Market-Meyker

ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərini üzərinə götürmüş dilerdir.
Marka
Marketinq
OBASTAN VİKİ
Android Market
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır. Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur.
OBA Market
OBA Market — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1400-ə yaxın mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir.[mənbə göstərin] Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. "OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə ölkənin ən böyük marketlər şəbəkəsidir. "OBA" Marketlər şəbəkəsinin icraçı direktoru Natəvan İbrahimovadır.
AL Market

Значение слова в других словарях