Jan Mare
Jan Mare (11 dekabr 1913[…], Şerburq[d] – 8 noyabr 1998[…], Kann) — fransız aktyoru
== Həyatı ==
Jan Mare (əsl soyadı Villen Mare) 1913-cü il dekabrın 11-də Şerbur şəhərində anadan olmuşdur. O, məktəbdə oxuyarkən Duqlas Ferbenks və Erol Flintin ekranda yaratdığı romantik qəhrəmanların vurğunu olub. Lakin bununla belə, Jan gənc yaşlarından teatr və rəssamlığa böyük maraq göstərirdi. Aktyorun yaradıcılıq bioqrafiyasını diqqətlə izləsək, görərik ki, onun teatr və kino fəaliyyətindəki ilk addımlar asan olmayıb. Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurdu. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu "Xoşbəxtlik", "Təzə adamlar" və "Alovlu gecələr" filmlərində epizodik rollara çəkir.
== Kino karyerası ==
Jan Mare aktyorluq karyerasının başlanğıcında müvəffəqiyyət qazana bilməsə də, o, özünü xoşbəxt və bəxti gətirən adam hesab edir. Bu barədə Mare müsahibəsində belə deyib: "Fortuna məndən üz döndərəndə də, son nəticədə bəxtim həmişə üzümə gülürdü.