meyxanaçı
meyidxana
OBASTAN VİKİ
Meyxoş (Germi)
Meyxoş (fars. ميخوش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (33 ailə).
Meyxoş Abdullah
Abdullayev Meyxoş Kamil oğlu (02.02.1962) — azərbaycanlı şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000). Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. (1984-1982). Tərxis olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır (1984). Təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləmişdir. (1984-cü ildən). Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır.İlk qələm təcrübələri "Yeni gün", "Nəğmələr", "Son söz", "Xeyir və şər" və s. qəzetlərdə çıxmışdır. "Doktor Qəzənfər haqqında xatirələr" (2000), "Cəlilabad baytar işçiləri" (2000), "Didərgin ruhlar" (2001) kitabları "Azərnəşr"də kütləvi tirajla buraxılmışdır.

Значение слова в других словарях