MILE

n 1. mil (ölçü vahidi); to drive at 70 ~s perhour saatda 70 mil sürətlə sürmək (maşını); 2. d.d. olduqca çox

MILDNESS
MILEAGE
OBASTAN VİKİ
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Iris milesii
Iris milesii (lat. Iris milesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Milena Benini
Milena Benini (24 noyabr 1966, Zaqreb – 4 iyun 2020, Zaqreb) — xorvat elmi fantastika yazıçısı və tərcüməçisi. == Həyatı == Benini 24 noyabr 1966-cı ildə Yuqoslaviyanın Zaqreb şəhərində anadan olub. 6 dəfə (1999, 2006, 2010, 2012, 2016, 2017) SFERA mükafatı da daxil olmaqla bir sıra mükafatlara və əsərlərinə görə çoxsaylı artifakt mükafatlarına layiq görülüb. == Ölüm == Benini 4 iyun 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində ciddi xəstəlik səbəbiylə 53 yaşında vəfat etdi.
Milena Draviç
Milena Draviç (serb. Милена Дравић; 5 oktyabr 1940[…], Belqrad – 14 oktyabr 2018[…], Belqrad) — Yuqoslaviya və Serbiya teatr və kino aktrisası. == Həyatı == Uşaq ikən Milena rəqs, xüsusən də baletlə məşğul idi və 1959-cu ildə filmlərdə debütünu etmişdir. Gənc aktrisanın ilk uğuru "Lazımsız qadın" (1962) filmində iştirak etdikdən sonra gəldi. 1971-ci ildən Atelye 212 adlı Belqrad teatrında oynamağa başladı, burada Vedekind, Horvat, İonesko, Duşan Kovaçeviç və digər məşhur dramaturqların pyeslərində rol aldı. Üç dəfə ailə qurmuşdu. Aktrisanın üçüncü əri serbiyalı aktyor Draqan Nikoliç oldu. Yuqoslaviya və Serbiya kinosunun 78 yaşlı ulduzu 14 oktyabr 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etdi.
Milena Knezeviç
Milena Knezeviç (12 mart 1990, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Milena Knezeviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Milena Knezeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Milena Pavloviç-Barili
Milena Pavloviç-Barili (çex. Милена Павловић-Барили 5 noyabr 1909[…], Pojarevaç[d], Serbiya krallığı – 6 mart 1945, Nyu-York, Nyu-York ştatı) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır. == Bioqrafiyası == Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır. 1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, Paris və Londonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur.
Milena Rudniskaya
Milena Rudniskaya (ukr. Мілена Іванівна Рудницька; 15 iyul 1892 – 29 mart 1976, Münhen) – Ukraynalı siyasi və ictimai xadim, jurnalist, müəllim, Ukrayna Milli Demokratik Birliyinin fəalı, Ukrayna Qadınları Birliyinin mərkəzi şurasının rəhbəri (1928-ci ildən). 1928-1935-ci illərdə ikinci və üçüncü kadastr Polşa Seyminin deputatı olmuşdur. 1921-1928-ci illərdə bir məktəb müəllimi olaraq fəaliyyət göstərir, Lvovda Ali Pedaqoji Kurslarında müəllim işləyir. Lvovda Ukraynalılar İttifaqı Mərkəzi Şurasının sədri, 1934-cü ildə Stanislavovda (indiki İvano-Frankovsk) Ukrayna Qadınlar Konqresinin iştirakçısı, Ümumdünya Ukraynalılar Birliyinin və "Şahzadə Olqanın Drujinası" təşkilatının üzvü olur. Ukrayna Milli Demokratik Birliyinin fəal üzvü olmuşdur. 1928-1935-ci illərdə Polşa Seyminin deputatı, buradakı təhsil və xarici əlaqələr komitələrinin üzvü olur. Sözdə Ukrayna parlament nümayəndəliyinin nümayəndəsi olaraq, 1930-cu ildə Şərqi Qalisiya ilə bağlı sakitləşdirici siyasət və Ukrayna SSR-də 1932-1933-cü illərdəki kütləvi aclıq ilə əlaqədar Millətlər Birliyinə ərizələr göndərir. 1936-1939-cu illərdə Lvovdakı Ukrayna Əlaqə Komitəsinin Rəyasət Heyətinin üzvü olur. 1935-1939-cu illərdə həftədə iki dəfə nəşr olunan "Jinka" jurnalına redaktorluq etmişdir.
Milena Todorova
Milena Todorova (18 yanvar 1998) — Bolqarıstanlı biatlonçu. Milena Todorova Bolqarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Milena Todorova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Todorova 25:33.6 saniyəlik nəticəsi ilə 87 atlet arasında 84-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Milenko Sebiç
Milenko Sebiç (30 dekabr 1984) — Serbiyalı atıcı. Milenko Sebiç Serbiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Milenko Sebiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.0 xal toplayaraq 33-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Milenko Yerqoviç
Milenko Yergoviç (xorv. Miljenko Jergović, 28 may 1966[…], Sarayevo) — Bosniya və Xorvat yazıçısı. == Tərcümeyi-hal == Sarayevo Universitetinin Fəlsəfə fakültəsini bitirib. Jurnalistika ilə məşğul olmuşdur. 1993-cü ildən bəri Zaqrebdə yaşayır. == Kitablar == === Şeirlər === Varşava Rəsədxanası / Opservatorija Varšava ( 1988, Goran və Mak Dizdar mükafatları ) Uči li noćas neko və ovom mezun japanski? ( 1992 ) Heavenly Team / Himmel Comando (1992) Preko zaleđenog mosta ( 1996 ) Hauzmajstor Šulc ( 2001, Premio Napoli ) === Novellalar === Sarajevski Marlboro ( 1994 , Erich Maria Remarque Barış Mükafatı, Osnabrück ) Karivani ( 1995 ) Mama Leone ( 1999, Grinzane Cavour Mükafatı ) Rabija i sedam meleka ( 2004 ) Drugi poljubac Gite Danon ( 2007 ) Psi na jezeru ( 2010 ) === Romanlar və povestlər === Buick Riviera ( 2002, Matica Xorvat Mükafatı, Avqust Chenoah Mükafatı; Ən Yaxşı Ssenari Üçün Pula IFF-də Film Uyğunlaşma Mükafatı) Qoz ağaclarının altındakı həyətlər / Dvori od oraha ( 2003 ) İnşallah Madona, İnşallah ( 2004 ) Excelsis-də Glorija ( 2005 ) Ruta Tannenbaum ( 2006, Mesha Selimoviç Mükafatı ) Freelander ( 2007 ) Srda pjeva, u sumrak, na Duhove ( 2009 ) Volqa, Volqa (2009) Ata / Otac ( 2010 ) === Pyeslər === Kažeš anđeo ( 2000 ) === Esselər === Naci bonton ( 1998 ) Tarix üzrə oxu kitabı / Historijska čitanka (2000) Historijska čitanka 2 ( 2006 ) Vertve sanjaju veliku ratnu pobjedu (2006) Muškat, limun i kurkuma ( 2011 ) == Etiraf == Yerqoviçin şeirləri və nəsrləri türk dili də daxil olmaqla bir çox dilə tərcümə edilmişdir.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Milet məktəbi
Milét məktəbi — VI yüzillikdə fəaliyyət göstərmiş ilk yunan fəlsəfi məktəbi olmuşdur. == Ümumi bilgilər == Milet şəhəri (yun. Μίλητος) müasir Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi. Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və əsatirlərdə olan kosmoqonik və kosmoloji baxışlara elmi praktiki yöndən baxmağa başlamışdılar. Onlar üçün bütün bunlar artıq inanc və adətlər deyil, araşdırma obyekti olmuşdur. Məhz ona görə də, miletlilər müasir fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və başqa elmlərin təməllərini qoymuşdular. Milet filosoflarının irəli sürdüyü ilk problem ontologiya olmuşdur. Bu da təbiidir, çünki düşüncə fəaliyyəti birinci növbədə varlıq probleminə yönəlir. Ondan isə müxtəlif məsələlər ortaya çıxır. Məhz bu baxımdan, ilk filosoflar dünyanın yaranması probleminə önəm vermiş, bununla bağlı anlayışların tərifini və anlamını izah etməyə çalışmışdırlar.
Miletli Aspasiya
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470, Milet – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın. Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir. Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir.
Miletli Fales
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Miletli Hekatey
Miletli Hekatey (q.yun. Ἑκαταῖος, lat. Hecataeus Hecataeus, təxm. e.ə. 550—490) — qədim yunan tarixçisi və coğrafiyaşünası, Herodotun ən yaxın sələflərindən və istinad etdiyi ədəbi qaynaqlardan biri. == Həyatı == Bizans lüğəti - Sudada Hekatey haqda deyilir: "Hekatey, Miletli Gegesandrın oğlu. Kambisdən sonra hakimiyyətdə olan Daranın dövründə, Miletli Dionisi ilə eyni vaxtda, 65-ci olimpiadada [qeyd: e.ə. 520-516-cı illər] yaşamışdır. Tarixçidir. Ondan sonra yaşamış Halikarnaslı Herodot ona istinad edir.
Miley Cyrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (ing.
Mileşeva monastırı
Mileşeva monastırı (serb-kiril Манастир Милешева) ― Serbiyanın cənub-qərbində yerləşən Serb Provaslav monastırı. 1234-1236-cı illərdə kral Stefan Vladislav tərəfindən qurulmuşdur. Kilsə o dövrün ən bacarıqlı sənətkarlarının Serb mədəniyyətinin ən məşhurlarından biri olan Məsihin qəbrində mələyi təsvir edən "Ağ mələk "in də daxil olduğu müxtəlif freskalarına malikdir. == Tarix == Mileşeva monastırı 1234-1236-cı illər arasında Serbiya kralı Vladislav tərəfindən qurulmuşdur. Monastır eyni adlı çayın sahilində yerləşir. Mileşeva Serbiyanın ən vacib ziyarətgahlarından və mənəvi mərkəzlərindən biridir. 1236-cı ildə Vladislavın əmisi Müqəddəs Savanın qəbri Bolqarıstanın Trnovo şəhərindən Mileşevaya gətirildi. Bəzi tarixçilər I Tvrtkonun Serbiya və Bosniya kralı elan edildiyi tacqoyma mərasiminin 1377-ci ildə Mileşevada baş verdiyinə inanır. 1459-cu ildə Osmanlılar monastırı yandırsa da,[mənbə göstərin] tikili tezliklə bərpa edildi. Monastırda ən qədim məktəblərdən biri mövcud idi.
Motorola Milestone 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristika == Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.
Sylvia Miles
Sylvia Miles (9 sentyabr 1924, Qrinviç Villic[d], Nyu-York ştatı – 12 iyun 2019, Manhetten, Nyu-York ştatı) — amerikalı aktrisa. == Həyatı == == Filmoqrafiya (seçim) == arrış (1961) MidniMurder, Inc. (1960) Pght Cowboy (1969) Son film (1971) Məryəmi öldürən kişi nədir?
автомати́зм беспо́лость воздева́ние впро́синь ль недо́йный обсу́шивание сластёна безно́сая ро́ссказни си́тничек у́тром факи́рский бурьян close call composing exhumate Maycock outwit posturer автоклав ампутация золочение проверить этичный