MİSTER

сущ. мистер (вежливое обращение к мужчине в Англии, Америке – обычно перед именем, фамилией)
MİSSİYA
MİSTERİYA
OBASTAN VİKİ
Mister Harinecumi
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Nidlmaus
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. == Tarixi == Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Mister Bin (personaj)
Mister Bin (ing. Mr. Bean) — İngiltərə istehsalı sitkom televiziya serialı Mister Bin, animasiya filmi və 2 komediya filmində olan personaj. Roven Atkinson tərəfindən yaradıldı və canlandırıldı. Personaj ilk dəfə televiziyada serialın 1 yanvar 1990-cı ildə yayımlanan "Pilot" bölümündə görünmüşdür.
Mister Bin (teleserial)
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Mister Olimpiya 2014
Mister Olimpiya 2014 — Bodibilding üzrə ən populyar yarışın 50-ci, yübiley müsabiqəsi 20 sentyabr 2014-cü il də, ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirildi.
Mister Olimpiya 1965
Mister Olimpiya 1965 — Bodibildinq üzrə ən populyar yarışın birincisi. Əsası Co Veyder tərəfindən qoyulmuş bu yarış 1965-ci ilin 18 sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu yarışda Mister Kainat yarışının qalibləri iştirak edə bilərdi. 19 yaşlı Harold Pul Larri Skotu məğlub edərək 1963-cü ildə Mr. Kainat turnirində qalib gəlmişdi. Skot növbəti Mr. Kainat, Pul isə Mr. Amerika titulunu qazandı. 1965-ci ilin Mister Kainat yarışının qalibi isə Erl Meynard olmuşdu. Yekunda 26 yaşlı Lari Skot ilk Mister Olimpiya yarışının qalibi oldu.
Mister Olimpiya 1966
Mister Olimpiya 1966 — Bodibildinq üzrə ən populyar yarışın sayca ikincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1966-cı ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarışda "Mister Amerika", "Mister Kainat" və "Mister Dünya" yarışlarının qalibləri və mövcud "Mister Olimpiya" Larri Skot iştirak edirdi. Gərgin keçən mübarizədə Larri Skot hakimlərin uzun sürən müzakirəsi nəticəsində növbəti dəfə qalib elan olundu. Skota 1000 dollar pul mükafatı və ikinci dəfə Yevgeni Sandovun bürünc büstü təqdim olundu. Bununla Larri Skot peşəkar idmandan getdiyi açıqladı. Baxmayaraq ki, yarışa yeni qatılan kubalı Serjio Oliva 4-cü yerə layiq görüldü, ancaq azarkeşlərin və mütəxəssilərin böyük rəğbətini qazanmışdır. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1967
Mister Olimpiya 1967 — Bodibildinq üzrə ən populyar yarışın sayca üçüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1967-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. İki əvvəlki yarışdan fərqli olaraq bu yarışmada idmançılara musiqi ilə çıxış etməyə icazə verilmişdi. El Muto ləqəbli kubalı, Serjio Oliva digər üç iştirakçını geridə qoyaraq yarışın qalibi seçildi. Serjio Oliva bu yarışı qazanan ilk və hələlik yeganə latın amerkalı idmançı oldu. Serjio Olivaya IFBB-nin prezidenti Co Veyder tərəfindən 1000 dollar pul mükafatı və bürünc büst təqdim olundu. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1968
Mister Olimpiya 1968 — Bodibildinq üzrə ən populyar yarışın sayca dördüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1968-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu dəfə ki, yarış Mister Olimpiya tarixində yeganə iştirakşının olması ilə fərqlənir. Yarışda iştirak hüququ olan Harold Pul işində vəzifə yüksəlişinə görə yarışdan imtina etdi. Deyp Dreyper isə Hollivudda kino çəkilişləri səbəbindən yaxşı formada deyildi və yarışdan çəkildi. Çak Sayps isə yarış günü digər bir turnirin, Mister Dünyanın qalibi olmuş və son anda Co Veyderi məsləhəti ilə yarışda iştirak etmədi. Yekunda tək iştirakçı olan Serjio Oliva Mister Olimpiya 1968-in qalibi elan olundu. Bu onun bu yarışdakı sayca ikinc qələbəsi idi. == Nəticələr == == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1969
Mister Olimpiya 1969 — Bodibildinq üzrə ən populyar yarışın sayca beşincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1969-cu ilin 13 sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu dəfəki yarışda iki qat Mister Olimpiyanın qalibi Serjio Olivanın rəqibi heç kimin tanımadığı Arnold Şvartsnegger idi. O zamanın mütəxəssilərin fikrinə görə bu yarışma "bodibildinq tarixinin ən böyük qarşılaşması" idi. Yarış Olivanın qələbəsi ilə yekunlaşdı. Bununlada o bu yarışı ardıcıl 3 dəfə qazanan ilk, eyni zamanda Arnold Şvartseneggerə qalib gəlmiş yeganə idmançı oldu. Arnoldun söylədiklərinə görə o yarışdan sonra özünə söz vermişdir ki, bir daha Serjio Olivaya məğlub olmayacaq və sözünü də tutmuşdur: Növbəti üç qarşılaşmanın hamısında o Serjio Olivaya qalib gəlmişdir. == Nəticələr == == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1970
Mister Olimpiya 1970 — Bodibildinq üzrə ən populyar yarışın sayca altıncısı. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1970-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. == Nəticələr == Bu dəfə ki, yarışmada artıq 23 yaşlı avstriyalı Arnold Şvartsenegger üç qat Mister Olimiyanın qalibi Serjio Olivia üçün ciddi rəqib idi. Gərgin keçən yarışmada hakimlər yekun qərar verməkdə çətinlik çəkirdi. Sonda Arnold Serjioyaya dönərək dedi: — «Serjio biz ikimiz də yorulmuşuq, artıq bəsdir». Serjio onunla razılaşdı və əlini yelləyərək səhnəni tərk etdi. Arnold isə özünü qalib kimi göstərərək səhnədə dayandı. Bu durum hakimlərə yekun qərar çıxarmaq üçün bir növ əsas verdi ki qələbəni Arnold Şvartseneggerə versinlər. Arnold Şvartsneggerin bu yarışdakı ilk qələbəsi idi və o ardıcıl beş Mr. Olimpiyanı (1971-1975), daha sonra 1980-cı ildə yeddinci Mr.
Mister Olimpiya 1971
Mister Olimpiya 1971 — Bodibildinq üzrə ən populyar yarışın sayca yeddincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1971-ci ilin 25 sentyabrında, ilk dəfə ABŞ-dan kənarda Fransada, Paris şəhərində keçirilmişdir. == Nəticələr == Bu ilki yarış bütün bodibildinq həvəskarlarını təəssüfləndirdi və ən maraqsız yarışlardan biri oldu. Buna səbəb yarışda iştirak edəcək dörd iştirakçıdan üçünün diskvalifasiya olunması oldu. Səbəb isə Arnoldun ən güclü rəqibi Serjio Olivanın, eləcə də Franko Kolombo və Roy Kalendarın qeyri-rəsmi federasiya olan NABBA-nın keçirdiyi "Mister Kainat və eyni gündə İFBB-nin keçirdiyi "Mister Kainat" yarışlarında iştirak etmələri oldu. Bu hal bodibildinq tarixində bir ilk idi. İFBB bodibildinqin 1976-cı ildə keçiriləcək 1976 Yay Olimpiya Oyunlarına salınmasını əldə etmək üçün bu qaydanı tədbiq etmişdir. Bu Arnold Şvartseneggerinin Mister Olimpiyadada sayca ikinci qələbəsi idi. Baxmayaraq ki, Arnold bu qələbəni çox asanlıqla əldə etdi, ancaq bütün mütəxəssislərin fikirinə görə Arnold əslində özünün ən yaxşı formasında idi. Yarışdan sonra Franko Kolomboya və Serjio Olivaya səhnəyə çıxaraq özlərini nümayiş etdirməyə icazə verilmişdir.
Mister Olimpiya 1972
Mister Olimpiya 1972 — Bodibildinq üzrə ən populyar yarışın sayca səkkizincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1972-ci ilin oktyabrında, Almaniyanın Essen şəhərində keçirilmişdir. == Nəticələr == Bu dəfəki yarış iştirakçı sayının çoxluğuna və gərgin keçən mübarizəyə görə əvvəlki yarışlardan fərqlənirdi. Əsas rəqabət yenə də Arnold Şvartseneggerlə Serjio Oliva arasında baş tutdu. Yekun olaraq Arnold Şvartsenegger yeddi hakimdən dördünün səsini qazanmaqla üçüncü dəfə Mister Olimpiya tituluna layiq görüldü. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Bin (teleserial, 1990)
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Mister Bin səyahətdə (film, 2007)
Mister Bin səyahətdə (ing. Mr. Bean's Holiday) — 2007-ci ildə çəkilmiş ingilis komediya filmi.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. == Mövzusu == Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq … Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.
Mister Popperin Pinqvinləri (film, 2011)
Mister Popperin Pinqvinləri (ing. Mr. Popper's Penguins) — 2011-ci il ABŞ istehsalı komediya filmi. == Məzmun == Mister Popperin oğlu Tom Popperə hediyyə olaraq göndərilən pinqvinlər Tom Popperə çətin anlar yaşadır. == Rollarda == Cim Kerri — Tom Popper Karla Qucino — Almanda Ofeliya Lovibond — Pippi Medlin Kerrol — Ceni Popper Ancela Lensberi — Mrs. Van Gundy Dominic Chianese — Mister Rider Ceyms Tapper — Rik Filip Beyker Holl — Frenklin == Xarici keçidlər == popperspenguins.com — Mister Popperin pinqvinlərinin rəsmi saytı Mister Popperin Pinqvinləri — Internet Movie Database saytında.
Mister Olimpiya 1973
Mister Olimpiya 1973 — Bodibildinq üzrə ən populyar yarışın sayca doqquzuncusu. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1973-cü ilin sentyabrında, iki illik fasilədən sonra yenidən ABŞ-ın Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. == Nəticələr == Bu dəfəki yarışın mükafat fondu digərlərindən müqayisədə yetərincə aşağı idi. Yarışda iştirakı gözlənilən Serjio Oliva son anda yarışa buraxılmadı. Buna səbəb onun WBBG Mr. Galaxy 1972 yarışmasında iştirak etməsi oldu. Arnold Şvartsenegger ardıcıl dördüncü dəfə qalib gəlməklə Serjio Olivanı (3) titul sayına görə qabaqladı. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1974
Mister Olimpiya 1974 — Bodibildinq üzrə ən populyar yarışın sayca onuncusu. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1974-cü ilin 12 oktyabrında, ABŞ-ın Nyu-York şəhərində, Medison-Skver-Garden teatrının binasında keçirilmişdir. == Nəticələr == Bu yarışda ilk dəfə olaraq iki çəki kateqoriyası tətbiq olundu və bu qayda 1979-cu ilə kimi davam etdi: 200 funta qədər və 200 funtda yuxarı. 200 funta qədər olan kateqoriyada Franko Kolumbu, 200 funtdan yuxarı çəki dərəcəsində isə Arnold Şvartsenegger qalib gəldi. Mütləq çempion isə yenə də Arnold Şvartsenegger oldu. Bu onun artıq beşinci çempionluğu idi. === 200 funta (90,7 kq) qədər === === 200 funtdan (90,7 kq) yuxarı === Serj Nyubre 3-cü yerə layiq görülsə də, yarışda iştirak etməyib. === Mütləq çempion === == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1975
Mister Olimpiya 1975 — Bodibildinq üzrə ən populyar yarışın sayca onbirincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1975-ci ilin 8 noyabrında, CAR-ın Pretoriya şəhərində keçirilmişdir. Bu yarışmada 1977-ci ildə ekranlara çıxmış "Pumping Iron" sənədli filminin çəkilişləri aparılmışdır. Sənədli filimdə Arnold Şvartseneggerlə Lu Ferrino arasındakı yarış öncəsi və yarış zamanı olan rəqabət lentə alınmışdır. == Nəticələr == Ümumi mükafat fondu 2500 dollar idi. === 200 funta (90,7 kq) qədər === === 200 funtdan (90,7 kq) yuxarı === === Mütləq çempion === Mütləq çempionu seçmək üçün 7 hakimdən dördü Arnold Şvartseneggerə, üçü isə Franko Kolumbuya səs verdi. Bununla da Arnold Şvartsenegger 6-cı dədə Mister Olimpiya tituluna sahib oldu. O yarışın sonunda peşəkar idmandan getdiyini açıqladı. Baxmayarq ki, 1980-cı ildə yenidən yarışmalara qatılmış və 7-ci dəfə Mister Olimpiya titulunu qazanmışdır. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1976
Mister Olimpiya 1976 — Bodibildinq üzrə ən populyar yarışın sayca onikincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1976-cı ilin sentyabrında, ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində keçirilmişdir. == Nəticələr == Ümumi mükafat fondu 5000 dollar idi. === 200 funta (90,7 kq) qədər === === 200 funtdan (90,7 kq) yuxarı === === Mütləq çempion === Mütləq çempion sonda Franko Kolumbu oldu. Bu onun ilk Mister Olimpiya çempionluğu idi. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1977
Mister Olimpiya 1977 — Bodibildinq üzrə ən populyar yarışın sayca onüçüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1977-ci ilin sentyabrında, ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində keçirilmişdir. == Nəticələr == Ümumi mükafat fondu 13 000 dollar olan bu ilki yarışmaya Mister Olimpiya 1976-nın qalibi Franko Kolumbu dizində olan ciddi zədə üzündən qatıla bilmədi. Yarışın mütləq çemionu Frank Zeyn oldu. === 200 funta (90,7 kq) qədər === === 200 funtdan (90,7 kq) yuxarı === === Mütləq çempion === Bu Frank Zeynin ilk Mister Olimpiya çempionluğu idi. Buna qədər o 1972-ci ildə dördüncü, 1974-cü ildə ikinci, 1975-ci ildə dördüncü, 1976-cı ildə isə ikinci yerə layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1978
Mister Olimpiya 1978 — Bodibildinq üzrə ən populyar yarışın sayca ondördüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1978-ci ilin sentyabrında, ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilmişdir. == Nəticələr == Yarışın ümumi mükafat fondu 26 000 dollar idi. Frank Zeyn ikinci dəfə bu titula sahib oldu. === 200 funta (90,7 kq) qədər === === 200 funtdan (90,7 kq) yuxarı === === Mütləq çempion === == İstinadlar == == Xarici keçidlər == Mr.
Mister Olimpiya 1979
Mister Olimpiya 1979 — Bodibildinq üzrə ən populyar yarışın sayca ondördüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1979-cu ilin 6 oktyabrında, ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilmişdir. == Nəticələr == Yarışın ümumi mükafat fondu 50 000 dollar idi. Frank Zeyn ardıcıl olaraq üçüncü dəfə bu titula sahib oldu. === 200 funta (90,7 kq) qədər === === 200 funtdan (90,7 kq) yuxarı === === Mütləq çempion === == İstinadlar == == Xarici keçidlər == Mr.
Elevsin misteriyaları
Elevsin misteriyaları — Attikada (Qədim Yunanıstan) məhsul bayramı; Demetranın və onun qızı Persefonanın şərəfinə keçirilən dini bayramlar. Qədim Misirdə meydana çıxması güman olunur. Afinanın 22 km-liyində Elevsin (Eleusis) adlı yaşayış yerində qədimdən keçirilən sehrbazlıq mərasimləri Elevsin Attika icmaları ittifaqına birləşdirildikdən sonra Ümumafina bayramına çevrilmiş Elevsin misteriyalarının əsasını təşkil edirdi. Elevsin misteriyalarında cinsindən və sosial vəziyyətindən asılı olmayaraq Attikanın bütün sakinləri, o cümlədən, qullar da iştirak edirdilər. Sentyabrın sonu—Oktyabrın əvvəlində keçirilirdi. Bu mövzuda bir sıra əsərlər yazılmışdır: Şiller, "Elevsin bayramı".
Mister Rossi xoşbəxtlik axtarır (film, 1976)
Mr.Rossi xoşbəxtlik axtarır (it. Il signor Rossi cerca la felicità) — 1976-cı il istehsalı italyan bədii filmi. Rejissoru Bruno Bozzettodur. Film Mr.Rossi haqqında ilk bədii filmdir. == Rollarda == Karlo Romano — Mr. Rossi QianfranKo Mauri — Herold Grazia Pivetti — Pəri Sikuri Karlo Bonomi — bütün obrazlar == Yayılma == Film çıxdıqdan sonra bütün Avropada yayılmışdır. Onun ən böyük uğuru isə filmin 1976-cı ildə Qərbi Almaniya və 1983-cü ildə İspaniyada yayımlanması olmuşdur.
Misterio
Misterio (ing. Mysterio) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında peyda olmuşdur. Misterio adını daşıyan bir neçə şəxs olmuşdur. Bunlardan ən çox tanınanı və ilk Misterio olmuş Kventin Bekdir (ing. Quentin Beck). Misterio Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Misterio bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2009-cu ildə IGN Misterionu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 85-ci yerdə göstərmişdir. == Nəşrolunma tarixi == Orijinal Misterio (Kventin Bek) Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında (iyun 1964) görünmüşdür.
Misteriya
Mistеriya (latın dilində — ayin, ritual) — din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından biri. Misteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi. XV əsrin ortalarından başlayaraq misteriyaların həcmi get-gedə artırdı. «Apostolların Əməlləri haqda Misteriyada» artıq 60000-dən artıq sətrdən ibarət şeirlərdən ibarət idi. 1536-cı ildə səhnələşdirilmiş olan bu əsər 40 gün ərzində tamaşaçılar tərəfindən seyr edilib. Əksreformasiyanın tüğyan etdiyi vaxtda - XVI əsrin ortaları - misteriyaya qadağa qoyulur. == İstinadlar == == Əlavə ədəbiyyat == Anderson Magalhães, Le Comédies bibliques di Margherita di Navarra, tra evangelismo e mistero medievale, in La mujer: de los bastidores al proscenio en el teatro del siglo XVI, ed. de I. Romera Pintor y J. L. Sirera, Valencia, Publicacions de la Universitat de València, 2011, pp. 171–201. == Xarici keçidlər == The Official Lincoln Mystery Plays Website The Official Chester Mystery Plays Website Records of Early English Drama (REED) at Victoria University of the University of Toronto The York Mystery plays 2002 and 2006 York Mystery Plays 2012 Lincoln Mystery Plays A simulator of the progress of the pageants in the York Mystery plays The Lichfield Mysteries The York Cycle as performed in Toronto in 1998 Medieval Imaginations: literature and visual culture in the Middle Ages Tewkesbury's Millennia of Mummers' Heritage kept alive - United Kingdom Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine Mətnlər: The Towneley (Wakefield) Cycle in Middle English.
Yunan-Roma misteriyaları
Misteriya dinləri, misteriya kultları, müqəddəs misteriyalar və ya sadəcə misteriyalar — Yunan-Roma dünyasında iştirakı inisiasatorlar üçün nəzərdə tutulmuş dini məktəblər. Bu dinin əsas xüsusiyyəti, kənar şəxslərə açıqlanmayan inisiasiya və ritual təcrübə ilə əlaqəli məxfilikdir. Yunan-Roma antik dövrünün ən məşhur sirləri Qədim Yunanıstanda qaranlıq əsrlərdən əvvəl yaranmış Elevsin misteriyaları idi. Misteriya məktəbləri son qədim dövrdə çiçəklənmişdir. IV əsrin ortalarında Mürtəd Yulianın üç fərqli misteriya məktəbinə, xüsusən də mitraistlərə inisiasiya etdiyi məlumdur. Məktəbin gizli xarakterinə görə və son qədim dövrün misteriya dinləri IV əsrdən etibarən xristian Roma imperiyası tərəfindən təqib edildiyi üçün bu dini təcrübələrin təfərrüatları yazılı izahlar, təsvirlər və mədəniyyətlərarası tədqiqatlardan əldə edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alvar, Jaime. Romanising Oriental Gods: Myth, Salvation, and Ethics in the Cults of Cybele, Isis, and Mithras. Translated and edited by Richard Gordon. Brill.
Mister və missis Smit (serial)
Mister və missis Smit (ing. Mr. & Mrs. Smith) — Françeska Sloan və Donald Qlover tərəfindən yaradılmış cəsus serialı. Baş rollarda Donald Qlover və Maya Erskin çıxış edir. Serial 2 fevral 2024-cü ildə Amazon Prime Video-da yayımlanıb. 2005-ci ildə çəkilmiş eyniadlı filmin elementlərini daşıyır. == İstinadlar == == Xarici keçidlər == Mr. & Mrs. Smith — Internet Movie Database saytında.
Mister və missis Smit (film)
Mister və missis Smit (ing. Mr. & Mrs. Smith) — Daq Laymanın rejissorluğu ilə 2005-ci ildə çəkilmiş ABŞ istehsalı döyüş-komediya filmi. Film Bred Pitt və Ancelina Colinin canlandırdığı evli cütlükdən bəhs edir. Onlar kənardan adi cütlük kimi görünürlər, amma əslində hər ikisi fərqli təşkilatlar üçün işləyən muzdlu qatillərdirlər. Çoxlu tamaşaçı toplayan və xeyli gəlir gətirən çox uğurlu film olmaqla yanaşı, "Mister və missis Smit" filmi Bred Pitt və Ancelina Colinin şəxsi münasibətlərinin inkişafında da rol oynamışdır. == İstinadlar == == Xarici keçidlər == Mister və missis Smit — Internet Movie Database saytında. Mister və missis Smit Amerika Film İnstitut kataloqunda Mister və missis Smit Metacritic-də Mister və missis Smit Box Office Mojo-da Mister və missis Smit (film) Rotten Tomatoes saytında (ing.) Mr. & Mrs.

Значение слова в других словарях