Daphne mezereum
Adi canavargiləsi (lat. Daphne mezereum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir.
== Botaniki təsviri ==
Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli, qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm-dir, yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır.