MİLLİYYƏT
MİLLİYYƏTSİZ
OBASTAN VİKİ
Milliyyətçi
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar. Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.
Bask Milliyyətçi Partiyası
Bask Milliyyətçi Partiyası (bask Eusko Alderdi Jeltzalea; isp. Partido Nacionalista Vasco)) – Basklar ölkəsində siyasi partiya. Partiya 1895-ci ildə qatı Katolik Sabino de Arana tərəfindən yaradılmışdır.Partiya özünü demokrat, iştirakçı, plüralist və humanist olaraq təqdim edir.Partiyanın digər bir xüsusiyyəti isə digər Bask siyasi partiyalarının əksinə müstəqillik tərəfdarı deyil muxtariyyət tərəfdarı olmasıdır.Partiyanın indi ki, rəhbəri Josue Jon Imaz dır və 2004-ci ildən bəri bu vəzifədədir.
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyyətçi Partiyası (Malta)
Milliyyətçi Partiyası (ing. Nationalist Party, malta Partit Nazzjonalista) — Maltada Xristian Demokratik oriyentasiyaya sadiq qalan iki əsas siyasi partiyadan biri (Leyboristlər Partiyası ilə birlikdə). Partiya 1880-ci ildə Fortunato Mizzi tərəfindən Anti-Reformist Partiya olaraq qurulub. Maltanın təhsil və hüquq sistemlərinin ingilisləşdirilməsinə qarşı çıxış edən bir partiya vardır. Partiyanın dəstək bazasını liberal italyanlar təşkil edirdi ki, bu da kilsə ilə münasibətlərin pisləşməsinə səbəb olur. Sonrakı illərdə partiya əvvəlcə müstəmləkəçi hakimiyyətlərlə və onların əleyhdarları ilə əməkdaşlıqdan imtinanı müdafiə edən bitərəflərə bölünür. Birinci Dünya müharibəsindən sonra partiya mötədil Malta Siyasi Birliyinə və daha radikal İtalyan-millətçi Demokratik Millətçi Partiyasına bölünür. 1924-cü ilə qədər İşçi Partiyasının dəstəyi ilə 1921-1927-ci illərdə Cozef Hovard, Françesko Buhadjira və Huqo Pasquale Mifsudun rəhbərliyi ilə hökuməti formalaşdırır. 1926-cı ildə partiyalar yenidən birləşərək 1932-ci ildə keçirilən seçkilərdə qalib gələrək 32 yerdən 21-ni alan İtaliyayönlü Millətçi Partiyasını quran Mifsudun başçılıq etdiyi hökuməti qurdular, lakin gələn il Böyük Britaniya Malta muxtariyyətini dayandırır. Milliyyətçi Partiyasının faşist İtaliyasına yaxınlığı İkinci Dünya müharibəsi zamanı bir sıra partiya liderləri, o cümlədən gələcək baş nazir Enriko Mizzi, italyanpərəst əhval-ruhiyyəyə görə Uqandaya deportasiya edilir.
Bəluc Milliyyətçi Ordusu
Bəluc Milliyyətçi Ordusu (urdu بلوچ نیشنلسٹ آرمی) —Bəlucistan əyalətinin ayrılması uğrunda döyüşən silahlı qruplaşma. Qruplaşma 11 yanvar 2022-ci ildə Bəluc Respublika Ordusu və Birləşmiş Bəluc Ordusunun birləşməsindən yaradılmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər. Yarandığı gündən qruplaşmaya 2023-cü ildə Pakistan dövlətinə təslim olan qurucusu Gülzar İmam rəhbərlik edirdi. Gülzarın təslim olmasından sonra dəstənin gücü xeyli azalmışdır. Sərfüraz Bəngülzay Gülzarın yerinə keçmiş və 2023-cü ilin dekabrında təslim olana qədər qrupun rəhbəri olmuşdur. Qruplaşma ali liderinin və üzvlərinin təslim olmasından sonra ləğv olunmuşdur.
Suriya Sosial Milliyyətçi Partiyası
Suriya Sosial Milliyyətçi Partiyası (ərəb. الحزب السوري القومي الاجتماعي‎) — Suriya və Livanda dünyəvi partiyası. 1932-ci ildə Beyrutda Antun Saada tərəfindən yaradılmışdır.
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi
Balıkəsir Milliyyətçi Qüvvələr Muzeyi — Türkiyənin Balıkəsir şəhərində Türk Milli Hərəkatı zamanı yaranmış Millətçi Qüvvələrə (türk. Kuvâ-yi Milliye) həsr olunmuş muzey. Muzey 1996-cı ildə açılıb. == Binası == Muzey iki mərtəbəli Osmanlı dəbində tikilən binada yerləşir. Hər mərtəbəsi 120 m²-dir. Binanın 1-ci mərtəbəsində muzeyin qurulmasında iştirak etmiş şəxslərin aldıqları yazılı qərarlar, qurultay qərarları, bu şəxslərin şəxsi əşyaları, Atatürkün Balıkəsirə gəlişi ilə bağlı çəkdiyi fotoşəkillər, 2-ci mərtəbədə Balıkəsir və onun ətrafında aşkar edilmiş arxeoloji və etnoqrafik əsərlər toplusu sərgilənir. == Tarixi == Muzeyin yerində olan əvvəlki bina 1840-cı ildə Karasi Sancağının xəzinədarı Giridizadə Mehmet Paşa üçün tikilmiş malikanə idi. 1900-cü ildə malikanə yanandan sonra xəzinədarın nəvəsi Xəlil paşa yeni malikanə tikdirir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı bina yerli millətçi qüvvələrin görüş yeri kimi xidmət edirdi. İzmirin işğalının ertəsi günü Balıkəsirlilərin bu binaya toplaşaraq Qərbi Anadoluda silahlı mübarizə aparmaq qərarına gəldiyi üçün böyük tarixi əhəmiyyətə malik olan bu bina İkinci Dünya müharibəsi illərində uzun müddət korpusun qərargahı kimi istifadə olunurdu.
Azərbaycan Milliyyətçilər Dərnəyi
Azərbaycan Milliyyətçilər Dərnəyi (türk. Azerbaycan Milliyerçiler Derneği) — 8 fevral 1952-ci ildə Ankara şəhərində yaradılıb. Əsas məqsədləri mühacirlərə maddi və mənəvi yardım göstərmək, azərbaycanlı tələbələrə imkan daxilində maddi dəstək vermək, türk milliyyətçiliyi əleyhinə fəaliyyətdə olan cərəyanlara mətbu yolla cavab vermək olmuşdur. == Yaradılması və fəaliyyəti == Azərbaycan Milliyyətçilər Dərnəyi 1952-ci il fevralın 8-də Ankarada yaradılıb. Dərnəyin 11 qurucu üzvü arasında Həsən bəy Zərdabininin oğlu Səfvət Zərdabi və Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir də olub. Dərnəyin Nizamnaməsinin 1-ci maddəsində yazılıb: İkinci maddədə isə dərnəyin yaradılmasının məqsədləri açıqlanaraq bunlar yazılıb: Dərnəyə 18 yaşı tamam olmuş, mədəni hüquqlarından istifadə edə bilən hər bir türk qatıla bilərdi. Dərnəyin həqiqi və fəxri üzvü olmaq mümkün idi. Dərnəyə maddi və mənəvi yardım edənlər konqresin qərarı ilə fəxri üzvlüyə qəbul edilirdilər. Həmin üzvlərin adları dərnəyin şərəf dəftərinə qeyd olunurdu. Konqres həqiqi üzvlərdən təşkil olunurdu.
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri — Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarət kitab. Kitab ilk dəfə tarix elmləri doktoru, professor Nəsib Nəsibli tərəfindən nəşr etdirilmişdir. İlk redaktoru akademik Ziya Bünyadov olmuşdur. == Məzmun == Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib. 2010-cu ildə Bakıda Qanun nəşriyyatında 132 səhifədə, 500 tirajla 2-ci və 3-cü dəfə isə Seymur Həsənli və Dr.
Milliyyətçilik
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar. Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.
Sind milliyyətçiliyi
Sind millətçiliyi - Sind Millətçilik hərəkatı kimi də tanınır (Sind dilində: سنڌي قومپرستي يا سنڌي قومي تحريڪ). Bu hərəkat başlanğıcını 1950-ci illərdən götürür. 1971-ci ildə Banqladeş müstəqilliyini əldə etdikdən sonra Qulam Murtaza Şah Syed millətçiliyə yeni istiqamət verdi və 1972-ci ildə "Jeay Sindh Mahaz"-ın əsasını qoydu. O, Sindudeş ideyasını təqdim edirdi. Bu ideya sindlilər üçün ayrıca vətən, yəni müstəqillik tələb edirdi. Qulam Murtaza Şah Syed müasir Sind millətçiliyinin banisi hesab olunur. Sind millətçilik hərəkatının tələbləri içərisində geniş mədəni, iqtisadi və siyasi hüquqlardan siyasi muxtariyyətə və Pakistandan birbaşa ayrılmağa, Sindudeş adlanan müstəqil dövlət yaratmağa qədər tələblər var idi. Bu tələblər 1972-ci ildə Qulam Murtaza Şah Syed tərəfindən irəli sürülmüşdür ki, Sind separatçı qüvvələrinə Pakistandan Sindin ayrılmasına dəstək olsun. 1972-ci ildə Sind millətçiliyinin banisi Qulam Murtaza Şah Syed "Jeay Sindh Mahaz (JSM)" təşkilatının əsasını qoydu. Sonradan JSM bir çox qollara ayrıldı.
Azərbaycan milliyyətçiliyi
Azərbaycan milliyətçiliyi və ya Azərbaycançılıq — Azərbaycanlıların millət olmasının iddiası və azərbaycanlıların mədəni birliyinin təbliğ fikridir. Azərbaycanda millətçiliyin formalaşması prosesi XIX əsrin ikinci yarısından başlamışdır. Azərbaycançılıq fikirlərini əsasən XX əsrin başlanğıcında Azərbaycanın ideoloqları, qurucuları müəyyənləşdirmiş və bu fikirlərin nəticəsi olaraq Azərbaycan xalqları ilə birgə Azərbaycan Xalq Cümhuriyyəti adında dövlət qurmuşlar. Azərbaycanda millətçilik məzmunu və əhəmiyyətinə görə liberal millətçilik olmuşdur. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin xarici və daxili siyasətində aydın görmək olardı. Onun daxili siyasəti şəxsiyyətin azadlığı, bərabərlik, həmrəylik və plüralizm prinsiplərinə əsaslanırdı. == Azərbaycan milliyətçiliyinin ideologiyası == Azərbaycançılıq fikirlərini əsasən XX əsrin başlanğıcında Azərbaycanın ideoloqları, qurucuları müəyyənləşdirmiş və bu fikirlərin nəticəsi olaraq Azərbaycan xalqları ilə birgə Azərbaycan Cümhuriyyəti adında dövlət qurmuşlar. Filosof Etibar Nəcəfova görə, Rusiya imperiyasına qarşı Azərbaycan xalqının mübarizəsi Azərbaycanda millətçiliyin əsas hərəkətverici qüvvəsi idi. Bundan əlavə, filosofun fikrincə, mütərəqqi rus və avropalı nəzəriyyəçi və dövlət xadimlərinin ideyaları Azərbaycanda millətçiliyin formalaşması prosesinə cox böyük təsir etmişdi. Qeyd olunmalıdır ki, Azərbaycan millətçiliyinin təmsilçilərinin əksəriyyəti Rusiya və Avropada təhsil almışdılar.

Значение слова в других словарях