meryalar
mesajçı
OBASTAN VİKİ
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Subliminal mesaj
Subliminal mesaj və ya şüuraltı mesaj — başqa bir obyektin içinə basdırılmış olan bir işarə və ya mesajdır və normal insan qəbulu limitlərinin altında qalmaq, o anda fərq edilməmək üzrə nəzərdə tutulmuşdur. Subliminal mesajlar insanın şüurlu diqqəti tərəfindən fərq edilə bilməzlər, ancaq bu mesajlarda insanın şüuraltına təsir irəli sürülməkdədir. Subliminal texnikalar reklamçılıq və təbliğat sahələrində tez-tez istifadə edilir. Seriallarda və ya filmlərdə xarakterlərin içdiyi içki markaları, paltarları subliminal mesaj nümunələrindəndir. Bu texnikaların məqsədləri, təsiri, istifadə sıxlığı və rəqabət kimi mövzularda əxlaqa uyğunluğu mövzuları mübahisəlidir. Marka və məhsulların marketinqində cəmiyyətin maraq, ehtiyac və qəbulunu dəyişdirməyə qədər bir çox mövzuda istifadə edilməkdədir. Bir adamı, təşkilatı və ya məhsulu pis göstərmək üçün o şey ilə pis olan bir obyektin eyni temada işlənməsi subliminal mesajın ən məşhur istifadə edilmə şəklidir.Bu ana qədər aparılan çoxsaylı çalışmalara baxmayaraq hələ də bu mesajlar intellektual səviyyəsi və düşüncə qabiliyyəti çox yüksək insanlar tərəfindən belə ilk baxışda 100 % anlaşılmır.Bu da toplumlarımızı istiqamətləndirici reklamlara qarşı müdafiəsiz qoyur.
Multimedia mesaj xidməti
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
Ani mesajlaşma
Ani mesajlaşma ( ing. instant messaging (= IM) ~ ru. мгновенный обмен сообщениями ~ tr. anlık mesajlaşma) – İnternet üzərindən real vaxt rejimli mətn ötürməsini təklif edən onlayn söhbətin tipidir. qısa mətn məlumatının şəbəkənin başqa istifadəçilərinə proqram təminatı vasitəsilə ani olaraq göndərilməsi; AOL Instant Messenger, Windows Live Messenger, ICQ, yaxud UNIX sistemində talk komandası belə proqramlardandır. Kompüterlərlə yanaşı, ani məlumatlar veb-səhifələrdən və mobil telefonlardan da göndərilə bilər. ShazzleChat məxfi, sürətli, zənglər və mesajlar üçün istifadəsi asan bir tətbiqdir. Göndərdiyiniz hər bir mesaj sizin və adresat arasında qalır. Video və səsli zəngləri iki nəfər arasında p2p Shazzle texnologiyası ilə təmin edilmiş təhlükəsizdir bir tətbiqdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arecibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Aresibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Xəta mesajı
Xəta mesajı – sistemdə olan və insanın müdaxiləsini tələb edən xəta haqqında istifadəçini məlumatlandıran sistem və ya proqram mesajı. Məsələn, proqram verilənləri printerə göndərə bilmədikdə belə bir mesaj verə bilər: “Printer Not Ready” (“printer hazır deyil”). Belə mesajlarla təsvir olunan xətaların diapazonu çox genişdir: asanca (məsələn, diski boş disksürənə qoymaqla) aradan qaldırılan xətalardan tutmuş, yalnız sistemi yenidən başlatmaqla (RESTART) aradan qaldırılması mümkün olan ciddi problemlərə kimi.
Flock (mesajlaşma xidməti)
Flock — özəl mesajlaşma və əməkdaşlıq vasitəsi. 2014-cü ildə texnoloji sahibkar Bhavin Turaxiya tərəfindən təsis edilmişdir. Proqram "Windows", "MacOS", "Android", "iOS" və brauzer sistemlərində mövcuddur. "Flock" istifadəçilərə "Flock App Store"dan xarici tətbiqləri və inteqrasiyaları konfiqurasiya etməyə və birbaşa "Flock"da bildirişlər və yeniləmələri qəbul etməyə imkan verir. Flock bir "freemium" qiymət modelində işləyir. Tətbiq 2014-cü ildə istifadəyə verilmişdir. == Doğma applikasiyalar == "Flock" aşağıdakı kimi biznes applikasiyaları ilə əvvəlcədən quraşdırılmışdır: Poll app Shared To-dos Mailcast Code snippet sharing Reminders Note sharing My Favourites == API == "Flock" özünün üstündə proqramlar, botlar və fərdi inteqrasiyalar yaratmaq məqsədilə tərtibatçılar üçün "FlockOS" platformasını təqdim etmişdir. "Flock" tərtibatçılara "FlockOS"un imkanlarından istifadə edərək innovativ proqramlar yaratmağa kömək etmək üçün müntəzəm hakatonlar keçirir. == App Store == Flock istifadəçilərə Flock App Store-dan xarici tətbiqləri və xidmətləri inteqrasiya etməyə imkan verir. Bəzi ümumi tətbiqlərə "Google Drive", "Google Analytics", "Trello", "GitHub", "Twitter" və "Mailchimp" daxildir.
Stiker (mesajlaşma)
Stiker — ani mesajlaşma platformaları vasitəsilə göndərilən cizgi filmləri və yapon smaylik tipli "emojilər"in qarışığı olan emosiya və ya hərəkəti təmsil edən personajın illüstrasiyası. Stiker mesaj hesab olunur. Onlar emotikonlardan daha çox müxtəlifliyə malikdirlər və üz reaksiyası ilə bədən dilini təsvir etmək qabiliyyətinə görə internet "reaksiya üzü" mədəniyyətindən əsas götürürlər. Stikerlər mürəkkəb, obraza əsaslanan ifadələrdir və insanlara qəribə animasiyalar vasitəsilə ünsiyyət qurmaq üçün yüngül vasitələr verir. Stikerlər ilk dəfə Koreyada yaradılmış mobil mesajlaşma proqramı "Line" tərəfindən populyarlaşdırıldı. "Naver Corporation" proqramı Yaponiya bazarını nəzərə alaraq tərtib etdi, çünki "KakaoTalk" Cənubi Koreyada artıq üstünlük təşkil edən mobil mesajlaşma xidməti idi. Stikerlərin hər yerdə mövcud olan emoji sisteminin anime üslublu sənət əsərləri ilə qarışığı və yapon dilində daha uzun mesajların yazmaq yerinə stiker göndərmək bu xüsusiyyətin yapon istifadəçiləri cəlb etməsinə kömək etdi. "Line"ın üstünlüyü artdıqca, "Line"ın stiker dəstlərində nümayiş olunan maskot personajları da məhsul kimi məşhurlaşdı. 2013-cü ildə stikerlər Asiya bazarlarından kənarda da böyüməyə başladı: "Path" 2013-cü ilin mart ayında yeni şəxsi mesajlaşma sisteminin bir hissəsi kimi stikerlər əlavə etdi. Ardınca aprel ayında "Facebook" və "Facebook Messenger" mobil proqramlarına da stikerlər əlavə olundu.
Mesajlaşma
Mesajlaşma — iki və ya daha çox mobil cihazın, masaüstü kompüterin/notbukun və ya digər kompüterin istifadəçiləri arasında adətən hərflər və rəqəmlərdən ibarət elektron mesajların tərtib edilməsi və göndərilməsi. Mətn mesajları mobil şəbəkə üzərindən və ya peyk və ya internet bağlantısı vasitəsilə göndərilə bilər. Termin ilk olaraq Short Message Service (SMS) istifadə edərək göndərilən mesajlara aid edilirdi. Rəqəmsal şəkillər, videolar və səs məzmunu, eləcə də emoji kimi tanınan ideoqramlar ehtiva edə bilən Multimedia Mesajlaşma Xidmətindən (MMS) və ani mesajlaşma proqramlarından istifadə edərək multimedia mesajlarını daxil etmək üçün hərf-rəqəmsal mətndən kənara çıxmışdır. Mətn mesajları şəxsi, ailə, iş və sosial məqsədlər üçün istifadə olunur. Hökumət və qeyri-hökumət təşkilatlarında həmkarlar arasında ünsiyyət üçün mətn mesajından istifadə edirlər. 2010-cu illərdə qısa qeyri-rəsmi mesajların göndərilməsi, əvvəllər e-poçt göndərişində olduğu kimi, bir çox mədəniyyətlərin qəbul edilən hissəsinə çevrildi. Bu, zəngin lazımsız və ya ədəbsiz olacağı kontekstlər də daxil olmaqla, mesajlaşmanı dostlar, ailə və həmkarlarla ünsiyyət qurmaq üçün sürətləndirir və asanlaşdırır. Elektron poçt və səsli poçt kimi və zənglərdən fərqli olaraq, mesajlaşma zəng edənin və alıcının eyni anda boş olmasını tələb etmir; bu, hətta məşğul şəxslər arasında ünsiyyətə imkan verir. Mətn mesajları həmçinin avtomatlaşdırılmış sistemlərlə qarşılıqlı əlaqə yaratmaq üçün, məsələn, e-ticarət saytlarından məhsul və ya xidmətlər sifariş etmək və ya onlayn müsabiqələrdə iştirak etmək üçün istifadə edilə bilər.

Значение слова в других словарях