Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ezra Paund
Ezra Veston Lumis Paund (30 oktyabr 1885[…] – 1 noyabr 1972[…], Venesiya) — Amerikalı sürgün edilmiş şair, tənqidçi və ilk modernist hərəkatının böyük şəxsiyyətlərindən idi.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Sound Cloud
SoundCloud (azərb. səs buludu‎) — rəqəmsallaşdırılmış səsli informasiyanın yayımı üçün nəzərdə tutulmuş online-platforma və saytdır. Bu layihə bir növ sosial şəbəkə xarakteri daşıyır və eyni adlı şirkət tərəfindən 2008-ci ildə istifadəyə verilmişdir. == Tarixi == Əsası səs rejissoru Aleks Lyunq və musiqiçi Erik Valfors tərəfindən 2007-ci ildə qoyulan SoundCloud layihəsi qısa zaman ərzində populyarlıq qazandı. SoundCloud-a həm adi istifadəçilər, həm də musiqiçilər böyük maraq göstərməyə başladılar. Nəticədə geniş əhatə dairəsinə malik olan bu online-platforma müxtəlif səsli informasiyanın paylaşılması üçün ideal bir vasitə oldu. SoundCloud əvvəllər sadəcə musiqiçilərin öz aralarında musiqi treklərini paylaşmaları üçün nəzərdə tutulmuşdu, lakin qısa zaman kəsiyində bütün istifadəçilərə açıq musiqi distribusiya kanalına çevrildi. 2009-cu ilin aprelində Doufti Hanson & Ko fondu bu layihəyə 2,5 mln avro həcmində vençur maliyyəsi ayırdı. Daha da inkişaf edən SoundCloud-un 2010-cu ilin may ayı üçün abunəçilərinin sayı artıq 1 milyon nəfər idi.2011-ci ilin yanvarında isə Union Square Ventures və Index Ventures bu layihə üçün 10 mln ABŞ dolları ayırdı. 2011-ci ilin 1-ci yarısında abunəçilərin sayı 5 mln, 2012-ci ilin əvvəlində isə artıq 10 mln nəfərə çatmışdı.
Alliqator-Pond
Alliqator-Pond (ing. Alligator Pond) — Yamaykanın Kornuoll qraflığında yerləşən balıqçı kəndi. == Ümumi məlumat == Kənd Yamaykanın cənubunda yerləşən eyni adlı buxtada yerləşir. Təxmini olaraq dəniz sahili boyunca 2 km məsafədə uzanır. Alliqator-Pond kəndinin əhalisi əsasən balıqçılardan ibarətdir: kişilər balıq ovu, qadınlar isə onu satmaqla məşğul olur. Burada açlq səma altında kafe, barlar fəaliyyət göstərir. Burada ən məşhur restoran Little Ochie 1989-cu ildən fəaliyyət göstərir. 2006-cı il məlumatına görə restoranda eyni anda 400 nəfər sərbəst şəkildə yerləşə bili. Kəndin adı ondan bir qədər aralıda görünən təpələrlə bağlıdır. Beləki bu təpələr alliqatorların belini xatırlatdığından irəli gəlir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Sound of Silence
Sound of Silence (azərb. Sakitliyin səsi‎) — Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Dami İm "Sound of Silence" mahnısı ilə Avstraliyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Entoni Egizii və Devid Musumeci tərəfindən bəstələnmişdir.
No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da "sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No Good In Goodbye, The Energy Never Dies, Man On A Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon". Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton. Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.
Lost and Found (Eye Cue mahnısı)
Lost and Found (azərb. İtmiş və tapılmış‎) — Makedoniya Respublikasının 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eye Cue qrupu "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Eye Cue qrupunun solisti Boyan Traykovski ilə makedoniyalı bəstəkar Darko Dimitrovun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. == Xassələri == Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b.Parıltısı almazı, şüşəli. Sərtliyi 9. Xüsusi çəkisi 3,95–4,4.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarı ilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251-252.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir.Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır. == Tarixi == Lund şəhəri qədim tarixə malikdir.
Pand
Pand- Albaniyanın Artak əyalətində monostır adı. == Toponimikası == Pand həm də Murovdağın ətəyində dağ adıdır. Dağ Pand kilsəsinin adı ilə adlanmışdır. əsrə aid mənbəyə görə albanların xristian dini katolikosu Pandalion tikmişdir.( «Albaniya tarixi», II kitab, 50-ci fəsil).Başqa adı Pandalion. Cənubi qafqazda Azərbaycanda Öküzdağ (Tovuz rayonu Qarabağlılar k.); Öküzdağ 6 Tovuz rayonu Qəribli k. : Öküzdağlı (Tovuz rayonu Dondarlı k.); Öküzdağ (Gədəbəy rayonu Qoşabulaq k.); Öküzölən (əsli Oğuz olan), Laçın rayonu ikinci Tığıq k.,Öküz təpəsi (Gədəbəy rayonu Dəyə-Qarabulaq k.); Öküzcədərəsi (Cəbrayıl rayonu Qaraçanlı k.): Öküzdağları (Daşkəsən rayonunda Alunitdağ); Öküz yalı (Tovuz rayonu Qarabağlılar k.); Öküzyatan yaylaq (Gədəbəy rayonu Çaldaş k.), Öküzyatantəpə (Gədəbəy rayonu Çay-Rəsulluk.); Öküzgüneyi (Kəlbəcər rayonu) Qaraxançallı k.) ; Öküzöləndərə Zəngilan rayonu Çöpədərə k.)% Öküzölən dərə (Kəlbəcər rayonu İstibulaq k.) və s. Zaqatala rayonun Çökəkoba kəndi ərazisində Ucuzdərə və Ucuztəpə oronimləri də vardır. Ermənistanda : Öküzbulaq (İrəvan əyalətinin Qırxbulaq nahiyəsində); Ökuzbulaq (İrəvan quberniyasının Aleksandropol qəzasında); Öküzlü (İrəvan quberniyasının sürməli qəzasında) və s. Gürcüstanda: Qara.küzlü, Öküztəpəsi, Öküzdağ, Öküzlü və b.. Oğuzların Boz Ox qolu Bozoxlu və bəzəkli toponimlərində qalmışdır.
Pong
Pong – ilk videooyunlardan biri. Pong 2D (ikiölçülü) qrafikə sahib stolüstü tennis oyunudur.Computer space kimi videooyunlarından daha sonra çıxmasına baxmayaraq Pong papulyarlıq qazanan ilk videooyunlarından biridir.Məqsəd masa tennisi oyununda daha yüksək xal qazanaraq rəqibi məğlub etməkdir. Birinci nəsil oyun konsolları üçün nəzərdə tutulmuş oyun, Atari firması tərəfindən 1972-ci ildə orjinal olaraq satışa çıxarılıb.Allan Alcorn tərəfindən Atari-nin həmtəsisçisi Nolan Bushnell tərəfindən ona verilən bir məşq olaraq yaradılan ilk arcade videooyunlarından biri idi. Bushnell, oyunun konsepsiyasını ilk ev videooyun konsolu olan Magnavox Odyssey-ə daxil olan elektron bir stolüstü tennis oyununu əsas götürdü. Buna cavab olaraq, Magnavox daha sonra Atari'yi patent pozuntusuna görə məhkəməyə verdi. Bushnell və Atari-nin həmtəsisçisi Ted Dabney, Alcorn-un işinin keyfiyyətinə təəccübləndilər və oyunu istehsal etməyə qərar verdilər.
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Budiansky, Stephen. The Nature of Horses.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. == Pont çarlığı == Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Amund-Rinqnes
Amund-Riqnes (ing. Amund Ringnes Island, fr. Île Amund Ringnes) — Kanada Arktik arxipelaqının Sverdrup adaları qrupunun tərkibinə daxildir. Adada daimi yaşayış yoxdur. İnzibati cəhətdən isə Nunavut vilayətinin Kikiktani bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5 255 km² təşkil eedir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 112-ci, Kanadada isə 25-ci yeri tutur. Adanın sahil xətdinin uzunluğu 500 kilometrdir.. == Açılışı == Ada 16 aprel 1900-cü illərdə Otto Sverdrup tərəfindən kəşf edilir. O, adanı tətqiq etmək üçün ekspedisiyanın iki üzvünü (Qunnar İsaksen və Serra Hassel) adaya göndərir.
Axund Bozavənd
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Axund Buzovand
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Euseius pruni
Euseius finlandicus (lat. Euseius finlandicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Həsən Axund
Məhəmməd Həsən Axund (dəri محمد حسن اخوند; puşt. محمد حسن اخوند; 1945, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — əfqan molla, siyasətçi və Taliban lideri, hazırda Əfqanıstanın Baş naziri. == Həyatı == Axund Əfqanıstanın cənubundandır. BMT Təhlükəsizlik Şurasının məlumatlarına görə, o, doğulduğu vaxt Pənçvayi rayonunda olan, lakin Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Zari rayonunda yerləşən Paşmulda anadan olub. BMT onun doğum ilini 1945–1950 və 1955–1958 olmaqla təxmin edir. "Əl-Cəzirə" deyir ki, Axundun puştun nəsli 1747-ci ildə Dürranilər İmperiyasının banisi Əhməd xan Abdalidən gəlir.Əfqanıstanda müxtəlif islam seminariyalarında təhsil alıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, axund Sovet-Əfqan müharibəsində iştirak etməyib.Axund İslamla bağlı bir neçə əsərin müəllifidir. "BBC News"-un məlumatına görə, o, hərbi deyil, dini aspektlər tərəfindən Talibanda nüfuza malikdir. Birləşmiş Ştatların Sülh İnstitutunun analitiki onun daha çox siyasi adam olduğunu iddia etdi. == Siyasi fəaliyyəti == Axund Talibanın ən yaşlı üzvlərindən biridir və hərəkatın ilk lideri Məhəmməd Ömərin yaxın silahdaşı olub.
I Would
I Would — One Directionun 2012-ci il albomu Take Me Homea daxil olan mahnısı.