MİRAJ
MİRALAYLIQ
OBASTAN VİKİ
Miralay
Miralay (Osmanlı dili: ميرآلای), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və kaymakam rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Miralay rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Miralayevlər
Miralayevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Daş Salahlı kəndinə mənsub bəy nəslidir. Əslində bu soy "Miralay" olmalıdır. Qazaxlılar davamlı olaraq Osmanlı ordusunda xidmət etdiyinə görə soy adı "Miralay"-Əmiralay-Alay Əmiri (indiki Polkovnik) hərbi rütbəsindən götürülmüşdür. Hazırda bu soy Miralılar kimi tanınır. Bu günədək qalmış Miralaylar (Miralılar) şəcərəsindən (soy ağacından) göründüyü kimi bu soyun 450 illik tarixi məlumdur. Qazax sultanlığı dövründə Qazax Sultanlarından biri Miralı bəy olmuşdur. Mustafa Bəy Miralayev (19-cu əsrin 60-cı illəri) — bəy, Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir. Yasin bəy Miralayev — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, tanınmış tacir.
Mustafa Bəy Miralayev
Mustafa Bəy Miralayev (XIX əsrin 60-cı illəri—?) — bəy, Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir. Qazax rayonunun Daş Salahlı kəndinə mənsub Miralayevlər soyundandır. 4 oğlu, 4 qızı olmuşdur. Fikrət Seyidov, Mirvarid Dilbazi və Yaqut Dilbazinin ana tərəfdən babasıdır. Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
Teymur Miralayev
Teymur Miralayev (1904, Qazax rayonu – 1999, Bakı) — Azərbaycan tarixçisi. Teymur Miralayev 1904 -cü ildə Qazax qəzasında anadan olmuşdu. O, tarixçi idi. 1960-cı ildə "1917-1920-ci illərdə Qazax qəzasında kəndlilərin inqilabi hərəkatı tarixindən" disertassiyasını müdafiə edərək tarix elmləri namizədi elmi adını almışdı. Teymur Miralayev 1999-cu ildə Bakı şəhərində vəfat edib. Miralayev Teymur. Gəncə və Qazax Qəzalarinda kəndlilərin inqilabi hərəkatı bolşeviklərin rəhbərliyi[Mətn] (1917-1920-ci illər) Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.- 87 s. Miralayev Teymur. Azərbaycanın qırmızı qvardiyaçıları və qırmızı partizanları. Bakı: Azərnəşr, 1970, 130 s.

Значение слова в других словарях