Azərbaycan dili dialektlərində fonetik hadisə və qanunlar
Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür:
1. Ahəng qanununa ciddi riayət olunan şivələr
2. Ahəng qanununun tez-tez pozulduğu şivələr
3. Ahəng qanunu bəzi hallarda pozulan şivələr
Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım.
Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir.