Miçiqanın Yuxarı yarımadası
Miçiqanın yarımadası (ing. Upper Peninsula of Michigan, U.P. [ˈmɪʃɨɡən]) — Miçiqan ştatının şimalında, Miçiqan gölü və Huron gölü ilə əhatələnir. Yarımadanın şərqində iki gölü Makinak boğazı birləşdirir.
Miçiqanın Yuxarı yarımadası ştat ərazisinin ¼ hissəsini təşkil etsə də, ümumi əhalisinin 3 % təşkil edir. Əhalinin azlığına səbəb iqliminin sərt olması və qışda dünya ilə əlaqəsinin kəsilməsi ilə əlaqədardır.
Əsas məşğuliyyat — meşəçilik, faydalı qazıntıların çıxarılması (dəmir, kömür) və turizm.
Yarımadanın əlçatmazlığı təbiət həvaskarlarını özünə cəlb edir. Burada Ayl-Royal milli parkı vardır. Yarımadanın müəyyən yerlərində Balıq ovu, ovçuluq həyata keçirilir. Qışda isə turistləri dağ xizəyi və itlərlə qarüzərində xizək sürmə kimi daha çox cəlb edir.