Marçello Malpigi
Malpiqi Marçello (it. Marcello Malpighi, 10 mart 1628, Krevalkore (it. Crevalcore), Baloniya əyaləti - 30 noyabr 1694, Roma) — italyan bioloq və həkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü.
== Akademik kariyerası ==
17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur.
1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur.
== Tədqiqatları ==
Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.