MİÇƏTKƏN
MİF
OBASTAN VİKİ
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Kiçik miçman
Kiçik miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçman kimi rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Elvin Səfərov (miçman)
Elvin Ramiz oğlu Səfərov (10 dekabr 1989, Soru, Lerik rayonu – 31 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı miçmanı, dəniz pişiyi, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elvin Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub. 1996–2007-ci llərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elvin Səfərov 2008–2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xüsusi təyinatlıların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qısa müddət ərzində Xüsusi təyinatlıların kurslarını yüksək qiymətlərlə bitirmişdir. "Aprel" döyüşlərinin iştirakçısı olmuşdur. Türkiyədə, Belarusda, Qazaxıstanda, Yunanıstanda və s. ölkələrdə kurslar keçmiş, hərbi təlim və yarışlarda "SNAYPER" üzrə ölkəmizi təmsil etmiş, dəfələrlə yüksək nəticələr qazanmışdır. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk olaraq Tərtərin Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərə qatılmış, çox aktiv iştirak edərək düşmənin canlı və cansız hədəflərinin məhv edilməsində qəhrəmanlıq göstərmişdir. Verilən tapşırıq əsasında miçman Elvin Səfərov Talış kəndin, Hadrutun, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmışdır.
Vüsal Məmmədov (miçman)

Значение слова в других словарях