metanol

metanol
metanlaşma
metantenk
OBASTAN VİKİ
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Metanolla iş (film, 1979)
Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Metanolla İş (1979)
Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Значение слова в других словарях