Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Arzamas (sayt)
Arzamas — mədəniyyət tarixinə həsr olunmuş Rusiya saytı.
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Podkast sayt
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir. Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin populyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir. Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir. Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt. Podkastçı (ing. podcaster) — peşəkar və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər. azərbaycanca podkastlərdən pulp radiyosuna işarə etmək olar ki dunya və azərbaycan adəbiyat və musiqi sahəsində səsli faylar tolid edirlər.
Polygon (sayt)
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər. Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. == Tarix == Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.
Aurous (veb-sayt)
Aurous — 120-dən çox mənbədən istifadə edən pulsuz musiqi axını veb saytı. Jurnalistlər bu saytı lisenziyasız film və televiziya verilişlərini müstəqil şəkildə nümayiş etdirə bilən veb sayt olan Popcorn Time saytı ilə müqayisə edirlər. Sayt fəaliyyətə başlayandan bir neçə gün sonra Amerika Səsyazma Sənayesi Birliyi tərəfindən məhkəməyə verilmişdir.Aurous iki aydan az bir müddətdə fəaliyyət göstərdikdən sonra bağlanmışdır. Mülkiyyətin hamısı isə birliyin nəzarəti altına keçmişdir.
Aurous (veb sayt)

Babil kitabxanası (sayt)
Babil kitabxanası (ing. The Library of Babel) — amerikalı yazıçı və kompüter mühəndisi Conatan Basile tərəfindən Xorxe Luis Borxesin "Babil kitabxanası" (1941) adlı qısa hekayəsinə əsaslanan veb sayt. Sayt 2015-ci ildə açılmışdır. Saytda axtarılan istənilən təsadüfi və ya müəyyən 3200 simvoldan çox olmayan mətn kitabxanadakı kitabların içərisində mövcuddur. == Saytın məzmunu == Basile saytı yaratmaq fikrini "gecə yatarkən ağlına gəldiyini" deyir. Basile rəqəmsallaşdırılmış Babil kitabxanası yaratmaq üçün düşündüyündən daha çox rəqəmsal yaddaş lazım olacağınl tez bir zamanda başa düşdü. Bu problemi həll etmək üçün bunun əvəzinə kitabxananın simulyasiyasını yaradan alqoritma qurdu. Kitabxananın ana səhifəsində əsas məlumatlar, forumlar və kitabxananı kəşf etməyin üç yolu var. Bu yollar saytın minlərlə "cild"dən birini təsadüfi seçməsi, kitabları manuel axtarmaq və müəyyən mətni axtarışa verməkdir. Kitabxananın sonsuz meymun teoremi — qəribə dil oxşarlığı olan məzmunlar səbəbi ilə söz və söz toplularını "ingilisləşdirmə" xüsusiyyəti var.Kitabxananın məzmunu hər biri 4 divar, 20 rəf və 640 cilddən ibarət nömrələnmiş rəqəmsal altıbucaqlılara bölünür.
Veb-sayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Veb sayt

Çempionat (sayt)
Championat.com — Rusiyanın idman internet-portalı.
Polygon (veb-sayt)
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər. Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. == Tarix == Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.
Polygon (veb sayt)

Fandom (veb-sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Mastodon (veb-sayt)
Mastodon — öz-özünə host edilən sosial şəbəkə xidmətlərini idarə etmək üçün pulsuz və açıq mənbə proqram təminatı. O Twitter-ə bənzər mikrobloq xüsusiyyətlərinə malikdir. Hər birinin öz davranış kodeksi, istifadə şərtləri, məxfilik siyasəti və seçimləri və məzmunun moderasiyası siyasətləri mövcuddur və örnəklər və ya serverlər kimi tanınan çoxlu sayda müstəqil idarə olunan bəndlər tərəfindən təklif olunur.Hər bir istifadəçi istənilən digər serverdəki istifadəçilərlə problemsiz əlaqə saxlaya bilən xüsusi Mastodon serverinin üzvüdür. Bu istifadəçilərə qaydalarına üstünlük verdikləri serveri seçmək, lakin daha böyük federasiya edilmiş sosial şəbəkəyə girişi saxlamaq üçün çeviklik vermək məqsədi daşıyır. Mastodon Lemmy, Pixelfed, Friendica və PeerTube kimi Fediverse xidmətlər ansamblının bir hissəsinə çevrilən ActivityPub protokolu ilə yaradılıb. Mastodon Yevgeni Roçko tərəfindən 2016-cı ilin oktyabrında Hacker News-da elan edilmişdir və 2022-ci ildə İlon Maskın Twitter-i satın almasından sonra məşhurlaşmağa başlayıb.Layihə Almaniyanın qeyri-kommersiya təşkilatı Mastodon gGmbH tərəfindən idarə olunur. Mastodonun tərtibatı kraudfandinqdir və kodu reklamı dəstəkləmir. == Funksionallığı və xüsusiyyətləri == Mastodon serverləri W3C-nin 1.6 versiyasından bəri həyata keçirilən ActivityPub standartından istifadə edərək kommunikasiya qura bilən sosial şəbəkə proqram təminatı ilə işləyir. Mastodon istifadəçisi buna görə də Fediverse-də ActivityPub-u dəstəkləyən istənilən digər serverdəki istifadəçilərlə əlaqə saxlaya bilər. 2.9.0 versiyasından etibarən Mastodon standart olaraq yeni istifadəçilər üçün tək sütunlu rejim təklif edir.
İnteqrasiya oluna bilən sayt
İnteqrasiya oluna bilən sayt – Tələb olunan informasiyanın İnternetdə yerləşdirilməsi, sayt üzərindən informasiya sorğularının qəbulu, emalı və saytdan birbaşa sayt sahibinin informasiya reyestrinə, habelə əlaqəli informasiya reyestrinə avtomatik müraciət edib məlumat əldə etməsi, lazım gələrsə başqa reyetrlərə müəyyən hüquq və səlahiyyətlər əsasında informasiya daxil etmə imkanları nəzərdə tutulmuş internet saytıdır. Xüsusilə dövlət orqanları və bələdiyyələr inteqrasiya oluna bilən İnternet saytlarına malik olmalıdırlar.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Azərbaycan xəbər saytlarının siyahısı
Azərbaycan xəbər saytlarının siyahısı — Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının siyahısı.
Azərbaycanda bloklanan xəbər saytları
Azərbaycan xəbər saytlarının siyahısı — Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının siyahısı.
Azərbaycandilli xəbər saytlarının siyahısı
Azərbaycandilli xəbər saytlarının siyahısı — Azərbaycanda fəaliyyət göstərməyən, baş ofisi Azərbaycanda olmayan, həmçinin Azərbaycanca versiyası olan xəbər saytlarının siyahısı.
Buvaysar Saytiyev
Əfsanəvi güləşçi. Buvaysar Saytiyev (11 mart 1975, Xasavyurd, Dağıstan MSSR) — sərbəst güləş üzrə 3 dəfə olimpiya, 6 dəfə dünya və 6 dəfə Avropa çempionu olmuş, çeçen əsilli Rusiya güləşçisi. Buvaysar Saytiyev 74 çəki dərəcəsində Özbəkistanlı rəqibi Soslan Tigiyevi məğlub edərək 2008-ci il Pekin Olimpiadasında 3-cü dəfə olimpiya çempionu olmuşdur.
Hikava məbədi (Saytama)
Hikava məbədi (氷川神社, Hikava-cinca) – Yaponiyanın Saytama prefekturasının Saytama şəhərinin Omiya rayonunda yerləşən şintoist məbədi. Məbəd Amaterasunun qardaşı Susanooya həsr olunmuşdur. == Tarixi == Məbəd kənd təsərrüfatı və hərb ilahı Susanooya həsr olunduğu üçün Yaponiyada populyar məbədlərdən biri olmuşdur. Məbədin mənşəyi naməlum olsa da, 927-ci ildə yazılmış "Enqişiki" kitabında myocin-tayşa olaraq göstərilmişdir.Məbədin festivalında iştirak etməsi və hədiyyə təqdim etməsi üçün məbədə imperiya emissarı göndərilirdi. == Xüsusiyyətləri == Məbəd Amaterasunun qardaşı olan kami Susannoya, eləcə də, digər iki ilaha həsr olunmuşdur. Hikava məbədinin Saytama prefekturasında 162 davamçı məbədi, Tokioda isə 59 davamçı məbədi yerləşir. Hikava məbədləri Tokio ətrafındakı prefekturalarda populyar olsa da, Yaponiyanın digər bölgələrində tanınmır.Məbədin illik festivalı 1 avqust tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha.
Kazuo Sayto
Kazuo Sayto (d. 27 iyul 1951) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Keyko Sayto
Keyko Sayto (d. 24 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kiyoşi Sayto
Kiyoşi Sayto (斎藤清, Sayto Kiyoşi, 30 sentyabr 1962) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kiyoşi Sayto Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub.
Manabu Sayto
Manabu Sayto (d. 4 aprel 1990) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Saytama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Saytama prefekturası
Saytama prefekturası (yap. 埼玉県) — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 3 797 kvadrat kilometr, əhalisi 7 187 000 nəfərdir. Mərkəzi Saytama şəhəridir.
Saythil
Saythill (ing. Sighthill) — Qlazqo şəhərinin rayonu. == Tarixi == Rayon 1964-cü ildən 1969-cu ilə "Crudents Ltd" tərəfindən Pinkston və Fontanuell fermasının üzərində inşa olmuşdur. 1970-də yüksək mənzil haqqı rayonda əhalinin sayını azaltmışdır. 1990-cı ildən 2009-cu ilə qədər rayon Şotlandiyanın ən iri immiqrant rayonu olmuşdur.Şotlandiya hökumətinin 2005-ci ildə təşəbbüsünə görə, hazırda ərazidə yeni müasir yaşayış rayonu yaradılır. == Saythill daş dairəsi == Rayonda Saythill daş dairəsi yerləşir. 1979-ci ildə tikilən Saythill daş dairəsi – Britaniyada 3,000 il ərzində ilk astronomik düzləndirilən daş dairəsi sayılır. 17 daşdan ibarət olan dairənin ən ağır daşı 4 tondur.
Saythill

Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Saytın idarəetmə sistemləri
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır. VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər. Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir. Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir.VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s. VBİS-nin yerinə yetirdikləri əməliyyatlar: informasiyanı strukturlaşmış formada təqdim edir; verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir; VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır; VB-dan informasiyalar çapa verir; VB-na yeni informasiyalar daxil edilir; VB-da saxlanılan informasiyalar redaktə edilir. == VBİS arxitekturası == Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir: Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir. Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər. Bu kompüterlərdə klient proqramlar qurulublar.
Sayzo Sayto
Sayzo Sayto (24 sentyabr 1908 - 2004) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüsserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüsseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Bayt
Bayt (ing. byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir. Klaviaturadan daxil edilən hər hansı bir simvol kompüterin yaddaşında 1 bayt yer tutur. Məsələn, "Kompüterin yaddaşı" sözləri kompüterin yaddaşında 18 bayt (18*8=144 bit) yer tutur (17 hərf + 1 boşluq).
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. == Tarixi haqqında == İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
SAT
SAT (Türkiyə)
Say
Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı?" sualına da cavab verir.
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Andrey Fayt
Andrey Andreyeviç Fayt (16 (29) avqust 1903, Nijni Novqorod – 16 yanvar 1976, Moskva) — SSRİ aktyoru. == Həyatı == Andrey Andreyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. 1812-ci ildə Rusiyaya köçmüş alman tacir ailəsinin üzvüdür. Onun atası Andrey Feyt həkim olub, siyasətlə də fəal məşğul olub, eserlərin Kommunist Partiyasının üzvü olub, bir neçə dəfə həbs edilərək Şərqi Sibirə göndərilib. Andrey Faytın atası 1905-ci ildə öz pasiyentlərinin köməyi ilə Fransaya qaçıb. Sonra arvadı və iki oğlu da onun yanına gediblər. Paris yaxınlığındakı ruslar üçün olan düşərgədə yaşayıblar, balaca Andrey orada liseydə oxuyub. Sonradan anası uşaqları ilə birgə Moskvaya qayıdıb, bir qədər keçmiş ataları da onların yanına gəlib. Andrey Fayt "Ke-Ke-Si" adlanan dram dərnəyinə gedib. Həmin dərnəyin təşkilatçılarının beşi də şeir yazır, rəsm çəkir, aktyorluq edirdilər.
Beren Saat
Beren Saat (26 fevral 1984, Ankara) — məşhur Türkiyə aktrisası. == Bioqrafiya == Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub və o vaxtdan karyerasını müvəqqəti dayandırıb.
Şayo
Şayo (fr. Chaillot Fransızca tələffüz: [ʃajo]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Marsel Prust Şayoda dünyasını dəyişib. Zəfər tağı Şayoda yerləşir. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.