MİSTERİYA

сущ. мистерия (средневековая драма на библейские темы)
MİSTER
MİSTİFİKASİYA
OBASTAN VİKİ
Misteriya
Mistеriya (latın dilində — ayin, ritual) — din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından biri. Misteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi. XV əsrin ortalarından başlayaraq misteriyaların həcmi get-gedə artırdı. «Apostolların Əməlləri haqda Misteriyada» artıq 60000-dən artıq sətrdən ibarət şeirlərdən ibarət idi. 1536-cı ildə səhnələşdirilmiş olan bu əsər 40 gün ərzində tamaşaçılar tərəfindən seyr edilib. Əksreformasiyanın tüğyan etdiyi vaxtda - XVI əsrin ortaları - misteriyaya qadağa qoyulur. Anderson Magalhães, Le Comédies bibliques di Margherita di Navarra, tra evangelismo e mistero medievale, in La mujer: de los bastidores al proscenio en el teatro del siglo XVI, ed. de I. Romera Pintor y J. L. Sirera, Valencia, Publicacions de la Universitat de València, 2011, pp. 171–201. The Official Lincoln Mystery Plays Website The Official Chester Mystery Plays Website Records of Early English Drama (REED) at Victoria University of the University of Toronto The York Mystery plays 2002 and 2006 York Mystery Plays 2012 Lincoln Mystery Plays A simulator of the progress of the pageants in the York Mystery plays The Lichfield Mysteries The York Cycle as performed in Toronto in 1998 Medieval Imaginations: literature and visual culture in the Middle Ages Tewkesbury's Millennia of Mummers' Heritage kept alive - United Kingdom Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine Mətnlər: The Towneley (Wakefield) Cycle in Middle English.
Elevsin misteriyaları
Elevsin misteriyaları — Attikada (Qədim Yunanıstan) məhsul bayramı; Demetranın və onun qızı Persefonanın şərəfinə keçirilən dini bayramlar. Qədim Misirdə meydana çıxması güman olunur. Afinanın 22 km-liyində Elevsin (Eleusis) adlı yaşayış yerində qədimdən keçirilən sehrbazlıq mərasimləri Elevsin Attika icmaları ittifaqına birləşdirildikdən sonra Ümumafina bayramına çevrilmiş Elevsin misteriyalarının əsasını təşkil edirdi. Elevsin misteriyalarında cinsindən və sosial vəziyyətindən asılı olmayaraq Attikanın bütün sakinləri, o cümlədən, qullar da iştirak edirdilər. Sentyabrın sonu—Oktyabrın əvvəlində keçirilirdi. Bu mövzuda bir sıra əsərlər yazılmışdır: Şiller, "Elevsin bayramı".
Yunan-Roma misteriyaları
Misteriya dinləri, misteriya kultları, müqəddəs misteriyalar və ya sadəcə misteriyalar — Yunan-Roma dünyasında iştirakı inisiasatorlar üçün nəzərdə tutulmuş dini məktəblər. Bu dinin əsas xüsusiyyəti, kənar şəxslərə açıqlanmayan inisiasiya və ritual təcrübə ilə əlaqəli məxfilikdir. Yunan-Roma antik dövrünün ən məşhur sirləri Qədim Yunanıstanda qaranlıq əsrlərdən əvvəl yaranmış Elevsin misteriyaları idi. Misteriya məktəbləri son qədim dövrdə çiçəklənmişdir. IV əsrin ortalarında Mürtəd Yulianın üç fərqli misteriya məktəbinə, xüsusən də mitraistlərə inisiasiya etdiyi məlumdur. Məktəbin gizli xarakterinə görə və son qədim dövrün misteriya dinləri IV əsrdən etibarən xristian Roma imperiyası tərəfindən təqib edildiyi üçün bu dini təcrübələrin təfərrüatları yazılı izahlar, təsvirlər və mədəniyyətlərarası tədqiqatlardan əldə edilir. Alvar, Jaime. Romanising Oriental Gods: Myth, Salvation, and Ethics in the Cults of Cybele, Isis, and Mithras. Translated and edited by Richard Gordon. Brill.

Значение слова в других словарях