morfostruktur

morfostruktur
morfosintaksis
morfotektonik
OBASTAN VİKİ
Morfostruktur
Morfostruktur- Əmələ gəlməsində əsas etibarilə endogen qüvvələrin rol oynadığı materiklərin və okean dibinin böyük relyef forması. Məsələn; sualtı sıra dağlar, okean çökəklikləri və s.
Həlqəvi morfostruktur
Həlqəvi morfostruktur (rus. морфоструктура кольцевая, ing. ring morphostructure) — relyefin morfogenetik tipləri və struktur elementlərinin qanunauyğun konsentrik birliyi olub, qədim vulkanik-plutonik həlqəvi strukturların seçmə denudasiyanın və neotektonik hərəkətlərin təzahür xüsusiyyətləri ilə əlaqədar olaraq formalaşır.
Morfostrukturlar
Nano morfostrukturlar
Nanomorfostrukturlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) — geoloji strukturların ən xırda elementlərinə uyğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Vulkan morfostrukturları
Vulkan morfostrukturları (rus. вулканические морфоструктуры, ing. volcanic mor-phostructures) — endogen proseslər nəticəsində əmələ gəlib, morfoloji quruluşunda vulkan məhsulları dəqiq təzahür olunan yer səthinin nisbətən iri formaları. V. m. mənşəyinə görə intruziv, effuziv və ekstruziv tiplərə bölünür.

Значение слова в других словарях