Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Tillək nekropolu
Tillək nekropolu — Еyniadlı yaşayış yerinin yaxınlığında, meşənin içərisində yerləşir. Nekropol torpaq qəbirlərdən ibarətdir. Qəbirlər qərb-şərq istiqamətinə yönəldilmişdir. Onların üzərinə iri sal daşlar qoyulmuşdur. Aşınma nəticəsində sal daşlar sürüşərək istiqamətini dəyişmişdir. Nekropol yaşayış yeri ilə eyni dövrə aiddir. Nekropolu XIV-XVIII əsrlərə aid etmək olar.
Tilmən Höyük
Salpuva və Salpa — təxminən e.ə. XVIII əsrdə Anadoluda tunc dövrünə aid şəhər. Onun yeri hələ müəyyən edilməmişdir. Şəhər haqqında məlumat əsasən het mənbələrindən məlumdur. Tarixçilər 2020-ci ildə apardıqları arxeoloji tədqiqatlardan sonra şəhərin Tavr dağlarının cənubundakı Qarasu çayının vadisində yerləşən Tilmən Höyük olduğuna inanırlar. История Древнего Востока: Тексты и док.: Учеб. пособие для студентов вузов… / Под ред. В. И. Кузищина. — М. Высш. шк., 2002.
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.
Tillək yaşayış yeri
Tillək yаşаyış yеri — Оrdubаd rаyоnunun Nürgüt kəndindən şimаldа, mеşənin içərisində yеrləşir. Yаşаyış yеrinin ərаzisi 2 hеktаrdır. Mədəni təbəqənin qаlınlığı 1-2,5 m-dir. Аbidənin ərаzisində dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı qаlmışdır. Binаlаrın divаrlаrı, yоnulmаmış qаyа pаrçаlаrındаn, bəzən isə yоnulmuş dаşlаrdаn inşа оlunmuşdur. Ахtаrışlаr zаmаnı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аbidənin yахınlığındа, dаğ çаyının əks tərəfində nеkrоpоl yеrləşir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini XIV-XVIII əsrlərə аid еtmək оlаr.
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
İtelmen dili
İtelmen dili (1917-ci ilə qədər Rusiyada və son dövrlərə qədər xarici ədəbiyyatda;— kamçadal dili, ing. Kamchadal) — itelmenlərin dili, çukot-kamçat dil qrupuna aiddir. Ethnologue report for Itelmen Ительменский язык Языки народов Сибири, находящиеся под угрозой исчезновения: Ительменский язык Arxivləşdirilib 2008-03-05 at the Wayback Machine Володин А. П. Ительменский язык // «Языки мира: Палеоазиатские языки». М., 1997. С. 60-71 Языки народов России в Интернете — Ительменский язык Bobaljik — Papers Arxivləşdirilib 2005-08-28 at the Wayback Machine — сайт американского лингвиста Дж. Д. Бобалика, на котором выложены несколько его статей по синтаксису ительменского языка.
Tilmer Yucin Tompson
Tilmer Yucin Tompson (ing. Tilmer Eugene Thompson; 7 avqust 1927, Sent-Pol – 7 avqust 2015, Sent-Pol) — ABŞ müvəkkili. Tilmer Yucin Tompson 7 avqust 1927-ci il tarixində ABŞ-nin Minnesota ştatının Sent-Pol şəhərində anadan olmuşdur. Tompson 27 mart 1948-ci ildə Kerol adlı bir qadınla evlənmiş, üç qızı və bir oğlu olmuşdur. O, öz arvadını öldürməsi üçün Dik Anderson adlı bir muzdlu qatili işə almışdır. O, bu əmələ görə Andersona 3.000 ABŞ dolları ödəmişdir. Tompson 27 yaşlı məşuqəsi Jaklin Olesen ilə qaçmağı planlaşdırırdı. 1963-cü ilin dekabr ayında ona hökm verilmiş və ömürlük azadlıqdan məhrum edilmişdir. O, 1983-cü ildə vaxtından əvvəl azad edilmiş və anadan olduğu şəhərdə yerləşmişdir. Tilmer Yucin Tompson 7 avqust 2015-ci il tarixində, ABŞ-nin Minnesota ştatının Sent-Pol şəhərində, 88 yaşında vəfat etmişdir.