ən vacib istifadəsi fumarin turşunun istehsalındatətbiqidir.