Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekstrakorporal mayalanma
== İn vitro (orqanizmdən kənar İVF) mayalandırma == İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Süni mayalanma
İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Respublika Süni Mayalanma Mərkəzi
Respublika Süni Mayalanma Mərkəzi (rus. Республиканский Центр Искусственного Осеменения) — Cənubi Qafqazda analoqu olmayan bir mərkəzdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Süni mayalanma işinin daha da genişləndirilməsi məqsədi ilə Respublika Süni Mayalama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında “ 14 fevral 2006-cı il tarixli 46 nömrəli qərarı ilə yaradılmışdır. Prezident İlham Əliyev Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib.
Döyüşdə yaralanma
Döyüşdə yaralanma (ing. Wounded in action) — müharibə zamanı döyüş bölgəsində həlak olmayan, lakin yaralanan döyüşçülərin təsviri. Tipik olaraq bu, müvəqqəti və ya daimi olaraq silah gəzdirməyə və ya döyüşməyə davam edə bilməyəcəyinizə işarədir. ABŞ ordusu üçün WIA-ya qoşulmaq ümumiyyətlə bənövşəyi ürək təyin edilməsinə səbəb olur, çünki medalın məqsədi (ən yüksək mükafatlardan biri, ABŞ hökuməti tərəfindən rəsmi olaraq verilmiş hərbi və ya mülki şəxs) döyüşdə ölmüş, əlil və ya yaralananları tanımaqdır. == NATO-nun tərifləri == === Döyüşdə yaralı === Xarici bir agent və ya səbəb üzündən bir xəsarət alan zaman döyüşdə öldürüləndən xaric itki. Termin, hər hansı bir yara və digər yaralanmaları əhatə edir, bədənin bir deşmə olub olmadığını, nüfuz edən və ya deşilmiş bir yarada olduğu kimi, ya da kontuziya edilən yarada olduğu kimi; bütün qırıqlar, yanıqlar, partlayışlar, bioloji və kimyəvi müharibənin bütün təsiri, toionlaşdırıcı şüalanma və ya hər hansı digər dağıdıcı silah və ya agent təsiri. === Döyüşdə alınan yaralardan ölüm === Müalicə müəssisəsinə çatdıqdan sonra döyüşdə alınan yaralar və ya digər xəsarətlər nəticəsində ölən döyüş itkisi. ABŞ-də istifadə olunan qısaltma DOW, NATO isə DWRIA-dır.
Ageratina mayajana
Normal paylanma
Normal paylanma və ya Qauss paylanması – kəsilməz ehtimal paylanmasının vacib növü. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür. Normal paylanmanın mahiyyəti mərkəzi limit teoreminə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil. Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir. Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir. Ehtimal paylanma sıxlığı f : R → R , x ↦ f ( x ) {\displaystyle f:\mathbb {R} \to \mathbb {R} ,\ x\mapsto f(x)} olan bir kəsilməz təsadüfi dəyişən üçün: f ( x ) = 1 σ 2 π exp ⁡ ( − 1 2 ( x − μ σ ) 2 ) {\displaystyle f(x)={\frac {1}{\sigma {\sqrt {2\pi }}}}\exp \left(-{\frac {1}{2}}\left({\frac {x-\mu }{\sigma }}\right)^{2}\right)} o vaxt μ {\displaystyle \mu } - σ {\displaystyle \sigma } -normal paylanır ki, X ∼ N ( μ , σ 2 ) {\displaystyle X\sim {\mathcal {N}}(\mu ,\sigma ^{2})} və ya ( μ , σ 2 ) {\displaystyle (\mu ,\sigma ^{2})} -da normal paylansın, burada μ {\displaystyle \mu } riyazi gözləməni (orta kəmiyyət) və σ {\displaystyle \sigma } təsadüfi kəmiyyətin variyansıdır.
Paylanma (iqtisadiyyat)
Paylanma (ing. distribution), iqtisadiyyatda — maddi sərvətin iqtisadi münasibətlər subyektləri arasında bölünməsi. İlkin bölüşdürmə ümumiyyətlə əmək bölgüsü nəzərə alınmaqla maddi sərvət yaratmaq prosesində mülkiyyət hüquqlarının reallaşması əsasında baş verir. Yenidən bölüşdürülmə vergi, xeyriyyəçilik, sosial təminat, kommunal xidmətlər, torpaq münasibətləri, pul siyasəti, müsadirə, ailə hüququ kimi sosial mexanizmlər vasitəsilə pul və ya digər müavinətlərin bir şəxsdən digərinə ötürülməsi zamanı baş verir. Bu termin ümumiyyətlə fərdlər arasında deyil, bütövlükdə iqtisadiyyatda paylanmaya aiddir. Paylanma ehtiyacı əmək bölgüsü — cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin keyfiyyətcə fərqlənməsi, müxtəlif növlərinin təcrid olunmasına və qarşılıqlı təsirinə səbəb olur. Əməyin vasitələrini və əşyalarını əvvəlcədən iştirakçılar arasında paylamaq üçün əmək "bölmək"; yalnız bundan sonra istehsalata başlamaq olar: İstehsal tapşırığı (istehsal dövrü başa çatdıqdan) sonra, ayrı-ayrı təcrid olunmuş əməyin nəticələri işçilər arasında bölüşdürülməlidir. Hər biri fərdi istehlakından qat-qat çox olan bir şey istehsal etdi; bununla birlikdə istehlak etdiyi qidanın əsas hissəsini onun özü yox, başqaları istehsal edirdi. Beləliklə, bu dövrdə daha bir paylama proseduru tələb olunur, lakin bu dəfə “paylanmanın” məqsədi hazır məhsul, əməyin nəticəsidir. Gəlirin paylanması müəyyən bir iqtisadiyyatda müşahidə olunan məlum müşahidələrin təsvir edilməsi üçün istifadə edilə bilər.