mehman
mehmandarlıq
OBASTAN VİKİ
Mehmandar
Mehmandar — kişi adı. SoyMehmandarovlar — Azərbaycan qədim və tanınmış soylarından biri.Yaşayış məntəqələriŞöllü Mehmandar — Zəngibasar rayonunda kənd. Mehmandar (Əcəbşir) — İranda kənd. Mehmandar (Nəqədə) — İranda kənd. Aşağı Mehmandar (Məlikan) — İranda kənd. Yuxarı Mehmandar (Məlikan) — İranda kənd.
Mehmandar (Nəqədə)
Mehmandar (fars. مهماندار‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 592 nəfər. yaşayır (119 ailə).
Mehmandar (Əcəbşir)
Mehmandar (fars. مهماندار‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,090 nəfər yaşayır (268 ailə).
Şöllü Mehmandar
Şöllü Mehmandar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu, Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında qeyd edilmişdir. Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol etnonimindən və Mehmandar şəxs adından əmələ gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.
Aşağı Mehmandar (Məlikan)
Aşağı Mehmandar (fars. مهماندارسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 940 nəfər yaşayır (201 ailə).
Yuxarı Mehmandar (Məlikan)
Yuxarı Mehmandar (fars. مهماندارعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (27 ailə).
Kərim bəy Mehmandarov
Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov (2 dekabr 1854, Şuşa – 20 dekabr 1929, Şuşa, DQMV) — Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri. == Həyatı == Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirmişdi. Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdu. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi. 1873-cü ildə Azərbaycana dönmüş, Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmışdı. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Şəhərdə çalışarkən ictimai işlərdə də fəal iştirak etmişdi. Kərim bəy əvvəlcə Difai Partiyası Şuşa komitəsinin sədri , daha sonra komitənin əsasında yaradılan Qarabağ Birlik Məclisinin sədri olmuşdur. 1895-ci ildə Məmmədrza ağa Vəkilov və Əbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis etmişdir.
Mehmandarovlar
Mehmandarovlar — Azərbaycan xalqının qədim və tanınmış soylarından biri. == Soyun yaranması == Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar idi. Mehmandarın vəzifə borcu xanlığa gələn fəxri qonaqları ölkənini sərhəddində qarşılayıb, müəyyən qonalqalarda istirahət etdirib, paytaxta, divan-dərbara gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalıq dönəmində mehmandar Mirzə Əli bəy idi. Mirzə Əli bəyin törəməsi sonralar Mehmandarov soyadını qəbul etdilər. Bu soyadın yaranması haqqında fərqli fərziyələr də var. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Mirzə Əli bəyin səxavətli, süfrəçi, qonaqpərvər olduğundan dolayı bu soyadın yarandığını qeyd edir. O, yazır: "Mirzə Əli bəy məbrur isə sahibi-süfreyi-cud və mehmannəvaz bir vücud imiş ki, o səbəbə onun övladi-əmcadi Mehmandarov məşhurdurlar" Mehmandarovların bir qolu Lənkəran şəhərinə köçmüşdür. Mirzə Sadıq bəy Mehmandarov Şuşa şəhərində doğulmuşdur.
Mehmandarovların evi
Mehmandarovların evi — Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi. Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.
Mustafa Mehmandarov
Mehmandarov Mustafa Adil oğlu — dirijor. == Həyatı == Mehmandarovlar soyuna şöhrət gətirənlər çox olub. İlk azərbaycanlı ali təhsilli hüquqşünas Mirzə Sadıq bəy Mehmandarov, Azərbaycan Demokratik Respublikasının hərbi naziri, general leytenant Səməd bəy Mehmandarov, ilk azərbaycanlı ali təhsilli həkimlərdən biri, tanınmış ictimai xadim Kərim bəy Mehmandarov Azərbaycan tarixinə töhfələr bəxş etmişlər. Bu gün bu soyadı daşıyan Mustafa da istedadı, sənətdə pillə-pillə qazanmağa çalışdığı uğurları ilə bu missiyanı davam etdirir. Mustafanın təlim-tərbiyəsində valideynləri ilə yanaşı, nənəsi Leyla xanımın da xüsusi rolu olmuşdur. O, məşhur Rüstəmbəyovlar nəslindəndir. Leyla xanım həm də Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin nəticəsidir. Leyla xanım ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, Musiqi tarixi kafedrasında dosent vəzifəsində çalışıb. Leyla xanımın evdəki pianosu Mustafa üçün ilk musiqi aləti olub. Mustafa Mehmandarov 1992-ci il iyunun 2-də Bakıda dünyaya göz açıb.
Sona Mehmandarova
Sona Mehmandarova — 1912-ci ildə dünya əhəmiyyətli gözəllik yarışmasının qalibi azərbaycanlı qadın. O, Rusiya imperiyasında təşkil olunan gözəllik müsabiqələrinin də laureatı olmuşdu. == Həyatı == Sona Mehmandarova 1894-cü ildə (və ya 1896) Lənkəranda dünyaya gəlmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı idi. Lənkəranın qradonaçalniki-şəhər rəisi olan Nağı bəy dövrün Avropada təhsil almış Azərbaycan ziyalılarından biri idi. Atası Sonanın da təhsil almağını istəmiş və onu gimnaziyada oxutmuşdur. O, xüsusi müəllimlərdən fransız və rus dillərini mükəmməl səviyyədə öyrənmişdir.Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır.
Səməd bəy Mehmandarov
Səməd bəy Sadıx bəy oğlu Mehmandarov (16 oktyabr 1856, Lənkəran, Lənkəran qəzası – 12 fevral 1931, Bakı) — Rusiya İmperator ordusunun tam artilleriya generalı; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri; Azərbaycan SSR hərbi xadimi. == Həyatı == Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi idi. Onun vəzifəsi xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər. Mehmandarovların bir qolu sonralar Lənkəran şəhərinə köçmüşdü. Şuşada doğulan Mirzə Sadıq bəy Mehmandarov Peterburqda hüquq fakültəsini bitirmişdi və orada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olmuşdur. Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət etmiş və sonradan Mirzə Sadiq bəy Talışınskilərlə evlənmişdir.Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Əslən şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur.
Səmədbəy Mehmandarov
Səməd bəy Sadıx bəy oğlu Mehmandarov (16 oktyabr 1856, Lənkəran, Lənkəran qəzası – 12 fevral 1931, Bakı) — Rusiya İmperator ordusunun tam artilleriya generalı; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri; Azərbaycan SSR hərbi xadimi. == Həyatı == Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi idi. Onun vəzifəsi xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər. Mehmandarovların bir qolu sonralar Lənkəran şəhərinə köçmüşdü. Şuşada doğulan Mirzə Sadıq bəy Mehmandarov Peterburqda hüquq fakültəsini bitirmişdi və orada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olmuşdur. Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət etmiş və sonradan Mirzə Sadiq bəy Talışınskilərlə evlənmişdir.Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Əslən şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur.

Значение слова в других словарях

не судьба́ неруши́мо поеди́нщик разверза́ть суфлёрский библиофи́лка естествоиспыта́тельница ме́рно нетерпи́мость опротестовыва́ние седобро́вый среднеобластно́й шушу́канье хартать Arden casual end-gauge hili hypogeal laziness misgovernment ranked player swiz закачаться ядерный