Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb.1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib.Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib. Daha sonra 6 ay elmi araşdırmalar üçün Böyük Britaniyada səfərdə olub. Həmin illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışıb.
Miri Qənbərov
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri. == Həyatı == Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir. 1956-1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. == Həyatı == Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. == Fəaliyyəti == 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). == Həyatı == Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. == Şəxsi həyatı == Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Miri Ben-Ari
Miri Ben-Ari (ivr. ‏מירי בן-ארי‏‎; 4 dekabr 1978, Tel-Əviv) — İsrail-ABŞ skripkaçısı.
Miri Yusif diskoqrafiya
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri Yusifin diskoqrafiyası
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. == Həyatı == Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. == Tarixi == Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) == Sovetlərdən əvvəlki dövr == Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir.Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir. Uzun müddət Sovet dövrünün tarixşünaslığında binanın inşası tarixi 1530-cu illərdə məşhur arxeoloq və şərqşünas alimlər Mixail Masson və Qalina Puqaçenkovanın apardıqları arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq bir versiyada: 1535–1536-cı illərdə tikilməsi tarixi əsas götürüldü.
Seyid Cavad Miri
Seyed Javad Miri Meynəg (fars. جواد میری‎; d. 1971) — İsveç-İran sosioloqu, Humanitar və Mədəni Tədqiqatlar İnstitutunun sosiologiya üzrə dosentidir. == Kitablar == East and West: Allama Jafari on Bertrand Russell, University Press of America, 2013. Islamism and Post-Islamism: Reflections upon Allama Jafari’s Political Thought, University Press of America, 2014. Reimagining Malcolm X: Street Thinker versus Academic Thinker, University Press of America, 2015. === Redaktə etdikləri === Orientalism: A Eurocentric Vision of the ‘Other’, International Peace Studies Center Press, 2013 (Şərqşünaslıq: 'Başqalarının' Avroentrik Görüşü, Beynəlxalq Sülh Araşdırmaları Mərkəzi Mətbuat, 2013). Reclaiming the Sane Society: Essays on Erich Fromm’s Thought, edited by Seyed Javad Miri, Robert Lake and Tricia M. Kress, Sense Publishers, 2014 (Sane Cəmiyyətini xatırlamaq: Seyid Cavad Miri, Robert Leyk və Tricia M. Kress, Sense Publishers, 2014-cü ildə redaktə olunan Erich Fromm-un Düşüncələri haqqında esselər). Malcolm X: From Political Eschatology to Religious Revolutionary, edited by Dustin J. Byrd and Seyed Javad Miri, Brill, 2016 (Malcolm X: Siyasi Eschatologiyadan Dini İnqilaba Dustin J. Byrd və Seyed Cavad Miri tərəfindən redaktə edilmiş, Brill, 2016). Ali Shariati and the Future of Social Theory: Religion, Revolution, and the Role of the Intellectual, edited by Dustin J. Byrd and Seyed Javad Miri, Brill, 2017 (azərb.
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Karma (Miri Yusif albom)
== Albom haqqda == 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə “Karma” albomu işıq üzü gördü. Bu Miri Yusifin sayca ikinci albomudur.
Karvan (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin sayca 3-cü albomu olan Karvan EP-sırf internet vasitəsilə yayımlanan ifaçının ilk EP albomudur. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirir. Bu albomda yer alan “Səndən Olmaz” mahnısı isə 2011-ci ildə “İlin Hit Mahnısı” mükafatına layiq görülüb.
Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. == Həyatı == Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Miri Yusif & Nigar Camal (konsert)
== Konsert haqqında == 22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Məktub (Miri Yusif mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. == Klip == Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Nirvana (Miri Yusif albom)
== Albom haqqında == "Nirvana" – Miri Yusifin dördüncü solo albomudur.
Asif Mirili
Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. == Həyatı == Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib.Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.
Bulbophyllum mirificum
Bulbophyllum mirificum (lat. Bulbophyllum mirificum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
II Mirian
II Mirian — Farnavazianlar sülaləsindən səkkizinci İberiya çarı. İran ordusunun köməyi ilə hakimiyyəti geri almışdı. Yerinə oğlu II Artaksias keçdi.
I Mirian
I Mirian — I Saurmaqın kürəkəni idi. Dəryal keçidində dağlı xalqların işğalına qarşı mübarizə aparmışdı. Dianna tanrıçasına inanırdı.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.
Mir Həsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). == Həyatı və təhsili == 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. == Aktyor fəaliyyəti == Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Mircəfər Mirişli
Mir Cəfər Mirişli - Naxçıvan MR Əməkdar müəllimi, ilk Lenin ordenli müəllimlərdən Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.
Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). == Həyatı və təhsili == 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. == Aktyor fəaliyyəti == Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Miriam Giovanelli
Miriam Giovanelli (28 aprel 1989, Roma) — İtaliya-İspaniya aktrisası və fotomodeli.
Mirpaşa Miriyev
Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; 24 iyun 1920, Bakı – 12 iyun 2007) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü. == Həyatı == Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö­bəsinə daxil olub. Orada təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. == Fəaliyyəti == İkinci Dünya mü­haribəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Bö­yü­kağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər.
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. == Tarixi == Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII-XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şеyx Cabir Ənsari övladından оlan Şеyx Kəmaləddin оğlu Şеyx Siracəddin vəqfinə bağlıdır."Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib. Qoşmalarının birində sevgilisi Pəriyə müraciətlə deyir: XVII əsrdə Diri kəndinin əhalisi Qaradağ vilayətinə köçmüş, Dirili qışlağında məskunlaşmışdı.
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest —DigərMeri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
MiFi
MiFi mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizatordur. Novatel Wireless şirkəti tərəfindən təqdim edilən bu cihaz mobil telefon xəttinə qoşularaq 5-ə qədər qurğunu internet ilə təchiz edə bilir. MiFi ətrafında 10 metrə qədər məsafədə yerləşən və Wi-Fi ilə təchiz olunmuş istənilən cihaz (kompüter, notebook, planşet, mobil telefon və s.) bu marşrutizator vasitəsilə internetə qoşula bilər. == Tarixi == MiFi qurğusu ilk dəfə 2009-cu ildə ABŞ-də Novatel Wireless şirkəti tərəfindən təqdim edilmişdir. Hazırda dünyanın bir çox mobil operatorları öz istifadəçilərinə MiFi cihazını və müvafiq xidməti təklif edirlər. Müxtəlif modifikasiyalarda satışda olan bu qurğular istifadədə çox rahatdırlar. == Xüsusiyyətləri == Daxili akkumulyatorla təchiz edilmiş MiFi qurğuları 4 saata qədər aktiv iş rejimində çalışırlar. Qurğunun 5.7Mb/s-ə qədər ötürmə və 7.2Mb/s-ə qədər yükləmə sürəti var. MiFi qurğusunun həmçinin mikro-SD slotu vardır, ki 16 GB-a qədər yaddaş kartı qoşula bilər. Bu da müxtəlif sənədlərin (musiqi, video, şəkil və s.) yaddaşda saxlanmasına imkan verir.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca «dairəvi», «aralıq», ku «dağ» deməkdir (Dairəvi dağ kəndi). == Din == Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Teymur Rüstəmov (1973-1992). Şamil Talıbov (1974-1994).
Mini
Mini, 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Mira
Mira — bu günkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd.18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır.Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır. == Tarixi abidələri == Məbəd, XVI-XVIII əsr Mirik kəndi Qala, Antik dövr Mirik kəndi Sovmə, XVI əsr Mirik kəndi Bulaq (Behbudalı bulağı), XVIII əsr Mirik kəndi Dəyirman, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Qara dam, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Mirik kəndi Körpü, 1970 Mirik kəndi 45 Mağara (Qaranlıq kaha) Mirik kəndi Kurqanlar (Təpələr) Mirik kəndi Kalafalıq (yaşayış yeri), daş dövrü Mirik kəndi Süjet xarakterli oyma Mirik dərəsi Süjetli daş fiqur Mirik dərəsi === Məbəd (XVI-XVIII əsr) === Mirik kəndinin qərb hissəsində (Bozlu kəndi istiqamətində) çılpaq sal daşlar üzərində inşa edilmiş və divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılan Qafqaz Albaniyası dövrünün çox nadir memarlıq nümunələrindən biri olan üçnefli Bazilika hal–hazırda istifadəyə yararlı vəziyyətdə qalmaqdadır.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986 -cı ildən 2001 -ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986 -cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-ci il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. == Tarixi == Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
İri
Aşağı İri (Culfa)
Diri-diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırımla (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
MIDI
MIDI (Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər. Sintezator avadanlıqlarının əsas istehsalçıları tərəfindən MIDI standartından istifadə olunması musiqi sahəsində kompüterlərin böyük uğurunu təmin edib.
MIRV
MIRV (multiple independently targetable reentry vehicle; “müstəqil olaraq hədəflənən çoxlu vasitə”), hər biri fərqli hədəfi vurmağı hədəfləyən bir neçə termonüvə döyüş başlığını əhatə edən ballistik raketdir. Hal-hazırda yalnızca ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsrail və Çinin MIRV döyüş raketlərinə malik olduğu məlumdur.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Mırtı
Mırtı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mırtı Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnooykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1985 nəfər əhali yaşayır.