Şöllü Mehmandar

Şöllü Mehmandarİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]

Kənd
Şöllü Mehmandar
40°05′57″ şm. e. 44°20′50″ ş. u.
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 17,71 km²
Mərkəzin hündürlüyü 832 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 3.207 nəf. (2011)[1]
Rəsmi dili erməni dili
Xəritəni göstər/gizlə
Şöllü Mehmandar xəritədə
Şöllü Mehmandar
Şöllü Mehmandar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu[3], Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında[4] qeyd edilmişdir.

Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol[5] etnonimindən[6] və Mehmandar şəxs adından əmələ gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 406 nəfər, 1873 - cü ildə 1573 nəfər, 1886-cı ildə 1432 nəfər, 1897-ci ildə 1824 nəfər, 1904 - cü ildə 1455 nəfər, 1914 - cü ildə 1632 nəfər, 1916-cı ildə 2969 nəfər, 1919 - cu ildə 900 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].

1919 - cu ilin sonlarında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 788 nəfər, 1926-cı ildə 1010 nəfər, 1931-ci ildə 778 nəfər azərbaycanlı yaşamışdır[7].

Kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən ailələrin bir hissəsi yenidən geri, öz yurdlarına dönə bilmişdir. 1988-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti azərbaycanlılar deportasiya etmişdir. İndi ermənilər yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.297
  5. şol - İbrahim Bayramov
  6. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s. 112-114
  7. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153