Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kloi Moriondo
Kloi Moriondo (ing. Chloe Moriondo; 29 sentyabr 2002, Detroyt, Miçiqan) — amerikalı müğənni-mahnı yazarı və YouTuber. O, indi-pop, bedrum pop və hiperpop üslublu mahnıları ilə tanınır. Kloinin 2014-cü ilin yanvarında açdığı YouTube kanalı hal-hazırda 3 milyondan çox abunəçiyə və 200 milyondan çox baxışa sahibdir. == Həyatı == Kloi Moriondo Miçiqan ştatının Detroyt şəhərində doğulub-böyüyüb. == Karyerası == Kloi "Rabbit Hearted" adlı ilk studiya albomunu 31 iyul 2018-ci ildə yayımlayıb. O, ilk mini-albomu "Spirit Orb"u isə 24 aprel 2020-ci ildə çıxarıb. Kloi 2020-ci ilin may ayında Fueled by Ramen ilə müqavilə bağlamış və "I Want to Be with You" mahnısını buraxmışdır. O, ikinci studiya albomu "Blood Bunny"ni "I Want to Be with You" və "Girl on TV" sinqlları ilə bərabər buraxıb. Kloi 2021-ci ildə "Jimmy Kimmel Live"da "Blood Bunny" albomundan "Bodybag" mahnısını canlı olaraq ifa edib.
Mormon
Mormonlar (ing. Mormons, tək halda mormon — Mormon) — Mormonizmə inanan etnodini qrup. == Tarixi == XIX əsrin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə tepkilər yaratmış bir xristian məzhəbinə "mormon", bu məzhəbdən kimsələrə də "mormonlar" adı verilir. Məzhəbin əsl adı "Son Gün Əzizləri Kilsəsi"dir. "Son Gün Əzizləri Kilsəsi", rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettede Cozef Smit (1805–1844) adında biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə 14 yaşındaykən vəhy gəlib "Mormon kitabı" üçün təsirlənən Cozef Smit bu kilsəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülərdilər. Quruluşu izləyən dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smit və onun ardından gedənlər Smitin "Vəd edilmiş torpaqlar" saplantısına uyaraq Qərb yoluna düşdüler. Bunlardan bəziləri Ohayo, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər.
506 Marion
506 Marion (ing. Marion) — qaranlıq spektral C sinfinə aid olan əsas qurşağın kifayət qədər böyük asteroidi. 18 yanvar 1903-cü ildə Heydelberq rəsədxanasında amerika astronomu Raymond Duqan tərəfindən kəşf edildi və kəşfçinin əmisi oğlunun şərəfinə adlandırıldı.
Ledi Marion
Ledi Marion ya da Marian, Maid Marian (Bakirə Marian) kimi də tanınır. Robin Qudun sevgilisi olan əsilzadə xanımdır. Bəzi şeirlərdə çoban olaraq xatırlanır. Kral Riçardın qayıtmasından sonra Robinlə evlənmişdir. Köhnə hekayələrdə Klorinda kimi də xatırlanır.
Levi Morton
Levi Parsons Morton (ing. Levi Parsons Morton, 16 may 1824 – 16 may 1920) — Amerika Birləşmiş ştatlarının (1889-1893) 22-ci vitse-prezidenti olmuşdur. O, daha sonra New Yorkun 31-ci qubernatoru seçilmişdir. == İstinadlar == == Mənbə == National Contest, Containing Portraits and Biographies of Our National Favorites, Darling Bros. & Co., Detroit, Michigan, 1888.
Marion Kotiyar
Marion Koliyyar (fr. Marion Cotillard; 30 sentyabr 1975[…], Paris) — fransız teatr, televiziya və kino aktrisası. == Həyatı == === Uşaqlığı === Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır. Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur.
Marion Kraxt
Marion Kraxt (5 dekabr 1962, Münxen) — alman aktrisa.
Morison dağçətiri
Morison dağçətiri (lat. Peucedanum morisonii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Patrişa Morison
Patricia Morison amerikalı mezzo-soprano ifaçı, aktrisa, artist.
Piter Morton
Piter Morton (7 avqust 1947, Çikaqo, İllinoys) — amerikalı iş adamı. O, İsaak Tiqrett ilə birlikdə Hard Rock Cafe-nin həmtəsisçisidir. Piter Morton Morton Steakhouse-un banisi Arni Mortonun oğludur. Onun atası yəhudi əsilli idi. O, 1969-cu ildə Denverskiy Universitetdən məzun olub. Onun əkiz bacısı Pem Mortondur. Ögey qardaşı Maykl Morton isə restoran sahibi və biznesmendir. O, Fi Siqma Delta Cəmiyyətinin üzvüdür. Mortonun ilk Hard Rock Cafesi Londonda Hyde Park Corner-ın yaxınlığında açıldı. 1982-ci ildə Morton və onun ortağı İsaak Tiqrett müxtəlif şəhərlərdə kafelərini inkişaf etdirməyə razı olduqları zaman qlobal inkişaf başladı.
Skot Morison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi. 2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu.
Morison International
Morison International (MI) (MI, Morison İnternaşln kimi tələffüz olunur) — dünya üzrə audit, mühasibat, qiymətləndirmə, hüquq və konsaltinq şirkətlərini özündə birləşdirən beynəlxalq assosiasiya. Morison International şirkətləri qlobal assosiasiyada birləşdirir. Hər bir şirkət müstəqil hüquqi şəxs olaraq qalır, lakin onların hamısı assosiasiya tərəfindən qəbul edilmiş keyfiyyət standartlarına və iş qaydalarına uyğundur. Dövri nəzarət tədbirləri vasitəsilə Mİ-nin mərkəzi ofisi tərəfindən işin keyfiyyəti yoxlanılır. Morison Beynəlxalq Assosiasiyası üçün şirkətlərin seçimi Böyük Britaniyada MI rəhbərliyi tərəfindən müəyyən edilmiş standartlarla tənzimlənir. Morison International-a daxil olan şirkətlər uzun tarixə malikdir və zamanla sınaqdan keçirilmiş işgüzar nüfuza malik olmalıdırlar. Xüsusilə, onlardan biri — MacIntyre Hudson (Böyük Britaniya) 1880-ci ildə açılıb və 130 ildən artıqdır ki, müştərilərin etimadını qazanıb. Hazırda assosiasiya 60 ölkədə 90 müstəqil şirkəti birləşdirir. Morison International 209 ofisi, 633 partnyoru və dünya üzrə 5237-dən çox əməkdaşı ilə beş qitədə fəaliyyət göstərir. Londondakı qərargahından əlavə Morison International-ın 4 regional bölməsi var: Morison Beynəlxalq Avropa və Şimali Amerika; Morison Beynəlxalq Latın Amerikası; Morison Beynəlxalq Asiya və Sakit Okean; Morison Beynəlxalq Afrika.
Morton nevroması
Morton nevroması – xoşxassəli şişdir, dabanaltı barmaqarası sinirin ayaqdarağı köndələn bağ ilə sıxılması nəticəsində sinirin ətrafında fibroz toxuma inkişaf edir. III və IV və ya II və III ayaqdarağı sümüklərinin başları arasında ağrı yaranır. Ən çox qadınlarda dar ayaqqabı və ya yüksək dabanlı ayaqqabı geyməklə bağlıdır.
Anacamptis morio
Anacamptis morio (lat. Anacamptis morio) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Herorchis morio (L.) D.Tyteca & E.Klein Orchis morio L. Orchis morio var. genuina Cout.
Morin Tiqrett
Morin Tiqrett (ing. Maureen Tigrett), birinci nikahdan Starki (ing. Starkey), doğularkən Meri Koks (ing. Mary Cox); 4 avqust 1946, Liverpul, Böyük Britaniya — 30 dekabr 1994, Vaşinqton, ABŞ) — "The Beatles" qrupunun barabançısı Rinqo Starın keçmiş həyat yoldaşı və onun üç uşağının anası. Merki Koks 4 avqust 1946-cı ildə, Liverpulda, (İngiltərə, Böyük Britaniya) Cozef Koks və Florens Koksun (qız soyadı Barrett (ing. Barrett) ailəsində doğulub. Ailədə yeganə uşaq olub. 14 yaşı olarkən kilsə-məktəbi tərk edərək öz adını Meridən Morinə dəyişib və özünün doğma şəhəri Liverpulda saç ustası və manikürçü kimi işləməyə başlayıb.. Koks, 15 yaşında olarkən mütəmadi olaraq “Cavern Club”a getdiyini və ora daxil olmaq üçün "The Beatles" fanatları arasındakı rəqabəti və uzun müddətli növbələri xatırlayırdı: "Mən heç vaxt açılışa iki yaxud üç saat qalmış növbədə dayanmazdım, çünki bu məni qorxudurdu. Nə zaman ki qapılar açılırdı qızlar arasında dava düşürdü." Bir dəfə Morin mərc etdiyi üçün Pol Makkartnini öpmüşdü, ancaq onun Rinqo Stardan xoşu gəlirdi.
Morin Uoroblevitz
Morin Uoroblevitz (alm. Maureen Wroblewitz‎; d. 22 iyun 1998, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Filippin-alman əsilli moda modeli. 2017-ci ildə "Asia's Next Top Model" müsabiqəsində Filippini təmsil edərək qalib gəlmişdir. 22 iyun 1998-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı olan Ər-Riyad şəhərində anadan olmuşdur. Atası alman, anası isə filippinlidir. Ailədə 4 bacıdan üçüncüsüdür. Ər-Riyadda 12 il yaşamışdır. Anasının vəfatından bir il sonra Almaniyaya köçmüşlər. 15 yaşında ikən onun "Instagram"da yerləşdirdiyi şəkillər bir moda agenti tərəfindən marağa səbəb olmuş və bundan sonra model kimi karyerasını davam etdirmək üçün 2016-cı ilin sentyabrında Filippinə köçmüşdür.
Morin Vrublevits
Morin Uoroblevitz (alm. Maureen Wroblewitz‎; d. 22 iyun 1998, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Filippin-alman əsilli moda modeli. 2017-ci ildə "Asia's Next Top Model" müsabiqəsində Filippini təmsil edərək qalib gəlmişdir. 22 iyun 1998-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı olan Ər-Riyad şəhərində anadan olmuşdur. Atası alman, anası isə filippinlidir. Ailədə 4 bacıdan üçüncüsüdür. Ər-Riyadda 12 il yaşamışdır. Anasının vəfatından bir il sonra Almaniyaya köçmüşlər. 15 yaşında ikən onun "Instagram"da yerləşdirdiyi şəkillər bir moda agenti tərəfindən marağa səbəb olmuş və bundan sonra model kimi karyerasını davam etdirmək üçün 2016-cı ilin sentyabrında Filippinə köçmüşdür.
Orchis morio
Anacamptis morio (lat. Anacamptis morio) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. Herorchis morio (L.) D.Tyteca & E.Klein Orchis morio L. Orchis morio var. genuina Cout.
Orion (bürc)
Orion Hayk(lat. Orion) — ekvatorial bürc. Ovçu olaraqda adı bilinir. Ən parlaq ulduzu 2.2 vizual ulduz ölçülüdür. Bütün ölkələrdən görünür. Tez-tez "Ovçu" olaraq adlandırılan Orion, göy ekvatorunda yerləşən və bütün dünyada görünən görkəmli bir bürcdür. Gecə səmasında ən böyük, ən dəbdəbəli və ən tanınan bürclərdən biridir. Adı Yunan mifologiyasında bir ovçu olan Orion'a aiddir. Orion şimal-qərbdən Toros, cənub-qərbdən Eridanus, cənubdan Lepus, şərqdən Monoceros və şimal-şərqdən Əkizlər ilə həmsərhəddir. 594 kvadrat dərəcəni əhatə edən Orion, ölçüsü 88 bürcdən iyirmi altıncı yeri tutur.
Herorchis morio
Anacamptis morio (lat. Anacamptis morio) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Herorchis morio (L.) D.Tyteca & E.Klein Orchis morio L. Orchis morio var. genuina Cout.
Elodie Marion Rafazi
Morlon-le-O
Morlon-le-O (fr. Morlhon-le-Haut, oks. Morlhon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-Ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12159. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 553 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 334 nəfər (15-64 yaş) arasında 258 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 69.8%).
Uilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Vilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Çarlz Morton (pedaqoq)
Çarlz Morton (ing. Charles Morton; 1626 – 11 aprel 1698, Çarlztaun[d]) — Britaniya qeyri-konformist naziri və erkən müxalif akademiyanın qurucusu. O, daha sonra həyatda Yeni İngiltərədə Harvard Kolleci ilə əlaqəli olmuşdur. Morton İngiltərədə güclü puritan təsirləri ilə böyümüş və Oksfordda oxumuşdur. İngiltərə inqilabı nəticəsində mütərəqqi təhsili təşviq etdiyinə görə həbs edilmiş və Massaçusets Körfəzi Koloniyasında immiqrasiya etmişdir, lakin tezliklə Bostonda fitnəyə görə həbs olunmuş və sonra bəraət almışdır. Onun Harvardda xalq dili tədrisi sistemi Con Uollis, Robert Huk, Robert Boyl və hətta Rene Dekartın təsirləri ilə əsasən sxolastik və aristotelçi idi. Onun əsərlərində astrologiya və kimyagərlik mövzuları var və onun cadugərliyə marağı olduğu bilinirdi. Nəticədə, "Compendium Physicae" əsəri yarımelmi hesab olunur və əsərdə Qalileo, Torriçelli və cazibə qüvvəsinə istinadlar olsa da, onun qədim və orta əsr aristotelçi yanaşması sonda Nyuton mexanikası ilə əvəz olunmuşdur.
Embrion
Embrion — çoxhüceyrəli bir orqanizmin inkişafının başlanğıc mərhələsidir. Ümumiyyətlə, cinsi olaraq çoxalan orqanizmlərdə embrional inkişaf döllənmədən dərhal sonra başlayan və toxuma və orqanlar kimi bədən quruluşlarının meydana gəlməsi ilə davam edən həyat dövrünün bir hissəsidir. Hər bir embrion, ziqot kimi inkişafına, hüceyrələrin birləşməsindən (yəni bir dişi yumurtanın erkək sperma ilə mayalanmasından) əmələ gələn ayrı bir hüceyrə kimi başlayır. Embrional inkişafın ilk mərhələlərində, tək hüceyrəli bir ziqot, hüceyrələrin dolaşığına bənzəyən bir blastula meydana gətirmək üçün parçalanma adlanan bir çox sürətli hüceyrə bölgüsünə məruz qalır. Sonra blastula mərhələsindəki embrion hüceyrələri qastrulyasiya adlanan bir müddətdə özlərini təbəqələrə düzəltməyə başlayırlar. Bu təbəqələrin hər biri inkişaf edən çoxhüceyrəli orqanizmin sinir sistemi, birləşdirici toxuma və orqanlar kimi fərqli hissələrini meydana gətirir. == Etimologiya == İlk dəfə 14-cü əsrin ortalarında ingilis dilində təsdiqlənmiş "embrion" sözü orta əsrlərdə latınca "embrion"dan, özü isə yunan dilindən embμβρυον (embrion) gəlir. Hərifi mənası gənc deməkdir. Yunan termininin latınlaşdırılmış düzgün forması embriondur. == İnkişaf == === Heyvan embrionları === Heyvanlarda mayalanma, hüceyrələrin birləşməsindən (məsələn, yumurta və sperma) əmələ gələn yeganə hüceyrə olan ziqotun yaradılması ilə embrional inkişaf prosesi ilə başlayır.
Horizon
Horizon — The Carpenters albomu.
Meqion
Megion — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Merlion
Merlion (ing. Merlion, çin. 魚尾獅, malay Singa-Laut) — Sinqapurun simvolu, mifik varlıq. Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir"). Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.
Monson
Monson İspaniyada şəhər. Əhalisi 17 115 nəfər (2010).
Morbian
Morbian (fr. Morbihan, bret. Mor-Bihan) — Fransanın qərbində, Bretan regionun departamenttlərindən biri. Sıra nömrəsi — 56. İnzibati mərkəzi — Van. Əhalisi — 744.663 nəfər (departamentlər arasında 32-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6823 km². Departament Biskay körfəzinin suları ilə yuyulur, o cümlədən Kiberon körfəzi , onun ərazisində bu körfəzdə bir neçə ada daxildir: Bel-İl Qrua Ua Oedik Morbian — 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Bretan əyalətinin ərazisində yerləşir. Adı Morbian körfəzindən gəlir (breton dilindən tərcümədə "kiçik dəniz" deməkdir).
Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Morfin
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur. Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur.
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Marino
Marino — soyad. Cambattista Marino — İtalyan şair. Valentina Marino — İtaliyanı təmsil edən bədii gimnast. Marino Anelli — İtalyan anarxist, mühacir.
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Moliona
Moliona (q.yun. Μολιόνη) —qədim yunan mifologiyasında personaj. Aktorun həyat yoldaşıdır. O, Poseydondan Kteat və Evrit adlı əkizləri dünyaya gətirmişdir. Oğullarının Herakl tərəfindən öldürülməsindən sonra o, argivlilərdən, sonra korinflilərdən razılıq tələb etmişdir.
Morqot
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar. Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu.
Qordion
Qordion (yun. Γορδιον) — Frigiyanın paytaxtı. Kiçik Asiya şəhərlərindən biri də Frigiyanın paytaxtı olmuş Qordi şəhəri idi. Yerli əfsanəvi hökmdarlardan birinin adı ilə "Qordi düyünü" bu şəhərdə döyüş arabasına vurulmuşdu. Əfsanəyə görə, bu düyünü açan Asiyanın hökmdarına çevrilə bilərdi. Həmin düyün İsgəndərə də göstərilmişdi, lakin onu aça bilməyən Makedoniyalı İsgəndər düyünü qılıncla doğramışdı. Yəqin ki, elə o dövrlərdən siyasi leksikona düyünə düşmüş məsələlərin istənilən yolla açılması fikri daxil olmuşdu.