mezolit-neolit

mezolit-neolit
mezolit
mezomeriya
OBASTAN VİKİ
Mezolit
Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar. Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, Goranboy və Laçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir. Azərbaycan mineralları.
Neolit
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Mezolit dövrü
Mezolit (yun. mezos - orta, litos - daş "orta daş")— Daş dövrü mərhələsi, orta daş dövrü. 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl istiləşmə əvəz etdi; mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur. İnsanlar arasında münasibətlər, incəsənət, din, ənənə, qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı; əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi; heyvanların əhliləşdirilməsinə başlandı; ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ox və kamanın ixtirası nəticəsində qida ehtiyatı artdı və ibtidai maldarlığın əsası qoyuldu Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir. Ox və kamanın yaranması ilə qida ehtiyatı artdı; Ox və kamanın yaranması ilə heyvanları daha asan ovluya bilirdilər; Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular; Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdilər; Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi); Axirət dünyasına inanırdılar (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu); Ox və kaman ixtira edildi; İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.
Neolit dövrü
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Neolit inqilabı
Neolit inqilabı və ya neolitləşmə — insan icmalarının əsası ibtidai ovçuluq və yığıcılıq olan mənimsəmə təsərrüfatından əkinçilik və heyvandarlığa əsaslanan istehsal təsərrüfatına keçidi. Arxeologiyaya görə heyvanların və bitkilərin əhilləşdirilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın baş verdiyi ən erkən mərkəz kimi Yaxın Şərq hesab edilir. Burada əhilləşdirmənin 10 min il əvvəl başlaması təxmin edilir. "Neolit inqilabı" anlayışı elmə ilk dəfə 1923-cü ildə marksist-arxeoloq Qordon Çayld tərəfindən gətirilmişdir. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Əvvəlki Mezolit dövründə hakim olan kiçik ovçu və yığıcı qruplar sahələrinə yaxın şəhər və qəsəbələrdə məskunlaşdı, əkinçilik (suvarma daxil olmaqla) və yığılmış məhsulun xüsusi olaraq tikilmiş bina və tikililərdə saxlanılması yolu ilə ətraf mühiti kökündən dəyişdirdi. Əmək məhsuldarlığının artması əhalinin çoxalmasına ərazini qorumaq üçün nisbətən geniş silahlı dəstələrin yaradılmasına, əmək bölgüsünə, əmtəə mübadiləsinin canlanmasına, mülkiyyət hüquqlarının yaranmasına, mərkəzləşdirilmiş idarəetmənin, siyasi strukturların, ideologiyanın və yeni nəsil nəsillərə ötürməyə imkan verən şifahi, həm də yazılı şəkildə bilik sistemlərinin yaranmasına səbəb oldu. Yazının meydana çıxması tarixindən əvvəlki dövr bitir. Bu isə ümumiyyətlə daş dövrünün sonuncusu olan Neolit dövrünə təsadüf edir.
Dağlıq Krım Neolit Mədəniyyəti
Dağlıq Krım Neolit Mədəniyyəti — Krımın dağlıq ərazisində Neolit dövrünə (e.ə 6-4-cü minilliyin ortaları) aid arxeoloji mədəniyyəti == Tarixi == Abidələr XIX əsrin sonlarından məlumdur. 1936-cı ildə S.N.Bibikov tərəfindən müəyyənləşdirilmişdir. === Haqqında === Düşərgələri Krım dağlarının birinci silsiləsindəki yaylalarda,ikinci silsiləsindəki qobularda,mağaralarda və çıxıqlarda var. Dağlıq Krım Neolit Mədəniyyəti Dağlıq Krım Mezolit mədəniyyətinin əsasında formalaşmışdır. İki hissəyə bölünür. Erkən mərhələ üçün yastı qəlpələmə üslulu ilə işlənmiş seqmenti və trapesiyalar üstünlük təşkil edir. Sümükdən, çüyür buynuzundan, qaban dişindən düzəldilmiş əmək alətləri tapılmışdır. Erkən dövrə aid qabların divarları qalın, ağzı düz olur, saxsının tərkibində döyülmüş balıqulağı qatışığı əlavə edilən sivri və dairəvi oturacaqlı qablar,Dağlıq Krım Neolit Mədəniyyətinin son mərhələsində isə yastı oturacaqlı keramika meydana gəldi. Saxsı qabların yuxarı hissəsində müxtəlif ornamentlərə rast gəlinir: dəlmə və daraqvarı naxışlar,cızılmış xətlər və s. Təsərrüfat ovçuluq (qaban,cüyür,maral) və yığıcılığa əsaslanırdı.
Dulusçuluqdan əvvəlki neolit A
Dulusçuluqdan əvvəlki neolit A (Pre-Pottery Neolithic A, PPNA) — Levant və Şimali Mesopotamiyanın erkən Neolitik mədəniyyəti, eramızdan əvvəl X-IX e.ə. minillik. Son buz dövrünün sonunda istehsal iqtisadiyyatına keçid nəticəsində yerli Natuf mədəniyyətindən inkişaf etmişdir. Əvvəlcə Fələstinin İerixon bölgəsində təsbit edildi. Yaxın Şərqdəki digər qab qabları və saxsı qablar Neolitik mədəniyyətlərdən əvvəl. PPNA və PPNB təyinatları (Dulusçuluqdan əvvəlki Neolitik A və digərləri üçün) ilk dəfə Ketlin Kenyon tərəfindən bəlkə də ən yaxşı tanınan PPN saytı olan İerixonda kompleks qazıntılarda istifadə etmək üçün hazırlanmışdır. PPNC, Erkən Neolit ​​dövrünə istinad edərək ilk dəfə Eyn Xazalda Geri O. Rollefson tərəfindən təyin edilmişdir. == Mənbə == Garrard AN və Byrd BF. 2013. Fertil Aypara'dan kənarda: İordaniya çölünün gec paleolit ​​və neolit ​​icmaları. Azraq hövzəsi layihəsi.
Kosovonun neolit ​​dövrü abidələri
Kosovonun neolit dövrü abidələrinə Kosovonun bütün ərazisində demək olar ki, rast gəlinir. Buz dövrünün sona çatmasından bir qədər sonra baş verən holosenin isti, nəmli iqlimi insanlara, flora və faunaya da öz təsirini göstərdi. Neolit dövrü iqtisadiyyatının əsasını əkinçilik, əmək alətləri, silah və keramika istehsalı, heyvanların əhliləşdirilməsi və yetişdirilməsi, ovçuluq və balıqçılıq təşkil edirdi. Buna görə də yaşayış yerləri təbii sərvətlərin və suyun bol olduğu ərazilərdə salınırdı. Kosovodakı neolit dövrü abidələrinin əksəriyyəti yaşayış məntəqələrinin yaxınlığında tapılan materiallardan tikilmiş yaşayış evləridir. Arxeoloqlar və elm adamları Balkanlarda neolit dövrünün dəqiq tarixi ilə bağlı fikir ayrılığına düşsələr də, dövrün e.ə.6500-3500-cü illərə aid olduğunu qəbul edirlər. == Abidələr == === Vlaşnaya === Vlaşnyanın arxeoloji təbəqəsi Prizrendən təxminən 6 kilometr qərbdə, Priştinadan Jura gedən yolda, dəniz səviyyəsindən 335 metr hündürlükdə yüksək qayalı terrasın düz yaylasında yerləşir. Arxeoloji abidənin təbəqələri müxtəlif dövrlərə: Starçevo və Vinçanın erkən mədəniyyətlərindən ellinizm, son antik dövr və erkən orta əsrlərə aiddir. Qazıntı zamanı tapılan maddi mədəniyyət nümunələrinə saxsı qablar, daş və sümük alətlər, dekorativ və utilittar əşyalar, sikkələr daxildir. Son Antik dövrdə Vlaşnja (Qradişta kimi tanınır) I Yustinian dövrünə xas olan divarlarla möhkəmləndirilmişdi.