mannalılar

mannalılar
mannalı
mannerheym 2021
OBASTAN VİKİ
Mannalılar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri. Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır.
Mannalıların şəxs adları
Mannalıların şəxs adları – Mannalıların mixi yazılı mənbələrdə qorunaraq dövrümüzə çatmış şəxs adları. A m e k a – İranşünaslar bu adı farsca sayırlar. Q. Qeybullayev isə qeyd edir ki, bu ad türkcə amaq, omaq – qıvraq, xoş təbiətli, cəld, yaxşı əhval – ruhiyyəli sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m – b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak şəxs adları ilə müqayisə olunur. M u s a s i n – Şumercə mu – mənim, sa, za – ürək və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır.