Respublika Süni Mayalanma Mərkəzi
Respublika Süni Mayalanma Mərkəzi (rus. Республиканский Центр Искусственного Осеменения) — Cənubi Qafqazda analoqu olmayan bir mərkəzdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.
Süni mayalanma işinin daha da genişləndirilməsi məqsədi ilə Respublika Süni Mayalama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında “ 14 fevral 2006-cı il tarixli 46 nömrəli qərarı ilə yaradılmışdır.
Prezident İlham Əliyev Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.
Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır.
Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib.
Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib.