memarlıq-dizayn

memarlıq-dizayn
memarbaşı
memarlıq-inşaat
OBASTAN VİKİ
Dizayn
Dizayn (ing. design mühəndis - konstruktor, lat. designare ölçmək) — sənaye məhsullarının formasını müəyyənləşdirmək üçün edilən yaradıcı fəaliyyətdir. Bura həm xarici görünüş, həm struktur və funksional cizgilərini müəyyənləşdirmək vəzifələri aiddir. Dizayn ingiliscə layihələşdirmək, çəkmək deməkdir. Əşyaların layihələşdirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir.
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (norv. Nasjonalmuseet for kunst, arkitektur og design) — Norveçin paytaxtı olan Oslo şəhərində muzey. Muzey 1 iyul 2003-cü il tarixində təsis olunmuşdur. Muzey Memarlıq Muzeyi, İncəsənət Sənayesi Muzeyi, Milli Sərgilər, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət Muzeyi və Norveç Milli Qalereyasının birləşməsindən ibarətdir. Üç əsas sərgi İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Qalereyanın binalarında keçirilir. Milli Qalereya 2019-cu ildə bərpa işlərinə görə bağlanılmışdır. Binanın açılışı 2020-ci il üçün nəzərdə tutulmuşdur. Milli Muzey ölkənin ən geniş incəsənət, memarlıq və dizayn kolleksiyasını yığır, qoruyur və nümayiş etdirir. Muzeyin kolleksiyasına təxminən 400.000 əsər aiddir. Milli Qalereya (norv.
Ağıllı dizayn
Ağıllı dizayn (ing. intelligent design, ID) — canlı orqanizmlərin indiki (və ya indikinə yaxın) formada hansısa "ağıllı yaradıcı" tərəfindən yaradıldığını iddia edilən kreatsionizmin növlərindən biri olan qeyri-akademik konsepsiyadır. Bu iddianı dəstəkləmək üçün "ağıllı dizayn" tərəfdarları bir sıra elməbənzər arqumentlər irəli sürür ki, bunlardan ən diqqətəlayiq olanı "sadələşdirilməyən mürəkkəblik" və "müəyyən mürəkkəblik" (və ya "xüsusi mürəkkəblik")-dir. "Ağıllı dizayn" anlayışının heç bir empirik əsaslandırması yoxdur və sınaqdan keçirilmiş və ya əsaslandırılmış fərziyyələr təklif etmir və buna görə də elmi ictimaiyyət tərəfindən qeyri-akademik kimi tanınır. == Əsas müddəalar == "Discovery Institute" qeyri-kommersiya ictimai təşkilatında çalışan "Ağıllı dizayn " hərəkatının aparıcı nümayəndələri bunu elmi nəzəriyyə hesab edirlər, kainatın və həyatın müəyyən əlamətləri ən yaxşı ağıllı ilkin səbəblə izah olunur və şüurlu idarəetmə olmadan təbii proseslərdən yarana bilməz. Onlar hesab edirlər ki, mürəkkəblik meyarlarının köməyi ilə, insanın hansısa məqsədlə yaratdığı şeylərdə olduğu kimi, əvvəlki şüurlu təsirin zəruriliyini sübut etmək olar. === Sadələşdirilməmiş mürəkkəblik === "Sadələşdirilməyən mürəkkəblik" termini biokimyaçı Maykl Behe (ing. Michael J. Behe) ​​tərəfindən "Darvinin qara qutusu" (1996) kitabında təqdim edilmişdir, baxmayaraq ki, fenomenin özü 1993-cü ildə "Pandalar və insanlar haqqında" kitabının ikinci nəşrində təsvir edilmişdir. Behe "Sadələşdirilməyən mürəkkəbliyi" sistemin əsas funksiyasını yerinə yetirməyə kömək edəcək şəkildə bir neçə bir-birinə yaxşı uyğunlaşmış hissədən ibarət vahid sistem kimi təyin edir. Üstəlik, hissələrdən birinin olmaması sistemin fəaliyyətini dayandırmasına səbəb olur.
Qrafik dizayn
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər. Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi. Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır. Bu sahələr: İnternet və proqram təminatı kompaniyaları; Reklam agentlikləri; Televizya studiyaları və video kompaniyalar; Korporativ brending və konsultasiya kompaniyaları.
Veb-dizayn
Veb-dizayn (ing. Web Design) — veb-səhifələrin vizual tərtibatıdır. Ümumdünya şəbəkədə nəşr olunan hər hansı bir resurs — gün ərzində on minlərlə istifadəçilər daxil olan qlobal informasiya portalından tutmuş, ayda iki dəfə istifadəçilərin daxil olduğu şəxsi saytların hamısı bədii əsərdir. Bu mühəndis-dizayner həllinin mürəkkəb kompleksidir. Belə əsərlərin yaradılması veb-dizayn adlanır. Veb-dizayn mühitində siz bütün imkanlarınızı bütövlükdə göstərə bilərsininz və həm də burada əməyinizin nəticəsinin senzurası siz özünüz və sizin səhifəyə daxil olanlardır. Resursların ölçüsündə, onun məzmununda, kompanovkasında sizin üçün heç kim məhdudiyyət və hər hansı bir qəti çərçivə qoymur. Nəticədə İnternet istifadəçilərinin çoxmilliyonlu auditoriyası tərəfindən sizin yaratdığınız layihə qiymətləndirilir. Yeni layihə yaradarkən Veb-masterin işini asanlaşdırmaq məqsədi ilə onu lazım olan proqram təminatı ilə təmin etmək vacibdir. Təcrübəsi az olan Veb-masterlərin qarşısında hal-hazırda mövcud olan saysız-hesabsız proqramlar arasında özünə lazım olan proqramları seçmək və onlarla işləmək çox çətindir.
Memarlıq
Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi. Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir. "Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir.
Axıcı Dizayn Sistemi
Axıcı Dizayn Sistemi (ing. Fluent Design System, kod adı "Project Neon") — 2017-ci ildə Microsoft korporasiyası tərəfindən Fluent Design System-inin yeni dizayn konsepsiyası təqdim edilib. Fluent Design System Windows 10 cihaz və platformaları üçün nəzərdə tutulub və beş sahəyə fokuslanır: İşıq, Həcm, Hərəkət, Material və Miqyaslılıq. Yeni dizayn dili ilə hərəkət, həcm və yarı şəffaflıq effektlərinin istifadəsi daha estetik olacaq. Axıcı Dizayn Sisteminin "Fall Creators" yenilənməsi ilə daha geniş istifadəsi gözlənilir, lakin Microsoft bu dizayn sisteminin "Fall Creators" yenilənməsi müddətində hələ başa çatmayacağını bəyan edib. Fluent Design System-dən istifadə ilə əməliyyat sisteminin radikal şəkildə dəyişəcəyi gözlənilir. Microsoft korporasiyası Axıcı Dizayn Sistemini 11 may 2017-ci ildə "Build 2017" konfransında proqramçılar üçün təqdim edib.
Helsinki Dizayn Muzeyi
Helsinki Dizayn Muzeyi (fin Designmuseo, isv. Designmuseet) Finlandiya paytaxtında yerləşən, həm Finlandiya həm də xarici sənaye, moda və qrafik dizayn nümunələrinin sərgiləndiyi muzeydir. Muzey Helsinkinin Korkeavurenkatu küçəsində yerləşir və Finlandiyanın Dövlət mülkiyyətinə daxildir. Bina 1873-cü ildə tikilib və 1978-ci ildən bəri muzey kimi fəaliyyətini davam etdirir. Muzey binasında dizayn işləri 1894-cü ildə memar Qustaf Nüström tərəfindən neoqotika üslubunda aparılıb. 2002-ci ildə muzey adını Designmuseo ("Dizayn Muzeyi") kimi dəyişməyinin səbəbi bir əvvəlki adının çox uzun və mürəkkəb olması idi. Həmçinin muzeydə kafe və mağaza fəaliyyət göstərir. 2017-ci ildə Finlandiya Respublika günü münasibətilə muzey özünün yenilənmiş kolleksiyalarını qonaqların ixtiyarına vermişdir. Muzeydə 1870-ci ildən günümüz qədər olan fin dizayn tarixi sərgilənir. Muzeydə sərgilənən nümunələrə 75.000-dən çox əşya və 100.000 rəsm əsəri daxildir.
Mexanizm dizayn nəzəriyyəsi
Mexanizm dizayn nəzəriyyəsi (ing. mechanism design) — oyunçuların rasional hərəkət etdikləri və iqtisadi aktyorların hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə səbəb olduğu istədikləri hədəflərə çatmaq üçün mexanizmlər və təşviqlərin yaradılmasına yanaşma olan iqtisadiyyat və oyun nəzəriyyəsi sahəsində bir iş. Bu yanaşma ilk dəfə 1960-cı ildə Leonid Qurviç tərəfindən təklif edilmişdir. Leonid Qurviç 1959-1960-cı illərdə iqtisadi resursların əsas müddəalarını ilk dəfə "Resursların bölüşdürülməsi proseslərindəki optimallıq və informasiya səmərəliliyi" məqaləsində formalaşdırmış, 1973-cü ildə həqiqət xüsusiyyətini, daha sonra identifikasiya prinsipini formalaşdırmış və 2006-cı ildə birlikdə Stanley Reiter [ru] ilə "İqtisadi Mexanizmlərin Dizaynı [en]" mexanizmlərinin dizaynı haqqında bir kitab nəşr olundu. Erik Maskin 1980-1984-cü illər üçün məqalələrində "tətbiqetmə nəzəriyyəsi" deyilən bir sənəd hazırladı: lazımi xüsusiyyətlərə sahib olması üçün belə bir protokolun tərtib edilməsi. Və Roger Myerson 1979-1985-ci illər üçün sənədlərində bu yanaşmanı auksionlara tətbiq etmişdir . İsveç Kral Elmlər Akademiyası, 2007-ci ildə Alfred Nobel İqtisadiyyat Memorial Mükafatını Leonid Gurviç, Eric Maskin və Roger Myerson'a "optimal qaynaq bölgüsü mexanizmləri nəzəriyyəsinin təməlini qoyduğuna görə" verdi. İqtisadi mexanizmlərin dizaynı - ayrı-ayrı iqtisadi agentlərin hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə gətirib çıxardığı qarşılıqlı əlaqə mexanizmi yaradan yanaşmadır. Mexanizm - iqtisadi agentlərin qarşılıqlı əlaqəsidir, strateji oyun formasıdır. Oyun oyunçuların (iqtisadi agentlərin) hərəkətlərinin təsviri və bir sıra hərəkətlərin nəticəsidir.
Milli Dizayn Akademiyası
Milli Dizayn Akademiyası (ing. National Academy of Design) ― 1825-ci ildə Nyu-York şəhərində ABŞ mədəniyyət xadimləri tərəfindən qurulan Amerikan Rəssamlar Birliyi. Akademiyanın baniləri arasında ixtiraçı Samuel Morze, rəssamlar Aşer Braun Düran və Tomas Koul, Martin E. Tompson, Çarlz Kuşinq Rayt da yer alır. Təşkilatın məqsədi "tədris və sərgilər yolu ilə Amerikada təsviri sənətlərin tanıtması" idi. Akademiyanın ən çox 450 üzvü ola bilər ki, onlar Amerikalı sənətçi və memarlardan ibarətdir. Akademiyada nəzdində sənət məktəbi və muzey var. Qurulmasından üç il keçdikdən və İlkin adların verilməsindən spnra 1828-ci ildə akademiyanın adı "Milli Dizayn Akademiyası" oldu və yarıməsr bu adla fəaliyyət göstərirdi. 1997-ci ildə direktor Annett Blauqrund institutun adını "Milli Akademiya, Muzey və İncəsənət Məktəbi" (ing. National Academy, Museum and School of Fine Art) ki, “rəssamlar, muzey və məktəb birliyini özündə cəmləşdirən yeni bir inteqrasiya ruhu” əks olunsun və "dizayn" sözü ilə bağlı qarışıqlıq aradan qalxsın.
Sənaye dizayn hüququ
Sənaye dizayn hüququ (ing. Industrial design right) — məhsulun görünüşü ilə bağlı hüquqlardır və bir məhsulun xarici görünüşünü qorumaq üçün verilir. Sənaye dizayn hüququ məhsulun estetik xüsusiyyətlərini, dizaynını, formalarını, rənglərini, teksturalarını və ya ornamentlərini qoruyur. Sənaye dizaynı bir məhsulun görünüşünü digər məhsullardan fərqləndirən əsas amillərdən biridir və istehlakçılar tərəfindən məhsulun seçilməsində mühüm rol oynayır. == Əsas xüsusiyyətləri == Müddət Sənaye dizayn hüququ adətən müəyyən müddət üçün verilir. Azərbaycanda bu müddət adətən 5 il olur və daha sonra müəyyən şərtlər altında uzadıla bilər. Ümumi olaraq bu müddət 25 ilə qədər uzadıla bilər. Mühafizə olunan elementlər Sənaye dizayn hüququ məhsulun yalnız vizual elementlərini qoruyur, funksional və ya texniki aspektlərini deyil. Yəni, əgər bir məhsulun formasının və ya görünüşünün müəyyən bir texniki funksiyası varsa, bu hüquq bu funksiyanı deyil, yalnız görünüşü qoruyur. Qeydiyyat prosesi Sənaye dizaynlarının qorunması üçün adətən milli və ya beynəlxalq səviyyədə qeydiyyat tələb olunur.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. == İstindalar == == Xarici keçidlər == Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Funksionalizm (memarlıq)
Funksionalizm — XX əsr memarlıq cərəyanıdır. Almaniyada ("Bauhauz" məktəbi) və Niderlandda yaranmışdır. Funksionalizm 1910-1920-ci illərin konstruktivizmi və avanqard bədii hərəkatı əsasında formalaşdı və 1930-cu illərdə müstəqil bir memarlıq üslubu kimi formalaşdı. Məsələn, Rusiya inqilabının, utopik anlayışları və idealist fikirləri funksionalizmin hüdudlarında əks etdirən konstruktivizmdən fərqli olaraq, memarlar formulaya uyğun olaraq konkret utilitar-konstruktiv vəzifələri həll etdilər: funksiya - tikinti - forma - keyfiyyət. Qərbi Avropa funksionallığı ideyaları yeni materialların və tikinti texnologiyalarının istehsalında elmi və texnoloji tərəqqinin ehtiyaclarından əmələ gəlmişdir. Funksionalizm prinsipləri bina və tikililərin sənaye və məişət proseslərinə və onlarda olan funksiyaların (utilitar, kommunikativ, sosial-mədəni) ciddi şəkildə uyğunlaşdırılmasını nəzərdə tutur. Funksionalizmin mənşəyi ənənəvi ingilis evinin "rasional memarlıq" ənənələrinə, V. Morrisin və "İncəsənət və sənətkarlıq" emalatxanalarına, J. Hoffman, L. Bauer və K. Moserin Vyana emalatxanalarına, G. Muteisusun nəzəri görüşlərinə və alman Verkbundun fəaliyyətinə əsaslanır. Funksionalizm prinsipləri ən çox Almaniyada bauhauz məktəblərində və Niderlandda de steil dərnəyində inkişaf etmişdir. Xüsusi əhəmiyyət daşıyan Gottfried Semper və onun "Praktik Estetika", P. Behrens və O. Vaqerin əsərləri olmuşdur. Fəaliyyətlilik, məqsədləri, ərazi şəraiti və ətraf mühit tələblərindən asılı olaraq ev tikməyə imkan verdi.
Kapella (memarlıq)
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Konstruktivist memarlıq
Konstruktivizm, Konstruktsionizm və ya Konstruktivist memarlıq — müasir memarlığın bir növü olub, daha çox Sovet Sosialist Respublikaları İttifaqında 1920-ci və 1930-cu illərin əvvəlində geniş yayılmışdır. Bu növ memarlıq inkişaf etmiş texnologiyanı və mühəndislik elmlərini dövürün Kommunist ideologiyasına uyğun bir sosial məqsədlə birləşdirməyi və bu məqsəd istiqamətində dizaynlar etməyi hədəfləmişdir. Hər nə qədər bir-biri ilə rəqib olan bir neçə qrup olsa da, 1932-ci ildə tamamilə popyularlığını itirənə qədər, bir çox dizaynı tətbiq etmək fürsətini əldə etmiş və tamamlanmışdır. Həmçinin, 1932-ci ildən sonra gözdən düşməsinə baxmayaraq, sonrakı illərdə və dövrlərdə yeni memarlıq istiqamətlərinə olduqca əhəmiyyətli təsirləri olmuşdur. == Konstruktivizm haqqında == Kontstruktizm Rus futurizmindən irəli gələn daha geniş kontstruktiv incəsənət cərəyanından meydana çıxmışdır. Kontstruktiv incəsənət üç ölçülü kubist təxəyyülünü kinetik ünsürləri olan tamamilə mücərrəd qeyri-obyektiv "konstruksiyalara" tətbiq etməyə təşəbbüs göstərmişdi. 1917-ci il Rusiya inqilabından sonra o, öz diqqətini yeni rejimin tələb etdiyi yeni sosial tələblər və istehsalat məsələlərinə çevirdi. İki müxtəlif düşüncə tərzi meydana çıxdı. Birincisi fəza və ahənglə əlaqəli Antuan Pevsner və Naum Qabonun "Realist manifest"ində ümumiləşmişdi. İkincisi isə Maarifçilik Komissarlığı daxilindəki mübarizəni təmsil edirdi.
Memarlıq doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Memarlıq üslubu
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Modern memarlıq
Modern memarlığı — memarlıq üslubu, 1890–1910-cu illərdə Avropada yayılmışdır. İncəsənət modern üslubunda işləmiş ilk memarlarından biri, Belçikalı Viktor Horta olub. Öz layihələrində, o, yeni materiallar, əsasən metal və şüşə istifadə etmişdir. Dəmirdən hazırlanmış struktur daşıyanlara fantastik, bitkiyə bənzər, formalar verirdi. Fransada modern fikiri Hektor Qimar yayıldırıb. Amma ən çok klassik anlayışdan Antonio Qaudi getdi.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Neoklassik memarlıq
Neoklassik memarlığı — memarlıq üslubu. Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir: Təqribən 1910–1920-ci illərin ortaları; 1930-cu illər; 1950-ci illərin axırlarından başlanan mərhələ. 1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyl göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922). 1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair). 1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Portal (memarlıq)
Portal (lat. porta — qapı, darvaza) — iri tikililərin arxitektur tərtibata malik əsas girişi. Adətən detallı ornamentlərlə işlənmiş geniş çərçivəyə malik olur, amma sadə tərzdə də hazırlana bilər. "Portal" anlayışı həm də kaminin dekorla işlənmiş ön hissəsini və tunnellərin giriş-çıxışlarını ifadə etmək üçün də işlədilir. Qədim Misir və antik dövr memarlığı üçün yastı bəndli və sadə bəzəkli, qədim Mesopotamiya tikililəri üçün tağlı portal xarakterik olmuşdur. XI əsrdən roman, rotika və qədim rus memarlığında içəriyə doğru çıxıntılarla daralan portallar, Renessans və barakko dövrlərində üzərində antablement və fronton daşıyan pilyastr və sütunlarla haşiyələnmiş portallar geniş yayılmışdır. Azərbaycanda haşiyəli, sivri açırım içərisində yerləşən kiçik girişdən ibarət, incə bəzəkli portal kompazisiyası tətbiq olunmuşdur. Yaxın və Orta Şərq memarlığında yayılmış qoşa minarəli portal kompozisiyasının Azərbaycanda yarandığı ehtimal edilir.
Postmodern memarlıq
Postmodern memarlıq - 1960-cı illərdə yaranmış yeni memarlıq üslubu. 1980-ci ildə məşhur oldu.
Qotik memarlıq
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotika (memarlıq)
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.