MANNER

n 1. tərz, üsul; üslub; yol; metod; ~ of life həyat tərzi; in this ~ bu yolla; by no ~ of means heç vəchlə; 2. növ, sort; all ~ of men hər növ / sort adamlar; all ~ of tools hər növ / cür alətlər

MANLY
MANNERISM
OBASTAN VİKİ
Karl Qustav Emil Mannerheym
Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867[…] – 27 yanvar 1951, Lozanna) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946). == Həyatı == İsveç əsilli bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsi və Rus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı. 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır. 1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır.
Mannerheym xətti
Mannerheym xətti - Kareliya bərzəxində - Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Qustav Emil Mannerheymin adı ilə adlandırılmışdır. 1927-1939-cu illərdə inşa edilmişdir. 30 km içəriyə çəkilmiş operativ maneə zonasından ibarət idi; əsası 8-10 km, ikinci dayağı - 5 km və təbii maneələrə (göllər, çaylar, bataqlıqlar, meşələr və s.) söykənən arxa mühafizə xəttindən ibarət idi. "Mannerheym xətti"nin içərilərə doğru ümumi dərinliyi 80 – 90 km, istehkamların ümumi uzunluğu isə 400 km-ə yaxın idi. Mannerheym xəttində səngərlər və çöl istehkamları vasitəsilə birləşdirilmiş 1000-ə yaxın yaxşı gizlədilmiş ağac-torpaq atəş nöqtəsi var idi. İstehkamların önündə 12 cərgəyədək qranit dirəklər basdırılmış, 15 - 45 cərgəlik məftilli çəpərlər çəkilmiş, tank əleyhinə xəndəklər qazılmış və minalanmış çöllər var idi. 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi zamanı sovet qoşunlarının hücumunun qarşısı "Mannerheym xətti" ilə xeyli müddətə alınmışdı, onun yarılması zamanı sovet qoşunları canlı qüvvədə minlərlə itki verdilər. 1944-cü ildə sovet qoşunları yenidən böyük itkilərlə "Marmerheym xətti"ni yardılar və bundan sonra istehkamlar məhv edildi.