MALİYYƏLƏŞDİRMƏ

сущ. от глаг. maliyyələşdirmək ; финансирование. Maliyyələşdirmə şöbəsi отдел финансирования
MALİYYƏLƏŞDİRİLMƏK
MALİYYƏLƏŞDİRMƏK
OBASTAN VİKİ
Vençur maliyyələşdirməsi
Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir. İnnovasiya müəssisəsinin yaradılması mərhələsində (start-up mərhələsi) investisiyadan fərqli olaraq vençur maliyyələşməsi kompaniya ilk gəlir gətirməyə başladıqda, başqa sözlə inkişaf və genişlənmənin ilkin mərhələsində həyata keçirilir. Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. İdarəetmə kompaniyası qapalı səhmdar fondun təşkilati-hüquqi şəklində yaradılır. Vençur kapitalı 1950-ci illərin sonlarında ABŞ-də meydana çıxdı və tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi. Kompaniyanın “portfeli”-nin qiymətinin artmasında professional vençur investorlar (mütəxəssislər) komandasının aktiv iştirakı; İnvestisiyanın cəlb edilməsi kompaniyanın nizamnamə kapitalının və ya borcun konvertasiyası yolu ilə həyata keçirilir; Kompaniya gələcəkdə investorların marağına uyğun qurulur; İnvestisiya strategiyası ortamüddətli və uzunmüddətli olur; Vençur investisiyasının son məqsədi, gəliri aktivlərin strateji və ya portfel investorlarına satışının nəticəsində və ya kompaniyaların aksiyalarını satışa verməklə əldə etməkdir. Dinamik inkişaf edən iqtisadiyyat daim özü ilə yeniliklər və dəyişikliklər gətirir. Bəşər tarixinin inkişafının müxtəlif mərhələlərində iqtisadiyyatın təkamülü həmişə məhsuldar qüvvələrin istehsala səmərəli cəlb olunması problemi ilə qarşı-qarşıya dayanmışdır. Bu baxımdan resurslardan qənaətli istifadə və bunun qarşılığında daha çox məhsul istehsal edərək bazara təqdim etmək kimi məsələlər həm sahibkarlıq subyektlərinin həm də elm adamlarının əsas müzakirə obyektinə çevrilmişdir. Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda göstərilən problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.

Значение слова в других словарях