Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867[1][2][…] – 27 yanvar 1951[2][3], Lozanna[4][5]) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946).[7]
Karl Qustav Emil Mannerheym | |
---|---|
isv. Carl Gustaf Emil Mannerheim | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 (16) iyun 1867[1][2][…] |
Vəfat tarixi | 27 yanvar 1951[2][3] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Bağırsaq keçməzliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası, Finlandiya |
Qoşun növü | Rusiya İmperator Ordusu, Finlandiya Silahlı Qüvvələri, Ağ Qaravullar (Finlandiya) |
Rütbəsi | Feldmarşal (1933), general-leytenant (1917), tam süvari generalı[d] (1918) |
Döyüşlər | |
Təltifləri |
|
mannerheim.fi | |
Vikianbarda əlaqəli mediafayllar |
İsveç əsilli[8][9][10] bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsi və Rus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya[11] tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı.[12] 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır.
1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır.[13] Lakin, müharibənin sonunda Finlandiya məğlub oldu və 1940-cı ildə olduqca ağır bir sülh sazişi imzalamaq məcburiyyətində qaldı.
Finlandiya 1941-ci ilin yayında tarixi Finlandiya torpaqlarını geri almaq məqsədilə Almaniya ilə birlikdə Sovet İttifaqına qarşı müharibə elan etdi. 1942-ci ilin iyununda marşal rütbəsinə qədər yüksələn Mannerheymin rəhbərliyi altındakı birliklər Sovet Ordusunun üstünlüyü ələ keçirməsi nəticəsində müharibənin əvvəlində ələ keçirdiyi torpaqlardan geri çəkilmək məcburiyyətində qaldı.[14] 1944-cü ilin avqustunda Finlandiya prezidenti təyin olunmuş[11] və sentyabrda SSRİ ilə sülh müqaviləsi imzalamışdır.
Karl Qustav Mannerheym 4 mart 1946-cı ildə sağlıq problemlərinə görə, prezident vəzifəsindən istefa vermişdir. Həyatının geri qalan hissəsini İsveçrənin Valmost qəsəbəsində davam etdirmiş və 27 yanvar 1951-ci il tarixində Lozannada vəfat etmişdir.[15] O, 4 fevral 1951-ci ildə hərbi mərasimlə Finlandiyanın Helsinki şəhərində dəfn olunmuşdur.
Onun vəfatından 53 il sonra Finlandiyada keçirilən bir sorğu nəticəsində Mannerheym bütün zamanların ən böyük finlandiyalı şəxsiyyəti seçilmişdir.[16] O, uzun müddət müasir Finlandiya dövlətinin qurucusu hesab olunmuşdur.[17][18][19][20][21]