mirabilit

mirabilit
mirabel
mirablıq 2021
OBASTAN VİKİ
Mirabilit
Mirabilit (qlauber duzu) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – rəngsiz, bulanıq, sarımtıl, göyümtül və yaşılımtıl calarlı ağ; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,46-1,49; Sərtlik – 1,5-2; Çox kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – dadı acı-şör,sərinləşdirici, suda asan həll olur, quru hava şəraitində mineral tədricən tamamilə dehidratasiyaya uğrayır və ağ rəngli toz halında olan tenarditə Na2SO4 çevrilir; Morfologiya – kristallar: qısadirəkvarı, prizmatik, bəzən iynəvari; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, torpaqvari və lifli əmələgəlmələr, qabıqlar, qaysaqlar. Duz göllərində və körfəzlərdə 32°C-dən aşağı temperaturlarda xemogen-çökmə yolla əmələ gəlir. Aşağı temperaturlarda zəif həll olduğu üçün mirabilit çox zaman qışda və soyuq iqlim rayonlarında çökür. O, həmçinin torpaqda, mağara və kömür mədənlərinin divarlarında sızan səth sulfat sularından çökən nazik təbəqələr şəklində rast gəlir, isti bulaqların və fumarolların fəaliyyətinin məhsulu kimi nisbətən az müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: gips, tenardit, astraxanit, halit, epsomit və b. Mineralın tapıldığı yerlər: Xəzər dənizində Qara-Boğaz-Qol körfəzi (Türkmənistan); soda gölləri (Misir); Karlovı-Varı (Çexiya); Vezuvi vulkanı (İtaliya); Antarktida; Yuta ştatında Qreyt-Solt gölü (ABŞ) və b. Azərbaycanda mirabilit Pirsaatçay çayı hövzəsində, Şamaxı rayonu ərazisinin bəzi yerlərində, Qobustanda və b. qeyd edilir.

Значение слова в других словарях