MASAJ

I
сущ. массаж (поглаживание, растирание, разминание тела с лечебной или косметической целью). Masaj etmək делать массаж, массировать
II
прил. массажный
MASABƏYİLİK
MASAJÇI
OBASTAN VİKİ
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Masaj salonu
Masaj salonu — masaj xidmətlərinin ödənişli olduğu yer. Masaj salonu termini ümumiyyətlə kommersiya məqsədli erotik masaj xidməti təklif edən məkanlar üçün istifadə olunur. Fahişəliyin qeyri-qanuni olduğu dövlətlərdə, ərazilərdə, regionlarda masaj salonları saunalar və spa müəssisələri kimi müntəzəm olaraq, fahişəliyin ön təşkilatı kimi çıxış edirlər. Masaj salonu termini adətən fahişəxana üçün evfemizm kimi istifadə olunur və masaj salonları kimi maskalanan qeyri-qanuni fahişəxanalar bir çox ölkələrdə olduqca geniş formada yayılmışdırlar.
Ürəyin xarici masajı
İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır. Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir. Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilir, süni tənəffüs verilmir. Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır. Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək böyük yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.

Значение слова в других словарях